Icma.az
close
up
RU
Dünyanı bürüyən hörümçək toru: O qoparsa...

Dünyanı bürüyən hörümçək toru: O qoparsa...

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

“DDoS tipli hücum” – sən demə, kiberhücumların da növləri varmış. Qısa araşdırma nəticəsində öyrənirik ki, DDoS tipli hücumda serverə xidmət tələbi ilə çox sayda sorğu gəlir. Beləliklə, server var gücü ilə bütün bu bağlantları qurmağa, xidmət göstərməyə çalışır, ancaq tab gətirməyib sıradan çıxır. Bu növ kiberhücum 1990-cı illərin axırından etibarən daha çox yayılıb. Mütəxəssislərin qənaətinə görə, DDoS hücumuna ilk dəfə 1996-cı ildə dünyanın üçüncü ən köhnə internet xidmət provayderi “Panix” məruz qalıb. Provayderin xidmətləri bir neçə gün dayanıb. Bu günədək ən böyük DDoS tipli hücum isə 2017-ci ilin sentyabrında meydana gəlib. Həmin vaxt “Google Cloud” saniyədə 2,54 terabayt həcmində sorğu axını ilə üzləşib.

Azərbaycanda internet provayderlərinin, telekommunikasiya şirkətlərinin, eləcə də ayrı-ayrılıqda bu və ya digər vebsaytların kiberhücuma məruz qalması halları son illər tez-tez baş verir. Eyni zamanda, dövlət qurumlarına məxsus vebsaytlara qarşı hücumların həyata keçirilməsi barədə mətbuatda statistik məlumatlar verilir. Genişmiqyaslı kiberhücumlarda isə təkcə müəyyən portallar yox, ümumilikdə internet şəbəkəsi sıradan çıxır.
Nəzərə alsaq ki, müasir dünyada bütün data və informasiya, o cümlədən şəxsi məlumatlar, sənədlər, bank hesabları, kommunikasiya vasitələri, nəqliyyat və resurs təchizatı sistemləri məhz internet vasitəsilə əlçatandır, onda məsələnin necə ciddi mahiyyət daşıdığı aydınlaşır. Daha da aydınlaşdırmaqdan ötrü “Delta Telekom”un rəsmi saytında yazılan məlumata nəzər yetirək. Zənnimizcə, hər hansı şərh verməyə ehtiyac yoxdur:
“Bizim müştərilərimiz Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Respublika Bank, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Yol Polisi, Fövqəladə Hallar Nazirliyi, respublikanın bütün rayonlarının icra orqanları və s. təşkilat və müəssisələrdir”.

İnternetin istər kiberhücumla, istərsə də texniki problemlər səbəbi ilə hətta bir neçə saniyə ləngidiyi, dayandığı anlarda dünya ilə əlaqəmizi itiririk. Təsəvvürümüzə gətirək ki, ümumdünya hörümçək toru dəqiqələr, saatlar yox, günlər ərzində əlçatmaz hala gəlir. İnternet həyatımızın, məişətimizin hər sahəsində elə vacib amilə çevrilib ki, onun yoxluğu – fəlakətdir. Bu fəlakətin geniş spektrdə zərbə gücü var: gündəlik işlərin pozulmasından tutmuş ümumdünya iqtisadi xaosadək.
Filmlərdə, seriallarda “internetsizlik”, az qala, qiyamət mühitinə gətirib çıxarır. Məsələn, məşhur amerikalı yazıçı Stiven Kinqin eyniadlı novellası əsasında 2024-cü ildə çəkilmiş “Çakın həyatı” adlı filmdə görə bilərik ki, ümumdünya hörümçək torunun qopması nəticəsində sosial şəbəkə platformalarının, xəbər agentliklərinin, bank sistemlərinin işi dayanır. İnsanlar bir-birindən hər mənada uzaq düşürlər. Eyni zamanda, özlüklərində reallıq anlayışını itirirlər. Kinotənqidçilər bu ekran işində internetin yoxa çıxmasını hətta baş qəhrəman Çakın ölümünün metaforu sayırlar. Hərçənd, digər tərəfdən, filmdə adamların “internetsiz” aləmə çıxmaları onların arasında mənəvi hissləri canlandırır, həyat yeni və insani məna qazanır.
2023-cü ildə çəkilən “Dünyanı arxada qoy” filmi də oxşar mövzuya malikdir. Bu əsərdə ümumdünya hörümçək toru ilə yanaşı mobil rabitə və televiziyadan məhrum qalan personajlar dünyada nə baş verdiyini bilmir, qorxuya, həyəcana, şübhəyə qapılır, dezinformasiyalar çoxalır. Banklar və ödəniş sistemləri, yanacaq terminalları, ərzaq təchizatı sistemləri fəaliyyətsiz qalır. Adamlar getdikcə tükənən resurslara görə bir-biri ilə rəqabətə girirlər. İctimai nizam və sivilizasiya dağılır. Beləliklə, texnologiyadan asılı müasir cəmiyyət ibtidai icma quruluşu “qayıdır”. Filmdə internetin kəsilməsi – kibermüharibənin, texnoloji terrorun başlanğıc siqnalıdır.

(Foto: "Dünyanı arxada qoy" filmindən kadr)
Təkcə bu iki filmi nəzərdən keçirmək kifayətdir ki, müasir insanın internetdən, ümumiyyətlə, texnologiyadan labüd asılılığı onun, bəlkə də, ən zəif nöqtəsidir. Bütün işlərimizi virtual şəbəkə üzərində qurduğumuz üçün onun hətta saniyələr ərzində ləngiməsinə dözmür, problem ucbatından irili-xırdalı çətin vəziyyətlərlə üzləşirik: məsələn, bizdən cavab gözləyən şəxsə mesaj yaza, lazımi ödənişi həyata keçirə, vacib informasiyaya çata bilmirik. Bu saydıqlarımız hələ ən cüzi, yüngül çətinliklərdir. Adlarını çəkdiyimiz filmlərdə meydana gələn hadisələr birbaşa şəxsi həyatımızda başımıza gəlsə, – yox… Xəyalı da qorxuncdur.

Fəlakət ssenarisinə düşməmək üçün hansı tədbirlər görülməlidir? Cavab, bəlkə də, sadədir: internet şəbəkəsindən istifadəni balanslaşdırmaq, həyati əhəmiyyətli data və informasiyanı, şəxsi hesabları, kommunikasiya vasitələrini təhlükəsiz müstəviyə ötürmək. Fiziki aləmin virtual mühitə gündən-günə daha sürətlə və geniş həcmdə ötürüldüyü dövrdə bu, müəyyən mənada “geriyə qayıdış” sayıla bilər. Hər halda, vaxt-bivaxt məruz qaldığımız kiberhücumlar və müxtəlif texniki nasazlıqlar göstərir ki, internet şəbəkəsi və virtual mühit necə həssasdır. Bu baxımdan, internetin “ümumdünya hörümçək toru” adlanması dünyanı əhatələdiyinə görə yox, həmçinin kövrəkliyinə görə tamamilə yerindədir. Fiziki amillər, yəni təbii fəlakətlər: daşqınlar, qasırğalar, zəlzələlər də internet infrastrukturuna ziyan vurur, onun axınını pozur. Əlbəttə, bütün bu problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir, ancaq uzunmüddətli perspektivdə gözlənilməz təhlükələr qaçılmazdır. Bəşəriyyət, artıq 40 ildən artıqdır ki, üstünə çökən ümumdünya hörümçək torundan qurtulub, daha davamlı və möhkəm alternativ tapmalıdır…
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri