Icma.az
close
up
RU
Dünyada ən böyük hərbi büdcə

Dünyada ən böyük hərbi büdcə

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dünyada artan geosiyasi və geoiqtisadi gərginliklər ilk növbədə qütbləşmə meyllərin güclənməsindən qaynaqlanır. Qlobal Şərqlə qlobal Qərb arasında qarşıdurmaların yüksək dinamika ilə yeni-yeni coğrafiyaları əhatə etməsi ciddi narahatlıq doğurur. Bu proseslər fonunda ayrı-ayrı güc mərkəzlərinin hərbi arsenallarını artırmaları xüsusilə diqqət çəkir.

ABŞ-nin 895 milyard dollarlıq hərbi büdcəsi

Hazırda dünyanın ən böyük iqtisadiyyatına malik Amerika Birləşmiş Ştatları (ABŞ) öz potensialına uyğun olaraq qobal miqyasda cərəyan edən proseslərə güclü şəkildə təsir etmək, onları istiqamətləndirmək imkanlarını da özündə saxlayır. Bunu biz son olaraq Yaxın Şərqdə və Şərqi Avropada alovlanan müharibələr fonunda açıq-aydın izləyirik. Son üç ildə Vaşinqton Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstək verən əsas ölkə qismində çıxış edib. ABŞ, həmçinin Rusiyaya qarşı Qərb koalisiyasının formalaşmasında aparıcı rol alıb.

ABŞ perspektivdə də özünün dominant mövqeyini qorumaq niyyətindədir. Ağ Evin 2025-ci il üçün hərbi büdcəsini rekord səviyyədə  artırması da bu niyyətdən xəbər verir. Artıq gələn il yanvarın 20-də postunu tərk edəcək prezident Co Bayden 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini təsdiq edən qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, bir neçə gün bundan əvvəl Senat 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Layihənin lehinə 85, əleyhinə 14 senator səs verib. Bundan  əvvəl isə  büdcə Nümayəndələr Palatasında 281 lehinə, 140 əleyhinə səslə qəbul edilib.

“The Hill” yazır ki, büdcədə ABŞ ordusunun Hind-Sakit okean regionunda mövcudluğunun gücləndirilməsi, yeni yerüstü texnika və təyyarələrin istehsalı, gəmilərin inşası, eləcə də bütün ABŞ hərbçilərinin maaşlarının artırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Pentaqonun rəhbəri Lloyd Ostin “Ronald Reyqan Forumu”nda bildirib ki, bu, ABŞ ordusuna dünyanın ən güclü döyüş qüvvəsi olaraq qalmasına kömək etməlidir.

ABŞ-nin gələn il üçün müdafiə büdcəsinin strukturunda  F-35 qırıcılarının alınması ilə bağlı bənd xüsusi diqqət çəkir. Ümmi büdcə artırılsa da, qırıcıların alınması üçün xərclərin azaldılması nəzərdə tutulub. Belə ki, ABŞ növbəti maliyyə ilində F-35 qırıcılarının alışını 18 faiz azaltmaq niyyətindədir. “Reuters”in məlumatına görə, Pentaqon “Lockheed Martin”dən 83 deyil, 70-dən az qırıcı sifariş etmək niyyətindədir. Bu da həmin modelin xərclərini 1,6 milyard dollar azaldacaq. Bir təyyarənin qiyməti isə 80-120 milyon dollar arasında dəyişir.

Müqayisə üçün bildirək ki, Şimali Atlantika Alyansında (NATO) yer alan digər dövlətlərin hərbi xərcləri ABŞ ilə müqayisədə xeyli azdır. Məsələn, Almaniya 97 milyard, Böyük Britaniya 82 milyard, Fransa 63 milyard dollar həcmində hərbi büdcəyə malikdirlər. Eyni zamanda, onu da vurğulayaq ki, NATO-nun maliyyələşməsinin əsas yükü də ABŞ-nin üzərinə düşür. Bununla belə, Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti olmuş və cari il noyabrın 5-də yenidən dövlət başçısı seçilən Respublikaçılar Partiyasının namizədi Donald Tramp NATO-da  yeni maliyyələşmə mexanizminin tətbiqi təşəbbüsü ilə çıxış edib. O, dəfələrlə NATO-ya üzv ölkələri ümumi daxili məhsullarının 2 faizini müdafiyə xərcləmək vədlərini yerinə yetirməyə çağırıb. Prezidentliyi dönəmində ABŞ-ni NATO-dan çıxaracağı mesajı da ona məxsusdur. Trampın NATO açıqlamaları alyans üzvərini ciddi təşvişə salıb.  ABŞ-nin NATO-dan çıxması Avropanın müdafiəsiz qalması anlamında qəbul olunur. Təsadüfi deyildir ki, Donald Tramp yenidən prezident seçildikdən sonra Avropa Siyasi Birliyi təcili qaydada toplandı və orada “qoca qitə”nin təhlükəsizliyinin təmin olunması məsələsi gündəliyin mərkəzində dayandı. Avropada anlayırlar ki, NATO hələlik onların əsas müdafiə çətiridir və ABŞ-siz bu çətirin altı boş qalar. Daxili mənbələr hesabına isə Avropanın ümumi təhlükəsizliyini təmin etmək mümkünsüz görünür...

Çinin mövqeyi

Bir çox dairələr Vaşinqtonun hərbi büdcəsini rekord səviyyədə artırmasını Pekinə əzələ nümayişi kimi dəyərləndirirlər.  Öz növbəsində Çin də ABŞ-nn hərbi büdcəsini artırmasını böyük narahatlıqla izləyir. “ABŞ-nın hərbi xərcləri nəzərdə tutan müdafiə büdcəsinin rekord həddə çatması qlobal sabitlik üçün təhdiddir”. Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “ABŞ Çinin hərbi təhdidini bəhanə edərək bu layihə ilə hərbi xərclərin artırılmasına və hegemonluğun saxlanmasına haqq qazandırır. Vaşinqton bu yolla Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir və bütün dünyada sabitliyi pozur”, - deyə Çjan Syaoqan bildirib.

Çinin heç kimə meydan oxumaq niyyətində olmadığını deyən nazirliyin nümayəndəsi ABŞ-nn ən böyük düşməninin elə onun özü olduğunu vurğulayıb: “Birləşmiş Ştatlar hərbi xərclərə görə dünya lideridir və hər il hərbi-sənaye kompleksinə sərmayələri artırır. Bu, onun müharibədən asılılığının və hegemon ekspansiyasının əsl mahiyyətini nümayiş etdirir”.

Nazirliyin nümayəndəsi Çinin hər zaman dinc inkişaf yoluna sadiq qaldığını, müdafiə siyasəti yürütdüyünü və heç bir ölkə ilə silahlanma yarışına girmədiyini xatırladıb.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri