Icma.az
close
up
RU
Dünyada çoxu bura sığınır : azərbaycanlıların da seçimi oldu Böyük risk

Dünyada çoxu bura sığınır : azərbaycanlıların da seçimi oldu Böyük risk

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi ölkələrlə yanaşı, Azərbaycanda da süni intellekt əksəriyyətin marağını cəlb edir. Hətta işlərini, planlarını onun vasitəsilə quranlar da var. Bildirilir ki, sözügedən texnoloji tapıntı gündəlik həyatımıza nüfuz edib. Düzdür, bunun faydaları kifayət qədərdir, amma paralel olaraq zaman-zaman yarana biləcək risklərlə bağlı da xəbərdarlıqlar edilir.

Süni intelleklə bağlı nələrə diqqət etməliyik? Hansı risklər var?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, son illər süni intellekt texnologiyaları bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olub.

“Bu gün bəlkə də, ən çox müzakirə edlən mövzulardan biri süni intellektin zərərləridir.  Doğrudur, süni zəkanın köməyi ilə ciddi problemlərin həll olunacağına ümid böyükdür. Amma təəssüf ki, son vaxtlar süni intellektdən dezinformasiya və saxta məlumatların yayılmasında geniş istifadə olunur. Buna qarşı mübarizə üsulları Qlobal Media Forumunda da müzakirə olunub. Tədbir iştirakçıları süni intellektdən sui-istifadə hallarının artdığını qeyd etdilər. Bu texnologiya növünə həm də təbliğat və qarayaxma məqsədləri üçün müraciət edilir. Süni intellektlə bağlı ən böyük təhlükə saxta səs yazılarının yaradılmasıdır. Artıq fırıldaqçılar bundan fəal şəkildə yararlanmağa başlayıblar”.

Müşfiq Cəfərov

M.Cəfərov bildirib ki, süni intellektin zərərləri sırasında vətəndaşların şəxsi informasiyalarının təhrif olunması, konfidensiallığın pozulmasıyla yanaşı, etik və hüquqi problemlər də var:

“Yəni süni intellektin köməyi ilə şəxsin videosunun üzərinə səs yazıla bilər. Lakin faydaları da kifayət qədərdir. Məsələn, süni intellekt hərbçilərin həyatını xilas edə, təhlükəli tapşırıqları yerinə yetirə, ərazini kəşf edə, partlayıcıları zərərsizləşdirə bilir. Avtomatlaşdırılmış sistemlər dronların məlumatlarından istifadə edərək minimum səhvlərlə ağıllı qərarlar qəbul edir. Digər tərəfdən süni intellektin insanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri də danılmazdır”.

Deputat əlavə edib ki, süni intellektlə ünsiyyət bir “qaçış yeri”, “sığınılacaq məkan”a çevrilməyə başlayır:

“Bu da insanların sosiallaşmasında ciddi problemlər yarada bilər. Bir neçə gün əvvəl bir həkimin sosial şəbəkədəki paylaşımı diqqətimi çəkdi. O qeyd etmişdi ki, xəstə süni intellekt vasitəsilə özünü müalicə etməyə çalışıb və vəziyyəti daha da ağırlaşıb. Buna görə də insanın enerji və varlığı əvəzedilməzdir deyə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri