Icma.az
close
up
RU
Dünya təhlükənin bir addımlığında: hazırlıqlar başladı İlginc işarə

Dünya təhlükənin bir addımlığında: hazırlıqlar başladı İlginc işarə

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Qızılın qiyməti troya unsiyası üçün 3550 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksək həddinə çatıb. Sözügedən tendensiya maliyyə bazarlarında ciddi siqnal hesab olunub. Əksər hallarda bu, dolların dəyərinə inamın azalması, geosiyasi gərginliklərin artması və yeni risklərin ortaya çıxması ilə əlaqələndirilir. Bildirilir ki, hazırkı artım həm də ABŞ-ın qlobal mövqeyinə rəqiblərin çoxaldığını göstərir. Hətta ekspertlərin fikrincə, bu vəziyyət yeni müharibə və qarşıdurmalar üçün zəmin yarada bilər.

Qızılın qiymətindəki bu rekord artım hansı amillərlə izah edilməlidir – dolların zəifləməsi, geosiyasi gərginliklər, yoxsa yeni müharibə riskləri?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, qızıl həlledici valyutaya çevrilir:

“Proses dolların etibarsızlaşdırır və geosiyasi risklər yaradır. Hazırkı artım isə ABŞ-ın qlobal mövqeyinə rəqiblərin təsirinin artdığını göstərir. Bu vəziyyət maliyyə və geosiyasi dinamikanı əhəmiyyətli dərəcədə dəyişdirə, yeni münaqişə və qarşıdurmalar üçün şərait yarada bilər. Belə ki, ABŞ dollarının nüfuzu azalır, qlobal maliyyə sistemindəki risklər isə artır. BRİKS ölkələri rezervlərini diversifikasiya edərək dollar asılılığını azaltmağa çalışır. Məsələn, Hindistan lokal valyuta və qızıl əsasında rezervlərini yenidən formalaşdırıb, 244 ton qızıl alıb. Bu, nadir və əhəmiyyətli hadisə sayılır. Habelə qlobal iqtisadi balansın dəyişdiyinə, regional blokların öz valyutalarını və aktivlərini qorumağa çalışdığına işarədir”.

Əziz Əlibəyli

Həmçinin oxuyun:

Dollarla bağlı pis xəbər: Etibarlı yatırım vasitəsi dəyişdi

Ekspert bildirib ki, geosiyasi gərginliklərin artması və qızılın qiymətinin yüksəlməsi nəticəsində maliyyə bazarları da risklərlə üzləşir:

“ABŞ iqtisadi təsirini qorumaq üçün regional bloklara təzyiqi artırmalıdır, əks halda öz valyutasını müdafiə etməkdə çətinlik çəkə bilər. Fikrimcə, müşahidə olunan proses dünya iqtisadiyyatına və siyasi dinamikanın gedişatına əhəmiyyətli təsir göstərəcək”.

Politoloq Xəqani Cəfərli qeyd edib ki, qızıl fyuçerslərinin qiymətinin bahalaşması iqtisadi məsələ kimi görünsə də, əslində belə deyil:

Xəqani Cəfərli

“Adətən beynəlxalq münasibətlərdə gərginlik artanda və müharibələr zamanı qızıl daha çox bahalaşır. Bu da təbiidir. Çünki belə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi, nəticəsinin necə olacağı tam aydın deyil. Təlabatın artması isə qiymətlərin bahalaşmasına səbəb olur. İqtisadi faktorların da hazırda nikbinlik üçün əsas vermədiyini nəzərə aldıqda, qızılın qiyməti ilə bağlı rekord göstərici yaranmış vəziyyətin nəticəsidir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri