Dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasından 86 il ötür
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. Onun anadan olmasından 86 il ötür.
Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı 1940-cı ilin bu günü, yəni martın 16-da Bakıda doğulub. O ölkəmizdə caz musiqisinin banilərindən biridir.
Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır.
Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilib. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə "Ağ royal" mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Hər il anım günü silsilə tədbirlərlə qeyd olunan Əməkdar incəsənət xadimi Vaqif Mustafazadə bu gün də musiqisevərlər tərəfindən yad olunacaq və Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək.
Vaqif Mustafazadə 1979-cu ildə dekabrın 17-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Əməkdar incəsənət xadimi Bakıda dəfn olunub.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 Mart 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















