Icma.az
close
up
RU
Dünya şöhrətli alim, professor Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində təlim keçib

Dünya şöhrətli alim, professor Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində təlim keçib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığı çərçivəsində təşkil olunan növbəti təlimi Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində dünya şöhrətli alim, ixtiraçı, professor Xəlil Kələntər keçib.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, artıq bir neçə ildir Xəlil Kələntər Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edir, burada təlim və tədqiqat proseslərinə töhfə verir. Onun universitetdə apardığı elmi araşdırmalar bir sıra yüksək indeksli beynəlxalq jurnallarda, o cümlədən Yaponiyada dərc olunub. Professorun NDU əməkdaşları ilə birgə ortaq elmi məqalələri də mütəmadi olaraq çap olunur.

Professor Xəlil Kələntər təlimdə LCD ekranlar, mikro-reflektor və mikro-deflektorlar, dəyişdirilmiş BLU strukturu, 3D üçün eynəyin sturukturu, ikiqat səth emissiyalı arxa işıqlandırma texnologiyaları və digər innovativ displey texnologiyaları haqqında ətraflı təqdimatla çıxış edib. Həmçinin özünün patentləşdirdiyi texnologiyaları təlim iştirakçılarına izah edərək praktik tətbiqlərindən bəhs edib.

Daha sonra Naxçıvan Dövlət Universiteti adından ali təhsil ocağının elmi fəaliyyətinə verdiyi töhfələrə görə professor Xəlil Kələntərə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, 1-30 aprel tarixlərini əhatə edən Beynəlxalq Təlim Aylığı çərçivəsində dünyanın 6 ölkəsindən 21 təlimçi 5 əsas sahə üzrə 3 dildə 21 mövzuda təlimlər keçir. Bu təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edirlər.

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri