Icma.az
close
up
RU
Dünya şokdadır: Epşteynin kamerasından yeni KONKRET

Dünya şokdadır: Epşteynin kamerasından yeni KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə “narıncı kostyumlu bir şəxsin” kamerasına doğru getdiyi görünür.

ABŞ-ın CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı yayımladığı son sənədlər göstərir ki, əvvəlki rəsmi məlumatlardan fərqli olaraq, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyumlu başqa bir şəxs də olub.

KONKRET.az Lent.az istinadla bildirir ki, xəbərdə deyilir: “Ədliyyə Nazirliyinin yeni dərc olunmuş ekspert rəyləri ilə dəstəklənən təhlilə əsasən, Ceffri Epşteynin ölüm gecəsindən təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 2019-cu il avqustun 9-da təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə doğru pilləkənlərlə qalxan narıncı rəngli bir cisim müşahidə ediblər”.

Epşteynin saxlanıldığı Metropolitan həbsxanasından video görüntülərin təhlili əsasında Federal Təhqiqat Bürosunun açıqlamasını vurğulayan xəbərdə deyilirdi: “L mərtəbədəki pilləkənlərdə narıncı bir şey var. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan məhbusdur” ifadəsinin “əvvəllər bildirilməmiş” bir şeyə işarə etdiyini və Ədliyyə Nazirliyinin müfəttişlərinin hesabatı ilə ziddiyyət təşkil etdiyini vurğulayan xəbərdə qeyd olunur: “Yeni səs yazıları həmin axşam Epşteynin mərtəbəsinin yaxınlığındakı proseslərlə bağlı əlavə suallar doğurur”.

Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə çəkilmiş görüntülər araşdırılıb və sözügedən şəxsin narıncı “çarşaf və ya yataq dəsti” daşıyan “naməlum” həbsxana zabiti ola biləcəyi irəli sürülüb. Ədliyyə Nazirliyinin və FTB-nin hesabatlarının nəzərdən keçirilməsi göstərib ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər son görüntülərdə adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.

Bundan əlavə, sənədlərdən həmçinin məlum olub ki, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbədə növbətçi olan qadın zabit Tova Noel 2019-cu ildə gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olması ilə bağlı dindirilib.

Noel ifadəsində bildirib ki, həmin gecə binadakı məhbusların sayını saat 22:00 ilə 03:00 arasında 72 olaraq qeyd etməkdə “yəqin ki, səhvə yol verib”, halbuki məhbusların sayı əslində 73 idi və rəqəmin dəyişdiyini xatırlamır.

FTB-nin keçmiş direktor müavini Dan Bonqino da ötən yay “Fox News”a müsahibəsində iddia edib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və “görüntülər olduqca aydındır”. Həmin gecəni çəkdiyi bilinən yeganə kamera Epşteynin kamerasına aparan pilləkənləri qismən örtmək üçün yerləşdirilib, digər bucaqdakı kamera isə çəkiliş aparmayıb.

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Ceffri Epşteynin şübhəli şəraitdə öldüyü həbsxanadan yayımlanan son görüntülər, həmin gecə baş verənlər və Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri daha da artırıb. Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Fevral 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri