Icma.az
close
up
RU
Dünya şokdadır: “Qretanı İsrailin bayrağını öpməyə məcbur etdilər“ “CNN Türk“

Dünya şokdadır: “Qretanı İsrailin bayrağını öpməyə məcbur etdilər“ “CNN Türk“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Global Sumud" flotiliyasının iştirakçıları işgəncələr və təhqirlər barədə danışır, İsrail isə ittihamları "yalan" adlandırır..."

Oktyabrın 5-də Türkiyəyə deportasiya edilən fəallar İsrail zindanlarında gördükləri zorakılıqları təsvir edib. Onların sözlərinə görə, saxlanılanların əksəriyyəti işgəncələrə, aclığa və susuzluğa məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə "CNN Türk" nəşri məlumat yayıb.

Şok iddialar

Türkiyəli fəal Ərsin Çelik deyib ki, İsrail əsgərləri məşhur iqlim fəalı Qreta Tunberqi xüsusi hədəf seçiblər: "Onu sürünməyə, İsrail bayrağını öpməyə məcbur etdilər. Onu alçaldır, hamının qarşısında təhqir edirdilər. Çünki o, tanınmış simadır və məqsədli şəkildə seçilmişdi".

Digər şahidlərin açıqlamaları

İtalyan jurnalist Lorenso Aqostino isə bildirib ki, saxlanılanlar döyülüb, saatlarla soyuq konteynerlərdə, qandallarla saxlanılıb. O, xüsusilə Qretanın vəziyyətinə diqqət çəkib: "22 yaşlı gənc qızı İsrail bayrağına büküb nümayiş etdirdilər, sanki bir qənimətdir". Onun sözlərinə görə, Tunberqə az miqdarda yemək və su verilib, o, kamerasında həşəratların olduğunu, bədənində səpkilər yarandığını deyib.

"Bunların heç biri olmayıb"

İsrail XİN isə iddiaları qəti şəkildə rədd edib: "Bütün hüquqlar qorunur. Qreta heç vaxt bizə bu barədə şikayət etməyib, çünki bunlar olmayıb". Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də saxlanılanlara verilən münasibəti müdafiə edib: "Onlar terrora dəstək verib, deməli, terrorçular üçün nəzərdə tutulan şərtlərlə saxlanılmalıdırlar".

Beynəlxalq rezonans

Böyük Britaniyanın "The Guardian" qəzeti isə İsveç diplomatik mənbələrinə istinad edərək Qretanın saxlanma şəraitindən şikayət etdiyini yazıb. Onun sözlərinə görə, yemək və su çatışmazlığı var, kamerada kərtənkələ və həşəratlarla üzləşib, uzun müddət bərk səthlərdə oturmağa məcbur edilib.

Oktyabrın 4-də "Sumud" flotiliyasının 137 üzvü, o cümlədən Qreta Tunberq Türkiyəyə deportasiya edilib. Onların arasında ABŞ, Böyük Britaniya, İtaliya, İordaniya, Şimali Afrika və Fars körfəzi ölkələrinin vətəndaşları da var.

Flotiliya qalmaqalı beynəlxalq arenada qızğın mübahisələr doğurub: fəallar özlərini işgəncə qurbanı kimi təqdim edir, İsrail isə bunu "uydurma" adlandırır. Həqiqət hələ də qaranlıq qalır, amma dünya ictimaiyyətinin diqqəti bir daha Qəzza müharibəsi və insan haqları məsələsinə yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri