Meksika prezidentini öpməyə çalışdı Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meksikada naməlum kişi ölkə Prezidenti Klaudio Şeynbaumu öpməyə çalışıb.
“Qafqazinfo” “The Associated Press”ə istinadən xəbər verir ki, hadisə paytaxt Mexikoda dövlət başçısı küçədə vətəndaşlarla görüşərkən baş verib.
Belə ki, arxadan yaxınlaşan naməlum şəxs prezidenti qucaqlayıb və öpməyə çalışıb. Şeynbaum həmin şəxsin hərəkətlərinə sakit reaksiya verib, onun əllərini özündən uzaqlaşdırıb, geri çevrilib və ona gülümsəyib. Yalnız bundan sonra mühafizəçilər içkili vəziyyətdə olduğu güman edilən kişiyə yaxınlaşıblar.
Hadisənin videogörüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri ölkədə siyasətçilərin lazımi səviyyədə qorunmamasını tənqid ediblər.
Xatırladaq ki, Klaudiya Şeynbaum ötən il seçicilərin 59,75 %-nin səsini toplayaraq Meksika prezidenti seçilib.
Hadisənin görüntülərini təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 05 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















