Maduro ad çəkdi, 3 xahişi ortaya çıxdı Dünya yeni müharibənin astanasında
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də Venezuela lideri Nikolas Maduro ilə qısa telefon danışığı zamanı ondan ölkəni bir həftə ərzində tərk etməsini tələb edib.
15 dəqiqədən az çəkən söhbətdə Tramp Maduraya ailəsi ilə birlikdə istədiyi ölkəyə getməsi üçün 28 noyabra qədər vaxt verib. Ardınca Tramp noyabrın 29-da “Truth Social”da bütün aviaşirkətlərə və pilotlara Venezuela hava məkanından uzaq durmaq çağırışı edib.
Məlumatlara görə, Maduro yalnız tam hüquqi əfv, ailəsinə qarşı bütün sanksiyalarının ləğvi, habelə Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılması halında ölkədən getməyə hazır olduğunu bildirib. Hətta Venezuelanın idarəçiliyini keçid dövründə vitse-prezident Delsi Rodriqezə ötürə biləcəyini vəd edib. Lakin Tramp Maduronun tələblərinin çoxunu qəbul etməyib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Venezuela ilə bağlı radikal siyasəti uzun müddətdir davam edir:
“Narkotacirlərə qarşı mübarizə adı altında başlayan təzyiqlərin birbaşa olaraq Maduro hakimiyyətinin əleyhinə olduğu aydındır. Bu təzyiq siyasəti hər gün bir az da artır. Maduro isə Trampla dil tapmaq istəyənə oxşamır.
Kənan Novruzov
Aydındır ki, ABŞ Venezuela ilə bağlı planlarından asanlıqla imtina etməyəcək. Maduro da hələlik geri çəkilənə oxşamır. Bu isə o deməkdir ki, iki ölkə arasında gərginlik arta bilər.
Qarşıdakı dönəmdə ABŞ-ın Venezuelaya hərbi müdaxilə ehtimalını istisna etmək olmaz. Hər halda bununla bağlı ilkin siqnallar var. Venezuelada hakimiyyət dəyişikliyinin olması ehtimalı yüksəkdir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Dekabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















