Dünya Seriyası:Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir
Icma.az, Fanat saytına istinadən bildirir.
Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində keçirilən iki günlük turnirdə 16 milli və klub komandası mübarizə aparır.
Artıq A qrupunda təsnifat mərhələsindən mübarizəyə başlayan millimiz iki görüşə çıxıb. İlk sınaqda Ukrayna ilə qarşılaşan komandamız 5:14 hesabı ilə məğlub olub. Azərbaycan millisi ikinci oyununda Misirlə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqib üstün olub – 7:21.
Beləliklə, hər iki görüşdə məğlub olan Azərbaycan millisi əsas mərhələyə yüksələ bilməyib.
B qrupunda yer alan digər təmsilçimiz "Neftçi SOCAR" isə saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı matça çıxacaq. "Ağ-qaralar" qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 15 Avqust 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















