Dünyada silahlanma yarışı gedir, Azərbaycan da gücünü artırır Polkovnikdən AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatları, yüksək səviyyəli texnika və xüsusi avadanlıqlarla təmin olunmuş orduları sırasındadır:
"Bunu İkinci Qarabağ müharibəsi tam çılpaqlığı ilə göstərdi. Yaxşı təlim keçmiş və silahlanmış Azərbaycan əsgərləri döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdilər. Ancaq dünya dayanmır, xüsusən də hərb sahəsində. Hər bir ölkə ən müasir, ən yüksək texniki göstəricilərə malik silahlarla təmin olunmağa çalışır. Çünki bu gün dünyada beynəlxalq hüquq işləmir, güclülərlə hesablaşırlar. Məhz buna görə də deyə bilərik ki, dünyada bir silahlanma yarışı gedir. Məqsəd də aydındır: hər kəs öz ölkəsinin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək istəyir".
Müsahibimiz əlavə etdi ki, Azərbaycan ordusunun təminat məsələsi və əsgərlərimizin yüksək səviyyədə təlim keçməsi daim Ali Baş Komandanın diqqət mərkəzindədir:
"Yaxşı təmin olunmuş Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Bunu Qarabağ müharibəsi də göstərdi. Ancaq cənab Ali Baş Komandanın dediyi kimi, dayanmaq olmaz, ordunun təminatı zamana uyğun olaraq davam etməlidir. Yalnız bu halda ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qorumaq olar. Bu gün dünya dəyişir, bu gün dünyada hər şeyi güc həll edir, güclülərlə hesablaşırlar. Bu gün xalqımız ordusu ilə, onun xüsusi təyinatlıları və komandoları ilə fəxr edir, çünki ordumuz dünyanın ən yaxşıları sırasındadır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Yanvar 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















