Icma.az
close
up
RU
Dünyada 57 milyon demensiya xəstəsi var: Hər 10 nəfərdə 1 də erkən yaşda aşkarlanır

Dünyada 57 milyon demensiya xəstəsi var: Hər 10 nəfərdə 1 də erkən yaşda aşkarlanır

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Unutqanlıq çox vaxt yaşlanmanın təbii nəticəsi kimi qəbul edilsə də, bu hal bəzən demensiyanın yəni beyində funksional itkilərlə müşayiət olunan unutqanlığın ilk əlaməti ola bilər. 

Qaynarinfo xəbər verir ki, uzun ömürlülüyün artması ilə demans halları da dünyada sürətlə yüksəlir. Statistikaya görə, hər il təxminən 10 milyon insana demans diaqnozu qoyulur və 2021-ci ildə xəstə sayı 57 milyona çatıb.

Demensiya gündəlik həyatı təsir edəcək qədər ciddi yaddaş, dil, düşünmə və problem həll etmə qabiliyyətlərinin itirilməsi ilə xarakterizə olunur. Ən çox rast gəlinən səbəb Altsheymer xəstəliyidir (təxminən 60-70 faiz). Digər növlərə damar mənşəli demensiya "Lewy" cisimcikli demensiya və frontotemporal demensiya daxildir.

Risk faktorları və erkən yaşda görülməsi

İrəliləmiş yaş demensiya üçün əsas risk amili sayılsa da, xəstəlik bəzən gənc yaşlarda da özünü göstərir. Statistikaya görə, hər 10 demensiya xəstəsindən biri 30-65 yaş aralığında diaqnoz alır və bu, "gənc başlanğıclı demensiya" kimi tanınır. Bu tip çox vaxt stress, depressiya və ya menopozla əlaqələndirilərək gec aşkar olunur.

Genetik faktorlar mühüm rol oynayır – bəzi xəstələrdə demensiyaya səbəb olan xüsusi genlər müəyyən edilir. Digər tərəfdən, beyin travmaları, insult, infeksiyalar və həddindən artıq alkoqol istifadəsi də erkən yaşda demensiyaya gətirib çıxara bilər.

Eşitmə itkisi də diqqətəlayiq risk faktorudur. 40-50 yaş arası insanlarda eşitmə problemləri demensiya riskini 90 faizə qədər artıra bilir. Bunun səbəbi sosial təcrid, depressiya və beynin əlavə gərginlik altında qalması ilə izah olunur.

Demensiyanın ən çox rastlanan ilkin əlamətləri

* Yaxın zamanda öyrənilən məlumatların unudulması

* Əşyaların itirilməsi və ya yanlış yerə qoyulması

* Yol tapmaqda çətinlik, tanış yerlərdə çaşqınlıq

* Zamanı qarışdırmaq

* Danışıq və ya söz tapmaqda çətinlik

* Təkrar-təkrar eyni sualı vermək

* Qərar qəbulunda və problemləri həll etməkdə çətinlik

* Davranış və şəxsiyyət dəyişiklikləri

Demensiya riskini azaltmaq üçün 10 vacib tövsiyə

Neyroloq Ayla Sifoğlu demensiya riskini azaltmaq üçün aşağıdakı addımları tövsiyə edir:

1. Fiziki aktiv olun – gəzinti, idman, bağ işi və gündəlik hərəkətlilik.

2. Zehni aktivliyi qoruyun – yeni hobbilər, dil öyrənmək, yaddaş oyunları.

3. Sosial əlaqələri gücləndirin – ailə, dostlar və ictimai fəaliyyətlər.

4. Şəkərli diabet və piylənmədən qorunun, xəstəlikləri nəzarətdə saxlayın.

5. Qan təzyiqini və ürək sağlamlığını izləyin.

6. Eşitmə sağlamlığınızı qoruyun, lazım gəldikdə cihazdan istifadə edin.

7. Siqaretdən uzaq durun, alkoqolu minimuma endirin.

8. Depressiya əlamətlərində peşəkar yardım alın.

9. Keyfiyyətli və kifayət qədər yatın, yuxu problemlərini müalicə etdirin.

10. Beyin travmalarından qorunun, riskli fəaliyyətlərdən uzaq durun.

Demensiyanın qəti müalicəsi olmasa da, bəzi dərmanlar və sağlam həyat tərzi xəstəliyin irəliləməsini yavaşlada və həyat keyfiyyətini yaxşılaşdıra bilər. Erkən diaqnoz isə həm xəstənin, həm də yaxınlarının həyatına böyük təsir göstərir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri