Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu

Naxçıvan Dövlət Universitetində Novruz coşqusu

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 17 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə təntənəli şənlik təşkil olunub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir qədim ənənələrə uyğun olaraq, Dədə Qorqud obrazının xeyir-duası və Bahar qızının təbriki ilə başlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Novruzun xalqımızın ən qədim, ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bildirib ki, işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda bu gün Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.

Rektor Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı görülən işlərdən söz açaraq qeyd edib ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Möminə xatun türbəsinin bərpası üçün ayırdığı vəsait Naxçıvanın köklü dəyərlərinə göstərilən diqqətin bariz nümunəsidir. Elbrus İsayev, həmçinin çıxışında universitetin əldə etdiyi uğurlardan, tələbələrin elmi və yaradıcı nailiyyətlərindən danışıb. Kollektivi bayram münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Ardınca Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb.

Şənlik proqramı çərçivəsində NDU nəzdində Texniki Kollecinin “Yallı” qrupu, Nağara qrupu və Naxçıvan Musiqi Kollecinin rəqs ansamblı maraqlı çıxışlarla tədbirə xüsusi rəng qatıb. Eyni zamanda fakültələr tərəfindən hazırlanmış Novruz sərgisinə baxış keçirilib, burada tələbələrin əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Sərgi zamanı muğam üçlüyü və Saz qrupunun ifaları dinlənilib.

Tədbirin bədii hissəsində Novruz bayramının fəlsəfi mahiyyəti su, od, yel və torpaq ünsürləri üzərində qurulan səhnəciklər vasitəsilə təqdim olunub. “Dörd ünsürün mübahisəsi” kompozisiyası, Kosa və Keçəl obrazlarının məzəli çıxışları, yumurta döyüşdürməsi nümayiş etdirilib.

Bundan əlavə, NDU nəzdində Gimnaziya və Beynəlxalq Kembric Məktəbi şagirdlərinin xor ifaları, musiqi nömrələri və müxtəlif ifaçıların çıxışları dinlənilib.

Sonda Tələbə Teatr Studiyasının hazırladığı “Söylə” və “Tənzərə” yallıları universitet kollektivi ilə birgə oynanılıb.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see370

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see269

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see257

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see250

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see241

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see237

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see232

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see232

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see231

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see229

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see226

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see223

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see222

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see209

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see206

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see188

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see183

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri