Icma.az
close
up
RU
Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur

Böyük Qayıdış layihəsi bütün dünyada böyük maraq doğurur

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İllərlə düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün yaradılan ən yaxşı həyat şəraiti Prezident cənab İlham Əliyev siyasətinin uğurlarının davamı kimi tariximizə qızıl hərflərlə yazılır.

İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Düşmənin cəngindən azad edilən dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tunelinin çəkilməsi, bölgənin yol-nəqliyyat infrastrukturunun bərpası, müasir standartlara cavab verən xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin tikilməsi, elektrik stansiyalarının quraşdırılması, sadalamaqla qurtarmayan infrastruktur layihələrin həyata keçirilməsi hər kəsdə böyük ruh yüksəkliyi yaradır.
Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunan gün xalqımızı təbrik edərək bildirib ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.
Bəli, bu gün kəlbəcərlilər böyük coşqu ilə düşmən tapdağından birdəfəlik azad olan diyarda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı yeni tikilmiş yaşayış kompleksinin açılışında iştirak etdi, sakinlərlə görüşdü və buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi.
“Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” Dövlət başçımızın bu sözləri qürur və sevinclə qarşılandı. Çünki 32 ildən sonra insanlar yenidən doğma torpaqlarına qayıdırdılar. Qalib ölkəmizin qalib Lideri bildirdi ki, artıq köçkünlük dövrü bitib, kəlbəcərlilər bundan sonra öz doğma yurdlarında rahat yaşayacaqlar.
Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, Sovet dövründə Kəlbəcərin əhalisi 7-8 min nəfər olub. İndi isə yalnız yeni inşa olunmuş dörd yaşayış kompleksində 10 min nəfər üçün şərait yaradılıb. Bu, dövlətin Kəlbəcərin bərpasına necə böyük diqqət ayırdığını göstərir.
Bu günün Kəlbəcər səhərində müasir infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir. Kəlbəcər İsveçrə şəhərlərinə bənzər layihələrlə qurulur. Kəlbəcər sakinləri burada ən yüksək həyat şəraiti ilə təmin ediləcəklər.
Kəlbəcərin təbii sərvətlərindən danışan dövlətimizin başçısı xüsusilə məşhur İstisu sanatoriyasının bərpasına diqqət çəkərək bildirib ki, sanatoriya yenidən qurulub və burada dünyanın ən keyfiyyətli mineral suları var. Bu, həm turizm, həm də insanların sağlamlığı üçün böyük imkanlar yaradacaq.
“Köçkünlük dövrü bitdi. İndi siz öz torpaqlarınızda yaşayacaqsınız. Bura gözəl bir şəhər olacaq” – Prezident cənab İlham Əliyevin söylədiyi sözlər hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Bu gün təkcə Kəlbəcər sakinləri üçün deyil, bütün xalqımız üçün bir qürur günü oldu.
Göründüyü kimi, dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın tam bərpası üçün ardıcıl iş aparır. Zəfərimizin, milli birliyimizin rəmzi Kəlbəcərdə aparılan tikinti və quruculuq işləri Azərbaycanın gücünü və xalqımızın gələcəyə inamını özündə əks etdirir.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri