Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...

Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakının tarixi yerlərindən biri olan İçərişəhərdə anadan olub.

O, uşaq yaşlarından atasını itirir və bundan sonra anası onun tərbiyəsi ilə məşğul olmağa başlayır.

Vaqifin anası Zivər xanım öz müsahibəsində belə deyirdi: "Bir dəfə Səməd Vurğunun "Vaqif" poemasından bir parçanı onun üçün oxudum. Vaqif onda hələ uşaq idi. 5 yaşı olardı. Sonra o, bu parçanı əzbər deməyə başladı. O vaxt hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq.Sonralarda onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".

Təsadüfi deyildi ki, ilk musiqi təhsilini anası Zivər xanımdan alan Vaqif Mustafazadəyə mahir pianoçu olan, Azərbaycanın ilk qadın pianoçularından biri, Üzeyir Hacıbəyovun şagirdi Zivər xanım xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və s. əsərlərini düzgün çalmağı öyrədirdi.

Vaqif Mustafazadə 1956 yeddiillik orta musiqi məktəbində təhsil almağa başlayır və 1963-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirir və burada o S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın "Prelyüd və Fuqa"larını, V.A.Motsartın sonatalarını böyük ustalıqla ifa edirdi.

Elə həmin ildə Bakı Musiqi Akademiyasına daxil olmuşdur.

Vaqif Mustafazadənin məşhurluq yolu elə burada başlayır. O, burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz,oynaq və blyuz mahnılarla çıxış edirirdi. Elə məhz bunların nəticəsində gənc Vaqifi Amerikada, Qərbi Avropada inkişaf edərək,məşhurlaşan "caz" musiqisi özünə cəzb edirdi.

Bundan sonra o, tez-tez radioda caz musiqisi dinləyir, onun sirlərinə yiyələnir. Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə doğma vətəni Azərbaycanı tərk edir.

O, əvvəlcə yolunu Gürcüstanın paytaxtı Tiflis şəhərindən salır və nəticədə Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz» caz-triosunu yaradır. Ancaq 1964-cü ildən başlayaraq "Orero" ansamblına, 1965-ci ildə"Qafqaz" caz-triosuna, 1970-ci ildə"Leyli" və 1971- ci ildə "Sevil" qadın vokal instrumental və 1977-ci ildə "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.

Bunların içində ən çox "Sevil" qadın vokal instrumental ansamblı məşhurlaşmışdır. Ansamblı Vaqif Mustafazadə və onun həyat yoldaşı olan, gürcü əsilli, Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadını Elza Mustafazadə yaratmışdır. O, 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci il noyabr 1-də Sevil qrupunu yaradır. Həmin illərdə onların ailəsində sonralar "Cazın Şahzadəsi" adlanan Əzizə Mustafazadə dünyaya gözünü açmışdır.

Qrupun adı Cəfər Cabbarlının   əsərindən götürülmüşdür. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir və məşhurlaşır.1975-ci ildə ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir.

Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və rəhbərlik edirdi.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz ansamblını yaratmışdır.O bunlardan sonra 1979-cu ildə əməkdar incəsənət xadimi adına layiq görülür. Vaqif Mustafazadə Tallin-66", "Tbilisi-78", Monte-Karlo festivallarının laureatı olmuşdur.

Vaqif Mustafazadə 1979-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə iştirak edir.Ancaq bu festivalın qəribə şərtləri var idi.Beləki Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır.Festival bitir və onun adı yüzlərlə ad içərisindən qalib kimi çəkilir.

O, Monako caz festivalından doğma vətənə "Ağ royal" mükafatı alaraq qayıdır.Vaqif Mustafazadə Azərbaycan tarixində ilklərədə imza atır, Qərbi Avropada inkişaf etmiş cazla Azərbaycan xalq musiqiləri ilə birlikdə muğamı cazla sintez edir.

Sonda yeni janr "Caz-Muğam" janrı Vaqif Mustafazadə tərəfindən tarix səhifəsinə yazılır. Hətta Vaqif Mustafazadə meyxana söyləyirmiş.Bu haqda məşhur meyxanaçı Nizami Rəmzi öz xatirələrindən
danışarkən söyləyirdi ki, bir gün onlar bir tədbirə yığışırlar,Bu zaman Vaqif Mustafazadənin ad günü olduğundan xəbər tuturlar.Nizami Rəmzi onun ad günü üçün qafiyə tutarkən Vaqif Mustafazadə onun əlindən mikrofonu alır və oda bədahətən peşakarcasına meyxana söyləyir.Hamı təəccüblənir.Çünki Vaqif Mustafazadə sanki uzun illər meyxana söyləyirmiş kimi söyləmişdi.

1979-cu ildə Azərbaycan televiziyasının «Məktəblilərin musiqi klubu» verilişində «Caz və Azərbaycan muğamları» mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra  uzun müddət hazırlaşdığı konsert üçün Daşkəndə qastrol səfərinə gedir və konsertdə ona olan haqsızlığın nəticəsində konsertə sadəcə 6 nəfər gəlir və buna dözə bilməyən Vaqif Mustafazadə səhnədə Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edir Bakıda Yasamal Qəbristanlığında dəfn olunmuşdur.1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.Ancaq biz Azərbaycan xalqı olaraq bizim borcumuz Vaqif Mustafazadə ilə fəxr etmək və onun proffisianal musiqilərini gələcək nəsillərə çatdırmaqdır.

Süleyman Süleymanzadə,

Zəkalar liseyinin sagirdi

MİA.AZ
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri