Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Putinin yeni hərbi ittifaq niyyəti Azərbaycanın adı da çəkildi

Putinin yeni hərbi ittifaq niyyəti Azərbaycanın adı da çəkildi

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva Ermənistanın boykot etdiyi KTMT-ni necə yeniləmək istəyir?

Rusiyanın “Svobodnaya Pressa” nəşri Moskvanın Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərini yenidən nəzərdən keçirmək qərarını postsovet məkanında yeni hərbi-siyasi konfiqurasiya ehtimalı fonunda təhlil edib.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, nəşrin danışdırdığı ekspertlər KTMT-nin transformasiyasından, daha geniş təhlükəsizlik mexanizminin yaradılmasından və bu prosesdə Çinin mümkün iştirakından bəhs ediblər. Təhlildə Azərbaycanın adı da xüsusi kontekstdə çəkilir.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərinə yenidən baxılması barədə göstəriş verib. “Svobodnaya Pressa”nın yazdığına görə, bu addım Moskvanın Mərkəzi Asiyada hərbi-strateji təsirini gücləndirmək siyasətinin davamı kimi qiymətləndirilə bilər. Rusiya ilə Qazaxıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş 2013-cü ildə, Özbəkistanla analoji sənəd isə 2016-cı ildə imzalanıb. Bu sənədlər silah və hərbi texnika tədarükü, hərbi təyinatlı məhsulların mübadiləsi, texnologiyaların ötürülməsi, silahların təmiri və modernləşdirilməsi, birgə elmi araşdırmalar və hərbi kadrların hazırlanmasını nəzərdə tutur.

Qazaxıstan artıq Rusiyadan Su-30SM qırıcıları, Mi-171Ş və Mi-35M helikopterləri, “Buk-M2E” zenit-raket kompleksləri və müxtəlif zirehli texnika əldə edib. 2015-ci ildə Moskva Astana ilə vahid regional hava hücumundan müdafiə sistemi yaratmaq proqramı çərçivəsində beş S-300PS zenit-raket sistemini də təmənnasız verib. Özbəkistan da Rusiyanın hərbi sənayesinin əsas tərəfdaşlarından biridir. Daşkənd 2017–2019-cu illərdə Rusiyadan 12 Mi-35M helikopteri alıb, təxminən 30 MiQ-29 qırıcısını modernləşdirib. Tərəflər həmçinin Su-30SM qırıcılarının və digər hərbi texnikanın tədarükünü müzakirə ediblər.

“Svobodnaya Pressa”nın sualını cavablandıran politoloq Boqdan Bezpalkonun fikrincə, Rusiya KTMT-nin rolunu müəyyən qədər yenidən nəzərdən keçirərək ikitərəfli hərbi müqavilələrə daha çox üstünlük verə bilər. Ekspertin fikrincə, Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın yenilənməsi Rusiyanın hərbi sənaye məhsullarının ixracını genişləndirməsi və tərəfdaş ölkələrə daha müasir silah sistemləri təqdim etməsi ilə bağlıdır.Burada diqqətçəkən məqam Özbəkistanın KTMT üzvü olmamasıdır. Qazaxıstan isə təşkilatın üzvüdür və Rusiya ilə hava qüvvələri və hava hücumundan müdafiə sistemlərinin birgə istifadəsinə dair ayrıca razılaşmaya malikdir. Bu vəziyyət Moskvanın yalnız KTMT çərçivəsində deyil, ondan kənarda da hərbi-strateji əlaqələr sistemi formalaşdırmağa çalışdığı barədə suallar yaradır.

“Svobodnaya Pressa”nın danışdırdığı digər ekspert – REU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev isə daha geniş prosesdən danışır. Onun sözlərinə görə, 2024-cü ildə Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitində təşkilata üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu açıqlayıb. Putin həmçinin ŞƏT-in antiterror strukturu əsasında təhlükəsizlik təhdidlərinə cavab verəcək universal mərkəz yaradılmasının mümkünlüyünü bildirib. Perenciyev hesab edir ki, həmin ideyalar artıq praktiki müstəviyə keçə bilər və gələcək mexanizmə Çin də qoşula bilər.

Beləliklə, söhbət yalnız KTMT-nin gücləndirilməsindən deyil, Rusiya, Mərkəzi Asiya ölkələri və potensial olaraq Çinin iştirak etdiyi daha geniş hərbi-strateji əməkdaşlıq modelindən gedə bilər.

Ekspertin fikrincə, prosesin əsas səbəblərindən biri regionda nəqliyyat dəhlizləri uğrunda artan geosiyasi rəqabətdir. Perenciyev müasir dünya siyasətini “geoiqtisadi müharibə” mərhələsi kimi xarakterizə edir. Onun fikrincə, dövlətlər artıq təkcə ərazilər və siyasi təsir uğrunda deyil, nəqliyyat və enerji marşrutlarına nəzarət uğrunda da rəqabət aparırlar. Bu kontekstdə Azərbaycanın adı xüsusi əhəmiyyət daşıyır.

Ekspert Rusiyanın həyati əhəmiyyətli hesab etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rusiya, Azərbaycan və İran üzərindən keçdiyini xatırladır. Dəhlizin Mərkəzi Asiya istiqamətində Qazaxıstan və Özbəkistanla əlaqələri var. Eyni zamanda bu marşrut Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü ilə də əlaqəlidir. Deməli, Mərkəzi Asiyada hərbi potensialın gücləndirilməsi təkcə Rusiyanın deyil, Çinin də iqtisadi maraqlarının təhlükəsizliyinə xidmət edə bilər.

Bu baxımdan Azərbaycan Moskvanın yeni regional təhlükəsizlik yanaşmasında dolayı, lakin mühüm həlqəyə çevrilir. Çünki Azərbaycan həm “Şimal-Cənub” dəhlizinin əsas ölkələrindən biridir, həm də Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat bağlantılarında strateji mövqeyə malikdir.

Moskvanın Qazaxıstanla hərbi əlaqələri gücləndirmək cəhdinin başqa bir səbəbi isə regionda Qərbin və Böyük Britaniyanın fəallığının artması ola bilər. “Svobodnaya Pressa”da qeyd olunur ki, Qazaxıstan 2025-ci ilin iyununda Böyük Britaniya ilə hərbi əməkdaşlıq haqqında saziş də imzalayıb. Belə şəraitdə Rusiyanın Astana ilə yeni hərbi-texniki əməkdaşlıq imkanları yaratması Moskvanın Qazaxıstanı öz hərbi-strateji orbitində saxlamaq cəhdi kimi də qiymətləndirilə bilər. Perenciyevin fikrincə, müasir silahların tədarükü uzunmüddətli siyasi və hərbi bağlılıq yaradır. Çünki silahların alınması ilə məsələ bitmir: onların istismarı, təmiri, modernləşdirilməsi və şəxsi heyətin hazırlanması üçün tədarükçü ölkə ilə uzunmüddətli əməkdaşlıq tələb olunur.

Qeyd edək ki, Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu, ölkəmizin Mərkəzi Asiya ilə artan nəqliyyat əlaqələri və regiondakı geosiyasi çəkisi onu mümkün yeni təhlükəsizlik və nəqliyyat arxitekturasının mühüm elementlərindən birinə çevirir. Başqa sözlə, Putin Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı yeniləməklə yalnız iki ölkə ilə münasibətlərini möhkəmləndirmir. Moskva postsovet məkanında və Mərkəzi Asiyada yeni hərbi-strateji balans qurmağa çalışır. Bu balansın gələcək xəritəsində isə Azərbaycanın da adı görünür...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri