Icma.az
close
up
RU
Dünya şokda Türkiyədə baş verənlər heyrət doğurdu: Azərbaycanın adı çəkildi

Dünya şokda Türkiyədə baş verənlər heyrət doğurdu: Azərbaycanın adı çəkildi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar KIZILELMA” sınaq təlimlərində görmə məsafəsindən uzaqda hərəkət edən hədəfi “hava-hava” tipli raketlə vuraraq dünya aviasiya tarixində ilkə imza atdı. Bu hadisə dünya mediasında ciddi maraq doğurdu. Hətta bu hadisədən sonra Yunanıstanın müdafiə naziri Türkiyənin Yunanıstan üçün təhdid yaratdığını iddia edərək Egey dənizindəki yüzlərlə adaya raket yerləşdirəcəyini açıqladı.

KIZILELMA Türkiyənin müdafiə sənayesinə hansı töhfəni verəcək?

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) başqanı Dr. Eray Güçlüer Globalinfo.az-a bildirib ki, KIZILELMA, havada hərəkət edən hədəfi ASELSAN tərəfindən yerli istehsal olan radar idarəetməsi və TÜBİTAK tərəfindən yerli istehsal olan GÖKDOĞAN raketi ilə vuran ilk pilotsuz uçuş aparatıdır:

“ABŞ, Rusiya və Çin kimi ölkələr beşinci nəsil PUA texnologiyalarına sahib olsa da, o, radar deyil, termal idarəetməyə malikdir. Görmə məsafəsindən kənara çıxa bilən GÖKDOĞAN raketi radarla idarə olunur. Yəni, radar şüaları hansısa obyektə dəyib geri qayıtmır. Bu, bizə F-35 kimi bir hədəfi uzaq məsafədən vurmaq imkanı verir. Buna termal idarəetmə ilə nail olmaq çətindir. GÖKDOĞAN raketinin son versiyasının mənzili təxminən 200 km-dir. Buna görə KIZILELMA-nı “pilotsuz uçuş aparatı” deyil, “pilotsuz döyüş təyyarəsi” adlandırmaq daha doğru olardı”.

Dr. Eray Güçlüer

Dr. Güçlüer qeyd edib ki, MURAD 100 AESA radarı təxminən 150 km məsafədən F-16, F-15 kimi bütün 4-cü nəsil təyyarələri, eləcə də F-35-ləri görmək imkanı verir:

“Tutaq ki, KIZILELMA F-35-ə raket atır, lakin eyni zamanda özü hədəfə çevrilib. O zaman hədəfdə olmayan digər KIZILELMA hədəfə alınan KIZILELMA-dan radar idarəçiliyini ələ keçirə bilir. KIZILELMA-lardan biri vurulsa belə, digərinin öz missiyasını davam etdirməsi və pilotlu bir F-35-i pilotsuz 2-3 KIZILELMA ilə zərərsizləşdirmək inanılmaz bir qabiliyyətdir. Dünyanı heyrətə gətirən də budur”.

Azərbaycanın bu yeni döyüş təyyarələrini alması ehtimalı ilə bağlı suala cavabında Dr. Güçlüer bunun mümkün olduğunu və Azərbaycanda birgə fabrik yaradıla biləcəyini söyləyib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri