Icma.az
close
up
RU
Dünya yeni müharibənin astanasında: bu dəfə daha dəhşətlisi Detallar

Dünya yeni müharibənin astanasında: bu dəfə daha dəhşətlisi Detallar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ı Misirə təzyiq göstərməyə çağırıb. Məlumata görə, Misirin Sinay yarımadasında öz qüvvələrini artırması və hərbi infrastrukturu inkişaf etdirməsi İsraili narahat edib.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün İsrail Yaxın Şərqdə mövcud olan bütün dövlətləri özünə düşmən hesab edir və qonşusu olan heç bir ərəb, müsəlman dövləti ilə səmimi dostluq əlaqəsinə malik deyil:

“Suriya, İraq, Livan, İran, Türkiyə, Yəmən, Qətər, Səudiyyə Ərəbistanı, Misir İsrailin “düşmən” hesab etdiyi qonşularıdır.

Misir-İsrail münasibətlərinə gəlincə, son hadisələr İsrailin növbəti hədəfinin bu ölkə olacağı ehtimalını gücləndirir. Belə olan halda İsrail Misirə qarşı hərbi əməliyyata başlamasını necə əsaslandıracaq?

Bunu müəyyən etmək İsrail dövlətinin yarandığı vaxtdan bu günə qədər iki ölkə arasında baş verən hadisələri nəzərdən keçirmək zəruridir.

İsrail-Misir münaqişəsinin kökləri dərindir və həm tarixə, həm də mövcud regional dinamikaya bağlıdır:

1.Münaqişənin tarixi səbəbləri:

– 1948-ci il Ərəb-İsrail müharibəsi. İsrail yaradıldıqdan sonra Misir digər ərəb ölkələri ilə birlikdə İsrailə qarşı müharibəyə başladı. Ərəb ölkələri onların tarixi torpaqlarında yaranan yeni dövləti qəbul etmək istəmirdilər. Müharibə İsrailin qələbəsi ilə başa çatdı, lakin Misir İsraili tanımaqdan imtina etdi.

– 1956-cı il Süveyş böhranı: Misir Süveyş kanalını milliləşdirmək haqqında qərar qəbul etdikdən sonra İsrail, İngiltərə və Fransa ilə birlikdə Sinayı işğal etdi. İsrail ABŞ və Sovet İttifaqının təzyiqi ilə geri çəkilsə də, qalmaqda davam etdi.

– 1967-ci il Altıgünlük müharibə: İsrail Misirin Sinay yarımadasını işğal etdi. Bu, Qahirə üçün böyük bir məğlubiyyət və utancverici oldu.

– 1973-cü il Yom Kippur müharibəsi: Misir Ənvər Sadatın prezidentliyi dövründə Sinay yarımadasını geri almaq üçün Suriya ilə birlikdə İsrailə hücuma keçdi. İsrail geri çəkildi, Misir öz itirilmiş nüfuzunu bərpa etdi.

– 1979-cu il Sülh müqaviləsi: Misir Sinayı geri alaraq İsraili tanıyan ilk ərəb dövləti oldu. Bununla belə, bir çox misirlilər və daha geniş ərəb dünyası bunu xəyanət kimi qiymətləndirdi və “soyuq sülh” dövrü başladı. Bu da dərin inamsızlıqla müşayiət olundu.

2.Müasir dövr: gərginlik davam edir.

– Fələstin məsələsi: Misir rəsmi olaraq Fələstinin hüquqlarını və ikidövlətli həll yolunu dəstəkləyir. İsrailin Qəzza və İordan çayının qərb sahilindəki siyasəti Misirin bu sahədə ictimai rəyi ilə ziddiyyət təşkil edir.

Əlimusa İbrahimov

– Qəzza və HƏMAS: Misir Qəzza ilə arasında olan və İsrailin Qəzzaya qurudan yeganə çıxış yolu Rəfah keçidinə nəzarət edir. Qahirənin HƏMAS-ı “Müsəlman Qardaşları”nı təhdid kimi gördüyü üçün bu qrupla mürəkkəb əlaqələri var. İsrail Misirə təzyiq edərək bu sərhədə ciddi nəzarət edir və gərginlik yaradır.

– Sinay yarımadasının təhlükəsizliyi:

Sinay yarımadasında silahlı qruplar, o cümlədən İŞİD-ə bağlı qruplar, fəaliyyət göstərib. İsrail və Misir burada hərbi mövcudluğunu saxlayır. Lakin qarşılıqlı inamsızlıq hələ də qalmaqdadır.

– Regional liderlik uğrunda rəqabəti:

Misir tarixən özünü ərəb dünyasının lideri kimi görürdü. İsrailin Körfəz ölkələri (BƏƏ, Səudiyyə Ərəbistanı) ilə artan əlaqələri Qahirənin rolunu zəiflədir və Misiri əsəbiləşdirir.

ABŞ-ın rolu:

Hər iki dövlət ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləridir, lakin Vaşinqton tez-tez Misirdən Qəzza müharibələrində vasitəçi kimi istifadə edir. İsrail körfəzdəki ərəb ölkələrindən vasitəçi kimi istifadə etmək istəyəndə, Misir özünü oyundankənar hesab edir.

3.Son eskalasiya

Son dövrdə münaqişənin inkişaf etməsinin səbəbləri aşağıdakılar hesab olunmalıdır:

– Misirin Sinaya qaçqınların və yaraqlıların gələcəyindən qorxduğu Qəzza müharibəsi və oradakı humanitar böhran.

– İsrail fələstinlilərin Sinaya kütləvi şəkildə köçürülməsinə çalışır. Qahirə bunu qırmızı xətt elan edib və hətta İsrailin fələstinliləri Misir ərazisinə zorla köçürəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyib.

Bütün bunlar yaxın gələcəkdə Misirlə İsrail arasında yeni müharibənin başlayacağına sübut kimi götürülə bilsə də, hökmən baş verəcəyini demək mümkün deyil. Çünki Misir İsrailin bu günə qədər hücum etdiyi, müharibə apardığı ölkələrdən ən güclüsüdür və ABŞ-ın İsrailin növbəti avantürasına sanksiya verə biləcəyi ehtimalı da çox aşağı səviyyədədir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri