Icma.az
close
up
RU
Dünyada gərginlik artır, ona görə ən pis versiyaya hazırlaşmaq məcburiyyətindədirlər

Dünyada gərginlik artır, ona görə ən pis versiyaya hazırlaşmaq məcburiyyətindədirlər

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə 2026-cı ildən etibarən Rusiyadan qısamüddətli qaz tədarükü ilə bağlı müqavilələr, 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr bağlamağı qadağan etməyi təklif edib.

Bu Rusiya iqtisadiyyatını çökdürə bilərmi? Avropa İttifaqı Rusiyadan qaz alışını dayandırsa, qaz alışını hansı ölkələrdən edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi ki, Aİ-nin Rusiyadan qaz tədarükü müharibədən qabaq 40-42% idisə, son dönəmlərdə bu 15% ətrafındadır.

"Yəni, artıq əhəmiyyətli dərəcədə azaldırlar. Avropa İttifaqı bir çox yollarla məsələlərini həll edə bilər. Alternativ enerjiyə keçib günəş işığına, külək enerjisinə üstünlük verərlər. Qaz isə kimya sənayesində də istifadə edilirdi, amma əsasən isitmə və elektrik sahələrində istifadə olunur.

Digər məqam isə Aİ maye qaz alışını artırır. Maye qazı isə Qətərdən, BƏƏ-dən alırlar. Digər istiqamətlərdə də artırırlar. Düzü, Azərbaycanda artırmadılar. 2-3 ildir ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqda danışıqlar var. Hələ onu artırmırlar, investisiya qoymurlar. 2027-2028-ci ilə qədər 2 dəfə artırılmalı idi, amma artıq 2025-dir. Bunu etmək üçün artıq başlamalı idilər. Yəni alternativ mənbələrdən artırırlar. Bu ölkələr Norveçdir, Əlcəzairdir".

Ekspert Aİ-nin Rusiyadan qaz alışını sıfırlayacağına əmin olmadığını vurğuladı.

"Amma bunlar ən pis versiyaya hazırlaşırlar. Dünyada gərginlik artır, ona görə ən pis versiyaya hazırlaşmaq məcburiyyətindədirlər. Digər bir məqam isə buna nail ola biləcəklər, ya ola bilməyəcəkləridir. Amma məncə bu, uğursuz olacaq.

Rusiya bundan sarsılacaqmı? Məncə xeyir. Aİ Rusiyadan alışı 40-dan 15-ə endirib və Rusiyada heç bir dəyişiklik olmadı. Rusiya olduğu kimi müharibə edir, heç 1 aylıq atəşkəs də etmədi. Bir də faktiki olaraq Rusiyanın bu sanksiyalara dözümü, immuniteti artır.

Aİ Rusiyaya sanksiyalar qoysa da, digər kanallardan özlərinə lazım olanı qismən alırlar. Bu məqamda Rusiyadan tamam azad olmaları problemdir", - deyə Xalid Kərimli qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see226

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see171

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see168

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see159

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see142

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see135

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see134

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri