Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüş olub

Naxçıvan Dövlət Universitetində Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüş olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 13 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin rəhbərliyi və kollektivi, NDU-nun rəhbər heyəti iştirak ediblər.

Rektor Elbrus İsayev Şandor Lejakın ölkəmizin ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvana, Naxçıvan Dövlət Universitetinə səfərinin əlamətdar olduğunu deyib. Vurğulanıb ki, Azərbaycan və Macarıstan dost ölkələrdir, bütün istiqamətlərdə qarşılıqlı əlaqələr davamlı inkişaf edir. Həmçinin təhsil istiqamətində də əməkdaşlıqlar var və bu çərçivədə NDU da pay sahibidir. Rektor universitetin dörd istiqamətdə 250-ə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırladığını, 10 fakültə, 3 kollec, 3 elmi tədqiqat institutu, rəsədxanası, Beynəlxalq Kembric Məktəbi və NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyası ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi oduğunu qeyd edib.

Elbrus İsayev Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri Şandor Lejakın təşəbbüsü və dəstəyi ilə ötən il Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında tədrisi ingilis dilində olan kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsinin imzalanma mərasimini xatırladıb. Həmin görüşlərin səmərəliliyindən bəhs edib, bu ildən qeyd olunan ixtisas üzrə tələbə qəbulu aparılacağını vurğulayıb. İki universitet arasında işbirliyinə diqqət çəkən rektor gələcəkdə müəllimlərin Macarıstana ezam olunacağını və əlaqələr inkişaf etdikcə yeni əməkdaşlıq sahələrinin yaranacağını, birgə fəaliyyətin daha da genişlənəcəyini bildirib.

Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünya şöhrətli yazıçı Şandor Lejak qeyd edib ki, Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəf üçün faydalıdır. O, Macarıstandan olan tələbələrin NDU-da qısamüddətli tədris proqramlarında iştirak etməsinin və Azərbaycan mədəniyyətini yaxından tanımasının vacibliyini vurğulayıb. Eyni zamanda, NDU-nun müəllim və tələbələrinin Macarıstanda təhsil alma imkanlarının yaradılmasını təklif edib.

Şandor Lejak idman sahəsindən də söz açıb, Macarıstanın milli oyunu olan teqballun Naxçıvanda təbliği istiqamətində həyata keçiriləcək fəaliyyətlərdən bəhs edib. Şandor Lejak, həmçinin müəllim-tələbə mübadiləsinin genişləndirilməsi və ikili diplom proqramlarının tətbiqi ilə bağlı təkliflərini də bölüşüb. Bildirib ki, bu proqramlar tələbələrə həm Macarıstanın, həm də Naxçıvan Dövlət Universitetinin diplomunu əldə etməyə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri