Dünyada hər 5 körpədən 3ü ana südü ilə qidalanmır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Hazırda dünyada hər 5 körpədən 3-ü həyatının ilk saatı ərzində ana südü ilə qidalanmır ki, bu da ölüm və xəstəlik riskini artırır.
Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.
“Doğuşdan bir neçə saat sonra da əmizdirmənin gecikdirilməsi körpənin həyatını təhlükəyə ata bilər”, - ÜST-ün məlumatında qeyd edilib.
Ana südü ilə qidalanma həm də ananın süd istehsalını, o cümlədən körpənin ilk və ən vacib “peyvəndi” sayılan, qida maddələri və antikorlarla son dərəcə zəngin olan kolostrumun istehsalını təşviq edir.
Həkimlərin fikrincə, düzgün vaxtda əmizdirməyə başlamaq çox vacibdir və bəzi ölkələrdə bu, hətta ölüm-dirim məsələsi ola bilər.

Dünyada hər 5 körpədən 3ü ana südü ilə qidalanmır
09 Dekabr 2024 19:01
Dünyada hər 5 nəfərdən 1 i təsirə məruz qalır
21 Mart 2025 16:20
Cəhənnəmin dünyada 5 qapısı var: Biri Türkiyədədir
15 Yanvar 2025 09:04
Dünyada hər iki dəqiqədə bir ana ÖLÜR HESABAT
07 Aprel 2025 16:17

