Icma.az
close
up
RU
Qara Qarayevin ev muzeyindən REPORTAJ

Qara Qarayevin ev muzeyindən REPORTAJ

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Qara Qarayevin ev muzeyi 1 oktyabr 2018 -ci il il tarixində bəstəkarın 100 illik yubileyi ərəfəsində Beynəlxalq Musiqi günü tarixində öz qapılarını geniş tamaşaçı kütləsinə açıb. Hələ 2008-ci il tarixində cənab Prezidentimiz muzeyin açılması ilə bağlı fərman imzalayır. Və o vaxtdan muzey üzərində işlər aparılmağa başlanılır.

Uzun müddət idi ki, planlaşdırdığım bu görüş nəhayət ki, bir payız günündə baş tutdu. Məni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qarşılayır. Qeyd edim ki, Qara Qarayevin Ev Muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından biridir. Muzey Qara Qarayev irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində fəaliyyətini mükəmməl şəkildə qurub. Üçotaqlı muzeyin  bir otağında divara yerləşdirilmiş rəflərdə bəstəkara aid şəxsi əşyalar saxlanılır. Mənə bildirdilər ki, bəzi eksponatlar yer olmadığı üçün fondlarda qorunur.  Alla xanımın respublikada və respublikadan kənarda müxtəlif arxivlərdə aşkar etdiyi, ailə üzvləri tərəfindən muzeyə təqdim olunan eksponatlar nümayiş olunur. Bəstəkarın şəxsi əşyaları olan otaqda  həm də onun çəkdiyi fotolar sərgilənir. Bu da  bəstəkarın fotoqraflığa böyük həvəsi olduğundan xəbər verir. Bundan əlavə moto sürmək də onun sevimli hobbilərindən biri olub. Lakin kitab oxumaq, mütaliə etmək isə onun daha çox məşğul oldu fəaliyyətlərdən biri idi. Qara Qarayevin atası pediatr həkim olub. Anası Sona xanım isə Azərbaycanda ilk təhsil almış xanımlardan biri hesab olunur. Qeyd edək ki, hazırda fəaliyyət göstərən 2 nömrəli uşaq xəstəxanası da Q.Qarayevin atası Əbülfəz Qarayevin adını daşıyır. 

Qarayevin musiqi sevgisi ilə alışıb yanması heç də təsadüf deyil.  Onun anası poeziya və musiqi ilə dərindən məşğul olub. Belə ki, Qarayevin musiqi istedadının üzə çıxmasında anası və dayısının böyük rolu olub. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində Musiqi texnikumuna qəbul olunur və  fortepiano üzrə təhsil alır. 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasında  təhsil almağa başlayır. Bir müddətdən sonra Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 5 musiqiçi Moskvaya təhsillərini davam etdirməyə yola salınır. Onlardan biri də məhz Q.Qarayev idi. Lakin o, hər şeyə dərin maraqla yanaşırdı. Muzeydə bəstəkarın tamamlanmamış əsərləri də saxlanılır. Onun tələbələri arasında Firəngiz Əlizadə, Polad Bülbüloğlu, Sevda İbrahimova, Fərəc Qarayev, Arif Məlikov, Cəlal Abbasov, Elnarə Dadaşova, Azər Dadaşov kimi bəstəkarlar olub. A.Bayramova mənə muzey barədə danışaraq digər otağa aparır. Otağın dizaynı diqqətimi çəkdi. Divarlarda müxtəlif rəng çalarları gördüm. 

Qara Qarayev demək olar ki, bütün janrlarda əsərlər bəstələyib. Avstriyalı dizaynerlər, həmin əsərlər haqqında məlumatlar qeyd olunan divarları ayrı-ayrı rənglərə boyayıblar. Dram janrı  boz rəngində, Opera və Balet üçün musiqi qırmızı rəngdə, kamera və simfonik musiqi qəhvəyi rəngdə və s. Bəstəkarın sevdiyi rəng qırmızı olduğu üçün divar çalarlarında qırmızı rəngdən daha çox istifadə olunub. Buranın tərtibat-dizayn işlərini "Partner Culture+Projects" (Hors Kampman) şirkəti həyata keçirib.

Otaqda müəllifin orijinal əlyazmaları xüsusi tərtib olunmuş rəflərdə saxlanılır. Rəflərin birində bəstəkarın 1941-1945-ci illər Vətən müharibəsinə həsr  olunmuş "Vətən" operasının əlyazmasını görürəm. O, bu əsərə görə "Stalin" mükafatına da layiq görülüb. "Yeddi gözəl" isə onun ilk baletidir. İkinci balet 1958-ci ildə yazdığı və 1967-ci ildə "Lenin" mükafatına layiq görüldüyü  "İldırımlı Yollarla" baletidir. Muzeyin divarlarında Qarayevin ailəsinin şəkilləri yerləşdirilib.

Maraqlısı budur ki, sənətkarın ailə üzvləri iki sahədə fəaliyyətlərini davam etdirirlər: Musiqi sahəsi və həkimlik peşəsi...Bəstəkarın nəvələrinə yazdığı məktublar da ziyarətçilərdə kifayət qədər maraq doğurur. Məktublara uşaqların başa düşəcəyi şəkildə  şəkillər də çəkilib.  Məni muzeylə daha yaxından tanış edən A.Bayramova bildirir ki, son vaxtlar gənclərin muzeylərə olan marağın artdığının şahidi olur: "Bu məni çox sevindirir. Əlbəttə ki, gələnlər arasında turistlər də var və digər müxtəlif təbəqənin və yaş qrupunun insanları da". Muzeylə yaxından tanış olduqdan sonra oradan ayrılıb Bakının köndələn küçələri ilə yoluma davam etdim.. 

Bir daha şahid oldum ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi  bütün dövrlərdə respublikamızda sənətkarların xatirə, ev-muzeylərinin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Və budur, bu gün də o ənənə böyük ustalıqla davam etdirilir.

Havar Şəfiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri