Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin ev muzeyindən xüsusi REPORTAJ

Bəxtiyar Vahabzadənin ev muzeyindən xüsusi REPORTAJ

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanın Xalq şairi, ədəbiyyatımızın parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının 16-cı ildönümüdür.

Ölkə.Az xəbər verir ki, bununla əlaqədar Azərtac-ın bölgə müxbiri şairin Şəkidə yerləşən ev muzeyində olub, muzeyin əməkdaşları ilə görüşüb.

Böyük şair B.Vahabzadənin ev muzeyi Şəkinin Yuxarı Baş məhəlləsində yerləşir. Şair sağlığında buranın uşaq bağçası kimi fəaliyyət göstərməsini istəyib. Lakin dövlətimiz balaca fidanlar üçün yaxınlıqda yeni uşaq bağçası inşa edərək şairin evini muzeyə çevirib.

Bu həyətə ilin hansı fəslində gəlməkdən asılı olmayaraq, insan sanki hansısa sehrli bir aləmə düşür, ovsunlanır. İnsanda fərqli bir ovqat yaranır. Ev muzeyinin direktoru, B.Vahabzadə yaradıcılığının tədqiqatçısı Elşən Zəkəriyyəbəyli bildirib ki, 80-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifi kimi öz sözünü deyib. Həmçinin görkəmli söz ustadı hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. İki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

“B.Vahabzadə bu evdə dünyaya gəlib və 9 yaşınadək burada yaşayıb. Üç otaqdan ibarət muzeydə 980 eksponat nümayiş olunur. Birinci otaq şairin iş dünyasını, ikincisi yaradıcılığını, üçüncüsü isə ictimai-siyasi fəaliyyətini əhatə edir. Burada şairin orden və mükafatları, eləcə də bir çox ölkələrdə keçirdiyi görüşlərdən fotoşəkillər yer alıb. B.Vahabzadənin Bakıdakı evindən yazı masası, kitabları və şəxsi əşyaları Şəkiyə gətirilib və burada qorunur. Burada, eyni zamanda, şairin atası, anası, babası, övladları və xanımı ilə olan şəkillər nümayiş etdirilir. Şairin kitabları 29 dilə tərcümə olunub. O, bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkar kimi tarixin bütün zamanlarında hörmət və ehtiramla anılır. B.Vahabzadə xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən çox müddətdə yorulmadan yazıb-yaradıb”, - deyə o bildirib.

E.Zəkəriyyəbəyli deyib ki, B.Vahabzadə yaradıcılığında əsas mövzulardan biri ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri, onun ən qiymətli sərvətidir. Həm də nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. “Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim”. Şairin Əhməd Şmide haqda qələmə aldığı şerin əlyazması muzeydə nadir eksponat kimi nümayiş olunur”, - deyə muzeyin direktoru qeyd edib.

Ev muzeyinin direktoru həm də bu il böyük şairin 100 illik yubileyi olduğunu xatırladıb. O, bu yubileyə hazırlaşdıqlarını və indidən müxtəlif tədbirlərin keçirildiyini bildirib. “Artıq Şəkidə şairin 100 illik yubileyi münasibətilə tədbirlərə start verilib. Şəki şəhər 3 nömrəli musiqi məktəbinin kollektivi Şəki Dövlət Dram Teatrında “Bəxtiyar sözü Azərbaycan musiqisində” adlı geniş konsert proqramı ilə çıxış edib, şairin sözlərinə bəstələnən əsərlər səsləndirilib. Ötən il ev muzeyini 53 ölkədən 9870 nəfər ziyarət edib. Bu il isə şairin 100 illik yubileyi ilə əlaqədar gələnlərin sayının 10 mindən çox olacağını gözləyirik”, - deyə o vurğulayıb.

E.Zəkəriyyəbəyli, həmçinin qəlblərdə əbədi taxt quran B. Vahabzadənin 100 illik yubileyinin adına layiq qeyd olunacağına inandığını deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:393
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri