Icma.az
close
up
RU
Dünyada paytaxt çoxdu, Bakı kimisi yoxdu… Əkbər Qoşalı yazır

Dünyada paytaxt çoxdu, Bakı kimisi yoxdu… Əkbər Qoşalı yazır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Siyasi fəlsəfədə zamanın ritmini yalnız hadisələrin sıralanması deyil, onların məntiqi bağı, strateji ardıcıllığı və nəticəyönümlülüyü bəlirləyir. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması, dövlətin həm içəridə, həm də dışarıda - uluslararası müstəvidə güc-hüquq dəngəsini yeni mərhələyə keçirdiyini təsdiqləyir. Aprel ayı bu baxımdan vahid strateji sinxronluğun pik nöqtəsi kimi diqqət çəkdi.

Azərbaycanın aprel gündəliyində müşahidə edilən əsas xətt konstitusiyalaşmış suverenliyin gündəlik idarəçilik praktikasına çevrilməsidir. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri – Qusar, Sumqayıt və digər şəhərlərdə həyata keçirilən açılışlar, sosial və infrastruktur layihələrin tanıtımı, dövlətin mərkəzdən qırağa deyil, əhalinin öz yaşam coğrafiyasına yönələn modeldə işlədiyini göstərir. Bu, yalnız bölgəsəl inkişaf deyil, respublikaçılığın yenidən vətəndaşlar üzərində təşəkkülüdür.

Bu planda o da təsadüfi deyil ki, apreldə Azərbaycanın iç siyasi ritmini diktə edən əsas proses “Böyük Qayıdış” proqramı oldu. Hər gün yeni bir ailənin, kəndin… işğaldan azad olunmuş torpaqlara köçməsi, ərazi bütövlüyünün yalnız siyasi deyil, demoqrafik və sosial gerçəjliyə çevrildiyini göstərdi. Əslində, bu qayıdış Azərbaycanın süverenlik qavramını torpağın üstündə, insanla yenidən yazmasıdır. Bu, həm də dünyaya ismatıcdır: azad edilmiş torpaqlar bizimçün daha üstün anlamlar daşıyır, o, mədəni və hüquqi nəfəsdir.

Apreldə Prezident İlham Əliyevin dış siyasət gündəliyi çoxvektorlu diplomatiyanın yüksək örnəyi kimi çıxış etdi. Özəlliklə,

-Çin səfəri: Azərbaycanın “Bir kəmər – bir yol” təşəbbüsündə strateji bağlantı ölkəsinə çevrilməsi ilə yanaşı, Güney dəhlizində dayanıqlı enerji və daşımaçılıq tərəfdaşlığının inkişafı;

-Rəisi-Cümhur Pezeşkianın respublikamıza ilk səfəri: Güney Qafqazda yeni getçəkliklər kontekstində Tehran-Bakı münasibətlərində mühafizəkarlıqdan praqmatizmə keçid;

-İsrailin Baş naziri Netanyahunun və qardaş Türkiyənin Cümhurbaşqanı Ərdoğanın gözlənilən səfəri: Azərbaycanın Yaxın Doğuda çağdaş, rasional və dəngəli oyunçu olduğunun göstəricisi… Azərbaycan Prezidentinin Antalya Diplomatik Forumunda iştirakını, oradakı önəmli görüşlərini də bura əlavə etsək, diplomatik yol xəritəsi, ümumən bpyük xəritə-mənzərə daha da aydınlığa qovuşmuş olur

Bu diplomatik xəritə ziddiyyətli regionlarda belə sülhyönümlü mövqe tutmaq bacarığının parlaq sonucudur.

Bakının apreldəki evsahibliyi etdiyi Qlobal Güney Forumu həm semantik, həm də funksional baxımdan Azərbaycanın geosiyasi rolunu yenidən təsdiqlədi. Geneyim səslərinin Quzeyin qərarları qarşısında susdurulduğu çağda, Azərbaycan bu səslərə platform, sözlərinə isə siyasi ləyaqət qazandırdı. Bu Forum Bakını uluslararası hüquq və iqtisadi alternativlik mərkəzi kimi yeni anlam daşıyan şəhərə çevirdi. Dünyada paytaxt çoxdu amma Bakı kimisi yoxdu…

Aprel ayının siyasi panoramı göstərdi ki, Azərbaycan yalnız hadisələrə cavab verən deyil, tarix yazan, hadisə yaradan, gündəm quran ölkəyə çevrilib. Suverenlik Azərbaycanın bu günündə təkcə hüquqi status deyil, düşüncə tərzi, diplomatik duruş və dövlət idarəçiliyinin ruhudur.
Konstitusiyanın il boyu önplana çıxarılması, əlbəttə, təsadüfi deyil. Suverenlik yalnız coğrafiyada deyil, qanunverici sistemdə, hüquqi mədəniyyətdə və idarəetmə institutlarında bərqərar olmalıdır. Apreldə həyata keçirilən sosial proqramlar, struktur islahatları, iqtisadi inkişaf göstəriciləri vətəndaşla dövlət arasındakı müqavilənin işləkliyini və canlılığını nümayiş etdirdi. Konstitusiya burada kitab yox, fəaliyyət kodudur.

Beləliklə, “Konstitusiya və Suverenlik İli”nin başa çatmaqda olan dördüncü ayının gündəliyi – dövlətin iç sabitliyi ilə uluslararası təsirinin ahənginə əsaslanan strateji ritmdir. Azərbaycanın bu ritmi isə artıq yalnız regiona yox, qlobal sistemə öz melodiyasını diktə edir...

Dövlətimizi zaval görməsin!

Bakıvaxtı.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri