Icma.az
close
up
RU
“Dünyada Azərbaycanakı qədər istedadın məhv olduğu ikinci ölkə yoxdur”

“Dünyada Azərbaycanakı qədər istedadın məhv olduğu ikinci ölkə yoxdur”

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah"ın akademiyasına cavabdehlik daşıyan, U-19 və əvəzedicilərdən ibarət komandalarının baş məşqçisi olan, 6 ildir ölkəmizdə çalışan Adino Mustedanaqiç Sportinfo.az saytına müsahibə verib. 

Sportal.az xorvat mütəxəssisin müsahibəsini təqdim edir.

- Uzun illərdir “Sabah”dasınız. Nələrə nail ola bilmisiniz?

- Artıq altıncı il başa çatmaq üzrədir. Düşünürəm ki, biz malik olduğumuz şərtlərin maksimumuna çatmağı bacarmışıq.. Daxili qiymətləndirmələrimiz üçün KPI-lərimiz (effektivliyin əsas göstəriciləri) var idi. Hansısa dövrdə əsas komandada akademiyadan 4-5 oyunçumuz var idi, gənclər səviyyəsində ən çox milli komandamız var idi, aşağı yaş qruplarından ibarət milli komandalara ən çox futbolçu “Sabah”dan cəlb olunmağa başladı, komandalarımız iştirak etdiyi turnirləri qalib qismində tamamlamağı bacardı, istedadlı futbolçularımızı hazırlıq keçmək üçün Zaqreb “Dinamo”suna göndərdik və Gənclər arasında Çempionlar Liqasında oynadıq.

- Nələri daha yaxşı edə bilərdiniz? Ki, bu işdə ya şərait istədiyiniz kimi olmadı, ya da hansısa problemlər mane oldu?

- Daha yaxşısını etmək həmişə mümkündür. Mən gələndə “Sabah” Akademiyasının hansı şəraitdə olmasına, bizim qarşılaşdığımız bütün çətinliklər və məhdudiyyətlərə gəlincə, düşünürəm ki, yaxşı işlər gördük. Klublar ancaq AFFA-nın onlara verdiyi şərtlər daxilində işləyə bilər. Bu şərtlər daxilində biz çox yaxşı çıxış etdik. Təəssüf ki, daha çox şey etmək üçün şərait daha yaxşı olmalıdır. Pandemiya da bir çox planlarımızın gerçəkləşməsini yubatdı. Həmçinin, “Sabah” Akademiyası üçün bazaların yoxluğu böyük problemdir. Çatışmazlıq gələn mövsüm həllini tapmalıdır.

- Növbəti mövsüm əsas komandada “Sabah”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən neçə gənc futbolçu görə bilərik?

- Artıq məşqlərə qoşulanlar var. Getdikcə daha çoxu əsas komanda ilə məşq etmək şansı qazanacaq. Bu, bir çox amillərdən asılıdır. Məqsəd birinci komandaya gətmək yox, orada möhkəmlənmək və qalmaqdır. Bəzən gənc futbolçuları əsas komandaya tələsdirməyin fəsadları ağır olur. Onlar çıxış etdikləri liqalar səviyyəsində mənfi cəhətlərini aradan qaldırmalıdırlar. Çünki əsas komandada bunu etmək üçün vaxt və yer tapmaq çətindir.

- Akademiyada yetişən Abdulla Rzayev, Şakir Seyidov kimi futbolçular əsas komandada oynamaq imkanı qazanmır, Rauf Rüstəmli, Veysəl Rzayev və başqaları başqa klublara gedir. Bu barədə əsas komandasının baş məşqçiləri ilə söhbətiniz olur? Nə deyirlər?

- Bəli, olub. Keçmiş baş məşqçi Renduliçlə bu barədə çox danışırdıq və artıq bəzi futbolçuların inkişafı ilə bağlı Vasili Berezutski ilə də görüşüm olub. Onlar həqiqətən gənc futbolçuları düşünürlər. Hər yerdə olduğu kimi, əsas komandaya da sürətli uğurlu nəticələr lazımdır. Belədə gənc futbolçulara mütəmadi şans vermək bir az çətindir.

- Azərbaycanda uşaq və yeniyetmə futbolunun vəziyyətini bir cümlə ilə necə təsvir edə bilərsiniz?

- Uzunmüddətli strategiya və məqsədlər olmadan qısamüddətli improvizasiya.

- Azərbaycan uşaq futbolunda sizi ən çox nə təəccübləndirir?

- Təəccübün müsbət və mənfi tərəfləri var. Məni hər gün təəccübləndirən futbol anlayışının çox aşağı olmasıdır. Düşünürəm ki, dünyada Azərbaycanakı qədər istedadın məhv olduğu ikinci ölkə yoxdur. Geridə qalan 6 ildə qədər böyük istedadlar gördüm ki, karyeraları zədələr səbəbindən çox erkən bitdi. Bu, təkcə yaxşı şərtlərin olmaması ilə bağlı deyil. Həm də gənclər səviyyəsində strategiya və məşqçi işi ilə əlaqəlidir.

- Azərbaycanlı gənc və yeniyetmələrin bir neçə il Zaqreb “Dinamo”, “Partizan”, “Srvena Zvezda” kimi klubların akademiyalarında məskunlaşmasına, təcrübə toplamasına nə mane olur?

- “Dinamo”ya futbolçular göndərirdik. Bu layihənin əvvəlində biz daha çox U-19 və U-17-dən olanlara üstünlük verirdik. Onlardan biri də hazırda əsas millinin sıralarında olan Xəyal Əliyev idi. Sonradan təhlil etdik və qərara gəldik ki, U-14 və ya U-15 komandalarının ən yaşlılarını göndərək. Çünki onların yetkinlik dövrünü "tutmaq" şansı var. Keçən dəfə Xorvatiyaya yollanan futbolçular Zaqreb “Dinamo”sunun rəsmiləri tərəfindən seçilmişdi. Oyunçular göndərdiyimiz zaman onların sənədləşmə işini də həll etməyimiz vacibdir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri