Icma.az
close
up
RU
Hazırlıqlar başladı III dünya müharibəsinin siqnalı verildi

Hazırlıqlar başladı III dünya müharibəsinin siqnalı verildi

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Skandinaviya ölkələrində III dünya müharibəsinin başlaması ilə bağlı hazırlıqlar başlanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın qonşuluğunda olan Skandinaviya ölkələri potensial Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq verərək vətəndaşlarına ağır döyüş vəziyyətində sağ qalmaq üçün təlimatlar təqdim ediblər.

İsveç, Rusiyanın Ukraynaya hücumu və təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar xalqını xəbərdar edib, əhalini münaqişəyə hazır olmağa çağırıb.

İsveçrədə müdafiə naziri Carl-Oskar Bohlin "Böhran olsa və ya müharibə başlasa" başlıqlı milyonlarla broşür çap olunub və onların bütün evlərə paylanacağını bəyan edib. Digər ölkələr də narahatlıq içindəki vətəndaşlarına tövsiyələr verərək ehtiyatlı olmağa çağırırlar.

Finlandiya hökuməti "hadisələrə və böhranlara qarşı" hazırlıqlı olmaq üçün mühüm tövsiyələrini bölüşüb. Hökumətin və prezidentin silahlı hücum zamanı necə reaksiya verəcəyi ilə bağlı detallı məlumatların qeyd olunduğu elektron broşürdə səlahiyyətlilərin özünümüdafiə üçün yaxşı hazırlaşdıqları vurğulanır.

Norveç və Danimarka da öz vətəndaşlarına sağ qalma təlimatları təqdim ediblər. Norveçdə insanlar, sərt hava şəraiti və ya müharibə şəraitində bir həftə boyunca öz başlarına necə idarə edəcəklərini öyrənmələri üçün xəbərdarlıq broşürü alıblar. Danimarka Fövqəladə Hallar İdarəsi isə böhran zamanı üç günlük ehtiyacları olan su, qida və dərman ehtiyatları barədə ətraflı məlumat verən bir xəbərdarlıq yayımlayıb.

III Dünya Müharibəsi riski

III Dünya Müharibəsi haqqında çox fərqli ssenarilər və ehtimallar mövcuddur, lakin bu mövzu daha çox proqnoz və fərziyyələr əsasında müzakirə olunur. Hazırda dünya gücləri arasında silahlanma yarışı, nüvə təhlükəsi və geosiyasi gərginliklər belə bir müharibə riskini artırsa da, qarşılıqlı məhvetmə qorxusu bu riskin azalmasında mühüm rol oynayır. Dünyanın müxtəlif yerlərində regional münaqişələr və iqtisadi maraqların toqquşması böyük dövlətlərin birbaşa iştirakını çətinləşdirir. Nəticədə, dövlətlər daha çox diplomatik yollarla problemləri həll etməyə çalışırlar. Müasir dövrdə süni intellekt, kiber təhlükəsizlik və texnoloji inkişaflar belə bir müharibənin gedişatını və təsirlərini əvvəllər təsəvvür edilə bilməyəcək şəkildə dəyişə bilər.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri