Icma.az
close
up
RU
DÜNYADA AZƏRBAYCANLILAR QƏDƏR MƏRHƏMƏTLİ XALQ YOXDUR

DÜNYADA AZƏRBAYCANLILAR QƏDƏR MƏRHƏMƏTLİ XALQ YOXDUR

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Heç kimə sirr deyil ki, böyük dövlətlər və ölkələr özlərini daha ədalətli və daha güclü hesab edirlər. Onlar düşünürlər ki, güc varsa, digər ölkələr onun qarşısında diz çökəcək, demokratiya, azadlıq, insan hüquqları ilə bağlı onların zərərli ideyalarını qəbul edəcəklər. Hələ indiyə qədər görməmişik ki, Avropa ölkələri və eləcə də ABŞ hansısa müsəlman dövlətinə  zəlzələdən əziyyət çəkən, müharibədə ev-eşiyi dağılan insanlara təmənnasız köməklik göstərsin. Əgər onlar hər hansı köməkliyi edirlərsə mütləq onun arxasında böyük dövlətlərin gizli planları mövcuddur. Ya onlar  həmin ölkələrdə «demokratiya» adı altında hakimiyyət dəyişikliyi etmək istəyir, ya da xaos və özbaşınalıq yaratmağa can atır. Artıq dünya maskalanmış belə «demokratik»  ölkələrin sifətini yavaş-yavaş tanıyır. 

Azərbaycan yeganə ölkədir ki, hər hansı dövlətə maddi yardım göstərəndə, arxa duranda və onlara yardım edəndə bunun heç bir əvəzini gözləmir. Amma bizdən qat-qat böyük, zəngin dövlətlər  hər hansı bir ölkəyə  bir qurtum su verəndə  onun əvəzini tələb edirlər. Dünyada  böyük dövlətlər, böyük xalqlar anlayışı yoxdur. Artıq zaman-zaman bu fikirlər öz əhəmiyyətini itirib. İndi dünyada təmənnasız olaraq hər hansı ölkəyə kömək göstərən, onun əvəzini ummayan məmləkətlərə daha çox dəyər verilir. 

Azərbaycan tarixən özünün köməkliyini, maddi və mənəvi dayağını  bütün qonşu ölkələrə göstərib. Və bayaq  da dediyimiz kimi bunun müqabilində heç nə ummayıb. Hətta Azərbaycan onunla düşmənçilik edən Ermənistanda zəlzələ baş verəndə birinci kömək edənlərdən olub. Çox təəssüf ki, yenə düşmən öz iç üzünü göstərdi. Yəni onlara maddi kömək aparan və içərisində zəlzələdən əziyyət çəkənlərə dayaq olmağa gedən insanlar olan təyyarəmizi vurdular. Bax, bu heç bir beynəlxalq hüquq normasına, insanlığa  sığmayan bir hərəkətdir. Ancaq o vaxtlar Ermənistanı Sovet hökumətinin nə başçıları, nə də digər respublikalar  qınamadılar. Təbii ki, bu cür vəhşilikləri eləyən xalqa qarşı bir etiraz da olmalı idi. Və həmişə  olduğu kimi onda da Sovet rəhbərləri və dünya susdu. Çünki onlar öz xristian qardaşlarına haqq-adalətdən  uzaq olaraq həmişə arxa durublar. Onların düşüncəsinə görə təki ölən xristian yox, müsəlman olsun. Çünki müsəlmanın bu dünyada yiyəsi olmayıb.

«Fəryad» filmində maraqlı bir epizod var. Orda  bizim əsir  götürülmüş  əsgərimiz hər şeydən bezərək evə od vurur. Ev yavaş-yavaş yanır və bu  vaxt görür ki, bir erməni uşağı onun yanında qalıb ağlayır. Uşaqları  yadına düşür, axsaya-axsaya  ayağa qalxır və çətinliklə də olsa yanğını söndürür. Bu dünyada analoqu və bənzəri olmayan bir insanpərvərlikdir. Hətta ermənilərdən biri deyir ki, bütün Stepanakert  əsir düşən azərbaycanlının qeyri-adi insanpərvərliyindən danışır. Amma biz olsaydıq o uşağı da öldürərdik, evi də yandırardıq. 

İstər Birinci, istərsə də İkinci Qarabağ savaşında  Azərbaycan əsgəri  bir erməni qocasına, xəstəsinə, uşağına güllə atmayıb. Bizimkilər də istəsəydi İkinci Qarabağ savaşında, eləcə də antiterror əməliyyatında yüzlərlə yox,  minlərlə  ermənini əsir götürər, ya da güllələyərdilər. Amma azərbaycanlı əsgərləri  erməni qocalarını  xəstə olduğu üçün Təcili Yardım maşınına mindirib müalicəyə göndərdilər. Bununla yanaşı, Laçın dəhlizindən keçən minlərlə  erməninin təhlükəsizliyini  təmin etdilər, onlara  ərzaq, su verdilər. Dəhlizi keçərkən bütün ermənilər bizim əsgərlərə  təşəkkür edirdilər. Amma elə ki Ermənistana çatdılar, yenə başladılar şər-böhtan deməyə. Guya bizim əsgərlərimiz onları incidib, haqlarını tapdayıblar. Bax, bu da ermənilərin  əsl sifətidi. 

Azərbaycançılıq ideyasının ən gözəl nümunələrindən biri zəlzələdən, müharibədən və aclıqdan əziyyət çəkən ölkələrə kömək etməsidir. Çox yox, bir neçə gün bundan əvvəl 1 milyon dollar  dəyərində avadanlıqlar maşınlarla Ukraynaya  göndərildi. Rusiya-Ukrayna müharibəsi başlayandan ilk gündən Azərbaycan Ukraynaya  maddi və mənəvi cəhətdən  arxa durub, onlara  ərzaq, geyim əşyaları və çadırlar göndərib. Bununla yanaşı. Ukraynada müharibədə valideynlərini  itirmiş uşaqlar bir ay müddətində Bakıda bərpa mərkəzində olub, onlara psixoloji və mənəvi yardım göstərilib. Ümumiyyətlə,  Ukrayna-Rsiya müharibəsi dövründə Azərbaycan Ukraynaya milyonlarla dollar ərzaq, dərman, geyim və istilik sistemləri göndərib. Çünki bizim də çətin günümüzdə Ukrayna xalqa Azərbaycanla həmrəy  olub.

Qardaş Türkiyədə zəlzələ baş verəndə Türkiyəyə ilk köməyə Azərbaycan çatıb. Paytaxt Bakıdan Türkiyəyə  onlarla yük maşını içi dolu ərzaqla, sənaye məhsulları, çadırlar  Türkiyəyə yola salınıb. Bunu qardaş Türkiyə də yaddan  çıxarmır. Çünki onlar da bizim ağır günümüzdə xalqımıza dayaq olub.
Ölkəmiz  həmişə çətin durumda olan ölkələrə yardım əlini əsirgəməyib. Fələstinə, Suriyaya və digər müsəlman dövlətlərinə çox böyük dəstək verib. Qardaş Pakistan  xalqına və eləcə də Əfqanıstana da zamanında böyük köməklik göstərib. 

Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, dünyaya böyük dövlətlərdən daha çox kömək  göstərib. Bu heç də o demək deyil ki, Azərbaycan göstərdiyi köməklə hansısa ölkədən nəsə umur. Azərbaycanın umduğu bir şey var – dostluq, insanlıq və Allah sevgisi. Bax, bizim ölkə Azərbaycançılıq ideyalarını  davam etdirərək bütün dövrlərdə  belə bir humanist və insanpərvər addımlar atıb. 

Heç şübhəsiz, Azərbaycanın dünya siyasətində və iqtisadi həyatında böyük uğurlar qazanması onu deməyə əsas verir ki, ölkəmiz Cənubi Qafqazda həm strateji, həm də geosiyasi mənada böyük  dövlətlərin maraq dairəsindədir. Çünki onlar görür ki, bu gün ölkəmiz həm dünyada sülhü təbliğ edir, həm də insanpərvərliyi və mərhəməti. İnsanpərvər və mərhəmətli ölkəni isə insanlarla yanaşı Allah da çox sevir! 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri