Icma.az
close
up
RU
Türkiyədə Azərbaycana qarşı ilginc əməliyyat: Üç ölkənin adı çəkildi, lakin...

Türkiyədə Azərbaycana qarşı ilginc əməliyyat: Üç ölkənin adı çəkildi, lakin...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə mediasında Azərbaycana qarşı növbəti təbliğat dalğası başlayıb. Bəzi dairələr Qəzzada yenidən alovlanan toqquşmalara görə məsuliyyəti sanki Azərbaycanın üzərinə yükləməyə çalışır, ölkəmizi İsrail-Fələstin münaqişəsində tərəf kimi təqdim edirlər. Halbuki Azərbaycan bu prosesdə daim neytral, lakin humanitar dəyərlərə əsaslanan mövqe sərgiləyib.

Analitiklər hesab edir ki, bu cür ittihamlar Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə yönəlmiş manipulyativ cəhdlərdir. Rəsmi Bakı həm İslam həmrəyliyinə, həm də beynəlxalq hüquqa sadiq qaldığını dəfələrlə bəyan edib. Fələstin məsələsində iki dövlətli həllin dəstəkləndiyi vurğulanıb.

Türkiyə mediasında Azərbaycana qarşı zərərli tezislər və manipulyativ fikirlərin davam etməsinə səbəb nədir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Türkiyədə müəyyən bir kəsim xüsusilə din amili üzərindən siyasətin həyata keçirilməsinin tərəfdarıdır:

“Bu qruplar əsasən marjinal xarakter daşısalar da, müəyyən dərəcədə mediaya təsir imkanlarına malikdirlər. Hazırda ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planında beynəlxalq sülhməramlı qüvvələrin Qəzzada müvəqqəti yerləşdirilməsi məsələsi nəzərdə tutulur. Bu kontekstdə Azərbaycanın da adı çəkilir. Lakin plan hələlik müzakirə mərhələsindədir və ölkəmiz məsələ ilə bağlı rəsmi mövqe bildirməyib. Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün İsrailin razılığı əsas şərtlərdən biridir. Müzakirələrdə Azərbaycanla yanaşı, Pakistan, İndoneziya və Banqladeşin də adı çəkilir. Eyni zamanda İsrailin Türkiyənin bu kontingentdə iştirakına mənfi yanaşdığı məlumdur. ABŞ isə hələlik danışıqları davam etdirir və məsələ üzrə yekun qərar qəbul edilməyib”.


Fərhad Məmmədov

Politoloq qeyd edib ki, bütün mövcud proseslər fonunda həm ideoloji, həm də İranın təsiri altında olan qruplar Azərbaycana qarşı mənfi informasiya kampaniyası aparmağa çalışır:

“Lakin bu cəhdlər Bakı-Ankara münasibətlərinə təsir etmir. Hər iki ölkənin siyasi qurumları və liderləri daimi əlaqədədirlər, eləcə də bütün məsələlər üzrə koordinasiya mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə planlaşdırılan Bakı səfəri də əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərir. Ona görə də informasiya manipulyasiyaları iki qardaş ölkə arasında münasibətlərə kölgə sala bilməz”.

Araşdırmaçı-yazar Əkbər Qoşalı isə bildirib ki, son günlər qardaş Türkiyədə Azərbaycana qarşı sosial mediada və bəzi ideoloji çevrələrdəki iddialar nə siyasi məntiq, nə də vicdanla əsaslandırıla bilər:

“Əslində, bu cür əsassız kampaniyalar dost, qonşu və qardaşlıq təməllərinə zərbə vurmaq məqsədi daşıyan “psixoloji əməliyyatlar”ın tərkib hissəsidir. Halbuki bizim münasibətlərimizin ən mühüm hüquqi və mənəvi dayaqlarından biri “Şuşa Bəyannaməsi”dir. Sadəcə zamanla mövzular dəyişir: dünən Qarabağ, bu gün isə Qəzza üzərindən fitnə toxumu səpilir. Məqsəd də eynidir: Azərbaycanla Türkiyə arasında etimadı sarsıtmaq, “Bir millət – iki dövlət” fəlsəfəsini zədələmək.

Türkiyə və Azərbaycan liderləri arasındakı münasibətlər tarixi strateji tərəfdaşlıq səviyyəsindədir. Reallığı dəyişmək mümkün deyil. Bunu bacarmayan qüvvələr süni “fikir burulğanları” yaratmağa çalışsalar da, unudurlar ki, Azərbaycan-Türkiyə qardaşlığının təməli siyasətdə deyil, mənəvi və tarixi bağlarda möhkəmlənib”.


Əkbər Qoşalı 

Araşdırmaçı əlavə edib ki, Azərbaycan nə Qəzzanı yaradıb, nə də orada baş verən hadisələrin məsuliyyətini daşıyır:

“Əksinə, Azərbaycan öz torpaqlarını azad edən, regionda ədalətin bərpasına töhfə verən bir dövlətdir. Bu, Fələstin xalqının haqq mübarizəsinə də ən doğru cavabdır. Bugünkü anti-Azərbaycan ritorikası bir vaxtlar anti-Türkiyə kampaniyasını aparan eyni mənbələrdən qaynaqlanır. Məqsəd yenə də dəyişmir – Türk dünyasının birliyini zəiflətmək. Amma unudurlar ki, biz eyni kökün, eyni haqqın, eyni gələcəyin övladlarıyıq. Qardaşlığın nurundan doğan bu işıq heç bir qaranlıq kampaniyaya məğlub olmayacaq. Azərbaycanla Türkiyəyə qarşı düşmənlərin arzuları birləşə bilər, amma həqiqətin və birliyin qarşısında yenə də diz çökəcəklər”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri