Icma.az
close
up
RU
Dünya vətəndaşı olmaq istəyən maestronun ev muzeyindən REPORTAJ

Dünya vətəndaşı olmaq istəyən maestronun ev muzeyindən REPORTAJ

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi elə görkəmli musiqiçilərin adını daşıyan küçədə - Leopold və Mstislav Rostoropoviçlər küçəsi 19-da, vaxtilə yaşadıqları evdə yerləşir.

Oxu.Az "Kaspi" qəzetinin həmin yerdən hazırladığı reportajı təqdim edir:

Maestronun şəxsi arxivindən

Qədim taxta qapını açaraq dar pillələrlə yuxarı qalxır, görkəmli violonçel ustasının doğulduğu evə daxil oluruq. Ev giriş, memorial otaq və ekspozisiya otaqlarından ibarətdir.

Ev-muzeyin ekspozisiyası M.Rostropoviçin uşaqlıq, gənclik və yaradıcılıq illərini əks etdirən nadir materiallarla zəngindir. Maestronun Bakıda anadan olmasını təsdiqləyən doğum haqqında şəhadətnaməsi muzeydə saxlanılır. Bacısı Veronika ilə birlikdə uşaqlıq illərini əks etdirən əşyalar da muzey eksponatları sırasındadır.

1997-ci il 23 may tarixində Prezident Heydər Əliyevin Sərəncamı ilə muzey yaradılıb. 1998-ci il martin 4-də muzeyin açılışı olub. Maestro ev-muzeyin açılmasında ailəsi ilə birgə iştirak edib və bəzi eksponatları muzeyə bağışlayıb. Ekspozisiyalardakı violonçel futlyarı, şəxsi not şkafı, dirijor frakı və çubuğu, müharibə dövründə yaralılar qarşısında çıxış etdiyi gödəkcəsi, əsərlərinin notları, nadir fotolar və s. Rostropoviçin şəxsi arxivindəndir. Ev-muzeydə maestroya məxsus saat Rostropoviçin vəfat etdiyi vaxta qurulub.

İnam, vəzifə və namus

Rostropoviçlər zadəganlıq titulu almış nəsildir. Bu titul onlara hələ ulu babaları İosif Rostopoviçin dövründə verilib. Onların öz gerbləri və "İnam, vəzifə və namus" adlı devizləri olub.

Muzeyin elmi işçisi Rəhimə Həsənova Rostropoviçlər ailəsi haqqında məlumat verir: "Ailəsi hələ Mstislav dünyaya gəlməmişdən iki il əvvəl Bakıya gəlib. 1925-ci ildə Şərqdə ilk dəfə Konservatoriya yarananda dahi bəstəkarımız Üzeyir Hacıbəyli bu sənət ocağında dərs deməsi üçün istedadlı violonçel ifaçısı, professor Leopold Rostropoviçi Bakıya dəvət edir. Əvvəllər Bakıya konsert vermək üçün səfər edən Leopold Rostropoviç bu dəfə ailəsi ilə birlikdə Bakıya köçür. Onun həyat yoldaşı pianoçu Sofya Fedotova da konservatoriyada fortepiano fakültəsində dərs deməyə başlayır. Onlar keçmiş Kolodezni küçəsində (indiki Rostropoviçlər küçəsi) 1931-ci ilə kimi yaşayıblar. 1927-ci ildə Mstislav Rostropoviç bu evdə dünyaya göz açıb..."

Leopold Rostropoviç ilk dəfə olaraq Konservatoriyada simli kvartet yaradır. O, Bakıda çoxlu violonçel ifaçıları yetişdirir. Onlardan biri də Asəf Zeynallı idi. Üzeyir bəylə L.Rostropoviçin yaxın dostluğunu təsdiqləyən məktubların əlyazması muzeydə saxlanılır.

Qalina Vişnevskaya ilə tanışlıq

İkinci zalda bəstəkarın uşaqlıq və gənclik illərini əhatə edən şəkillər - ailənin Bakıdan Moskvaya köçməsi, konservatoriya illəri, müharibə dövrü ilə bağlı fotolar var. Atası dünyasını dəyişəndə Mstislavın 14 yaşı olur. Ailənin yükü onun çiyninə düşür. Həm atasının işlədiyi musiqi məktəbində dərs deyir, həm də müharibədə yaralılar qarşısında çıxış edir. Orkestrlə ilk konsertini də 14 yaşında verir. Moskva Konservatoriyasına daxil olanda onun 16 yaşı vardı. Piano və violonçel ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir.

M.Rostropoviç 1945-ci ildə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülür. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olur, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edir.

Zalda bəstəkarın SSRİ-dən immiqrasiya etməmişdən əvvəl Bakıya gəldiyi 60-70-ci illəri, gənclik illərini və ailə həyatını əks etdirən nadir eksponatlar maraq doğurur.

50-ci illərdə maestro dünyaşöhrətli opera ifaçısı Qalina Vişnevskaya ilə tanış olur. Onlar ailə qurmağa qərar verirlər. Opera ifaçısı ailəli olsa da, ərindən ayrılıb Rostropoviçlə evlənir. Onların iki qızı doğulur. Həmin illərdə Rostropoviç dirijorluğa da həvəs göstərir. 1968-ci ildə Böyük Teatrda "Yevgeni Onegin" operası ilə ilk dirijorluğu böyük əks-sədaya səbəb olur.

Vişnevskaya-Rostropoviç yaradıcılığı 30 il davam edir. Ekspozisiyada Rostropoviçin Azərbaycanın görkəmli musiqi xadimləri ilə fotoları da yer alıb.

Konsertlərin birində Xalq artisti Firəngiz Əlizadənin "Qarabağnamə" əsərini dinləyən violonçel ifaçısı onun üçün də əsər yazmasını xahiş edir. F.Əlizadə maestroya "İthaf" əsərini həsr edir.

Fikir və ideya azadlığının müdafiəçisi

Üçüncü ekspozisiya otağı bəstəkarın Qərb ölkələrindəki fəaliyyətini əks etdirən eksponatlarla zəngindir. Təəssüf ki, ailənin həyatı təkcə böyük musiqi salonlarında təntənəli keçən alqışlarla müşayiət olunmur. Onlar təlatümlü dövr də yaşayırlar: "Rostropoviç mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. Maestro əzilən insanların yanında idi, ədaləti müdafiə edirdi. O, 1970-ci ildə Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin təzyiqlərinə məruz qalır. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur. Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.

Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovet İttifaqını tərk edərək ABŞ-yə yollanır. Tezliklə vətənində onun musiqi fəaliyyətinə qadağa qoyulur və ardınca sovet vətəndaşlığından məhrum edilir. Ailə ABŞ-də bir il çətinliklər içərisində yaşayır. Amma maestro tezliklə Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyətə başlayır. O, 17 il müddətində həmin orkestrə dirijorluq edir. Maestro SSRİ-də vətəndaşlıqdan məhrum ediləndən sonra bir çox ölkələr ona vətəndaşlıq təklif edirdi. Ancaq o, heç bir təklifi qəbul etmirdi. "Mən dünya vətəndaşı olmaq istəyirəm", - deyirdi. Rostropoviç həqiqətən dünya vətəndaşı idi".

Ekspozisiyada maestronun dünyanın siyasi liderləri, nüfuzlu şəxsiyyətləri, Salvador Dali, Pikasso kimi dahi rəssamlarla fotoları yer alıb.

Divarda bəstəkarın Berlin divarlarının dağıdılması zamanı improvizasiyaya əsaslanmış ifasını əks etdirən fotosu da var. Bu ifa televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq ABŞ vətəndaşı olmasına baxmayaraq, ruslar onun vətəndaşlığını bərpa edirlər.

Ekspozisiyada bəstəkarın orden və medalları, təltifləri də nümayiş olunur. O, Fransanın "Şərəf Legionu" ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Beş dəfə "Qremmi" mükafatı qazanıb.

Maestronun Bakı dövrü

Ev-muzeyin dördüncü zalı maestronun Bakı dövrünü əhatə edir. Maestro ulu öndər Heydər Əliyevin dəvəti il Bakıya gəlir, konsertlər verir, ustad dərsləri keçir. ulu öndər Heydər Əliyev xaricdə olan incəsənət xadimlərini Azərbaycana dəvət edir. Maestro 70 illik yubileyi ərəfəsində gəlir və Bakıda təntənəli yubileyi keçirilir. Söz verir ki, hər il gələcək və gənc musiqiçilərə ustad dərsləri keçəcək. O, sözünə əməl edir.

M.Rostropoviç 1998-ci ildə öz istəyi ilə məcburi köçkün düşərgələrinə baş çəkir. Qayıdandan sonra Vişnevskaya-Rostropoiç Xeyriyyə Fondunun dəstəyi ilə irimiqyaslı peyvənd proqramını maliyyələşdirir. Yaponiyada aldığı qrantla Azərbaycan Simfonik Orkestri üçün musiqi alətləri hədiyyə edir. Maestro ilə ulu öndər bir-birinin şəxsiyyətinə hörmət edirdi. Onların arzusu Filarmoniyanın bərpası və açılışda iştirak etmək idi. Lakin 2003-cü ildə ulu öndərin vəfatı Rostropoviçi çox təsirləndirir. 2004-cü ildə maestro Dövlət Filarmoniyasının açılışında tək iştirak edir. O, konsertdə üzünü Heydər Əliyevin portretinə çevirərək İohann Sebastyan Baxın 2 nömrəli süitasından "Sarabanda" hissəsini ifa edir. "Bu əsər bütün dinlərə aid duadır", - deyir.

Ekspozisiyada maestronun həmin konsertdə geyindiyi frakı və dirijor çubuğu, konsertdən çəkilmiş videokadrlar, şəkillər və üzərində maestronun avtoqrafı olan konsert proqramı var.

Ümumilikdə ev-muzeydə beş mindən artıq eksponat - əlyazmalar, bukletlər, afişalar, kitablar, notlar, qəzetlər disklər, əşyalar, maestro haqqında filmlər, ifası ilə yazılmış audio kasetlər var.

Maestronun Kremldə keçirilən 80 illik yubileyində Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva da iştirak edib. 2007-ci il 27 martda Prezident İlham Əliyevin Sərəncamı ilə Rostropoviç ölkənin ali ordeni - "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Muzeyin elmi işçisi qeyd edir ki, 2007-ci ildən başlayaraq Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilib. Sonuncu - 10-cu festival 2019-cu il aprelin 22-27-də təşkil olunub: "Daha bu festival keçirilmir. Festival günlərində çoxlu məşhur musiqiçilər ölkəyə gəlirdi, ev-muzeyi də ziyarət edirdilər. Qızları Yelena və Olqa da festival vaxtı Bakıya gəlirdilər".

Hazırda muzeyi ölkəyə gələn xarici turistlər, xüsusən ruslar ziyarət edir. Bakıda musiqi sahəsində təhsil alan tələbələr, məktəblilər də muzeyə baş çəkirlər. Ev-muzeyi həftənin bazar ertəsindən başqa bütün günlər saat 10:00-dan 18:00-dək işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see213

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see197

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see162

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see142

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see138

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see130

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see126

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see125

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see124

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see123

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see122

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri