Icma.az
close
up
RU
Dollar KƏSKİN UCUZLAŞDI Manatı nə GÖZLƏYİR?

Dollar KƏSKİN UCUZLAŞDI Manatı nə GÖZLƏYİR?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın dünya ölkələrinin əksəriyyətinə gömrük rüsumları tətbiq etməsi və bu fonda yaranan sarsıntı tariflərin tətbiq edildiyi ölkələrin iqtisadiyyatları ilə müqayisədə Amerika aktivlərinə daha böyük zərbə vurmağa başlayıb.

ABŞ fond indeksinin füçersləri 4%-dən çox, dollar isə 1.3% ucuzlaşıb. ABŞ valyutası 2.26% ucuzlaşıb (1 avro = 1,11 dollar).

Jurnalistlərin fikrincə, çərşənbə günü dünya bazarlarında baş verən kütləvi satışlar açıq şəkildə göstərir ki, investorlar artan ticarət müharibəsində son zərbədən heç kimin qalib gələcəyini gözləmirlər. Bu əsasında, ABŞ-ın özünün də Trampın proteksionist siyasətinin ən böyük qurbanlarından birinə çevriləcəyi ehtimal olunur.

Bəs dolların ucuzlaşması fonunda manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, Trampın gömrük rüsumları tətbiq etməsinin ardınca dolların ucuzlaşması prosesinin baş verməsi əslində bir neçə istiqamət üzrə çağırış yaradır:

“Birincisi, Azərbaycan manatının məzənnəsi dollara münasibətdə fiksləşdirildiyindən, dollar dünyanın digər aparıcı valyutaları ilə müqayisədə dəyər itirməyə başlayırsa, proses eyni formada manata da transformasiya olunur. Yəni manat da dollar kimi bütün digər valyutalara münasibətdə dəyərini itirir. Hansı ki, son bir ayda dolların 3,5 faiz, bəzi valyutalara münasibətdə isə 5 faizlik həcmdə dəyərsizləşməsi qeydə alınıb. Son iki gündə isə 3 faizə yaxın dəyərsizləşmə prosesi baş verib”.

Ekspertin fikrincə, bu proses müəyyən mənada manatın sabit məzənnəsindən qaynaqlanan son 8 ildə həyata keçirilən siyasətin təsirlərini qismən zəiflədəcək: 

“Xüsusən də idxal, ixrac və turizm xidmətləri sahəsində əlverişli mühit və s. aspektindən müəyyən imkanlar formalaşdıra bilər. Amma onu da nəzərə alaq ki, prosesin digər təsiri dolayısı ilə enerji qiymətlərilə Azərbaycana ötürülür. Belə ki, zəif dollar neftin qiymətinin müəyyən dövr üçün mövcud səviyyədən daha üstün formalaşmasına imkan yaradır. Çünki adətən dolların ucuzlaşması əmtəələrin qiymətinin müəyyən dərəcədə bahalaşması ilə nəticələnir.

Ağ Evin mümkün qədər ucuz enerji siyasəti həyata keçirəcəyini nəzərə alsaq, dolların ucuzlaşmasının davamlı olması fonunda, bu neftin qiymətinin ucuzlaşması istiqamətində meyllərin qismən azalmasına gətirib çıxaracaq ki, belədə Azərbaycanın enerji ixracatçısı olaraq dollarla gəlirlərin səviyyəsinin müəyyən həddə qorunması və ya daha az azalması kimi pozitiv konyuktura yarada bilər”.

Bu məhsullar bahalaşa bilər

İqtisadçı qeyd edir ki, dollarla paralel bütün valyutalara nisbətdə dəyərsizləşən manat eyni zamanda, idxal məhsullarının qiymətinin artması ilə nəticələnəcək:

“Məsələn, dollara nisbətdə möhkəmlənən avro manata nisbətdə də möhkəmlənəcək ki, belədə avro ilə idxal edilən məhsulların yerli bazarda daha baha qiymətə satışı çağırışı ortaya çıxacaq. Bu da inflyasiya təzyiqlərini gücləndirən faktor kimi xarakterizə oluna bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri