Icma.az
close
up
RU
USAID dünyanı bürümüş “hörümçək toru”dur

USAID dünyanı bürümüş “hörümçək toru”dur

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yumşaq güc” aysberqinin görünməyən tərəfləri

Bu mövzunun hələ uzun müddət beynəlxalq gündəmdən düşməyəcəyi məlumdur. Çünki ABŞ-ın xarici siyasət aləti kimi USAID-in fəaliyyətinin xarakteri və coğrafiyası o qədər geniş olub ki, dünya ictimaiyyəti az qala hər gün bu barədə  “qatı açılmamış” məlumatlar eşidir. “Yumşaq güc” kimi istifadə edilən bu qurum uzun illər ərzində digər ölkələrin daxili işlərinə qarışmaqla məşğul olub. İnsan hüquqları, demokratiya, azadlıq şüarları altında USAID bəzən dövlət çevrilişlərində də yaxından iştirak edib. 

Bunun əyani sübutu kimi Macarıstanın Baş naziri Viktor Orbanın açıqlamasını göstərmək olar. O bildirib ki, agentlik humanitar yardım adı altında ABŞ-ın Avropada siyasi təsirinin “maşa”sı rolunda çıxış etməklə, xüsusən də Macarıstanda hökumətin devrilməsi üçün hazırlıq işlərini maliyyələşdirməklə məşğul olub. V.Orban daha sonra onu da təqdirəlayiq hal kimi nəzərə çatdırıb ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp son illər Birləşmiş Ştatların USAID kimi müxtəlif dövlət qurumları tərəfindən haraya, kimə və nə qədər pul ayrıldığını ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə, Ağ evin liberal qlobal elitası vergiödəyiciləri olan amerikalıların hesabına bütün dünyada öz monetar və ideoloji məqsədlərini maliyyələşdirməyə sövq edir: “Yardım kimi təqdim edilən həmin vəsaitlər, bir növ, siyasi təsir vasitəsi imiş”. 

Rəsmi sənədlərdə adı müstəqil dövlət agentliyi kimi getsə də, USAID birbaşa ABŞ Prezidentinə, Dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabeliyində fəaliyyət göstərir. Agentliyin rəhbəri və müavinləri Senatın razılığı əsasında Birləşmiş Ştatların Prezidenti tərəfindən təyin olunur. Amma qurumun maliyyə hesabatını kimə verdiyi müəmma olaraq qalır. Axı, burada söhbət milyonlardan yox, milyardlarla dollardan gedir. Təkcə ötən maliyyə ilində Senat USAID layihələri üçün 36 milyar dollara yaxın vəsait ayrılıb. Son 9 ilin statistikasına nəzər yetirsək, aydın olar ki, xaricə yardım devizi altında USAID 335 milyard dollar xərcləyib. Əslində, dünyanın geridə qalmış, müstəqiliklərini yeni qazanmış ölkələrində “yoxsullara humanitar yardım”, söz azadlığı, insan haqlarının müdafiəsi, QHT-lərə dəstək adı altında milli respublikalarda ictimai-siyasi quruluşa, hakimiyyət strukturlarına təsir etmək vasitəsinə çevrilmiş USAID 60 ildən çoxdur ki, birbaşa ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarəti altında, Senatın maliyyəsi ilə fəaliyyət göstərir. Bu beynəlxalq yardım agentliyinin əsas məqsədi müstəqil siyasət yürüdən ölkələrdə sosial-iqtisadi, ictimai-siyasi sahələri hörümçək kimi öz toruna salmaq, bu yolla azadlıqları buxovlamaq və Ağ evə loyallıq göstərməyən yerli hakimiyyətləri devirmək, “baş üstə” deyən iqtidarları isə  dəstəkləmək olub. ABŞ-ın USAID “aysberqi”nin nəhəng və görünməyən tərəfi təkcə bundan ibarət deyil. Dünyanın dörd tərəfinə qollarını uzatmış humanitar yardım agentliyi, eyni zamanda, Vaşinqtonun müəyyən ideoloji maraqlarının təmin edilməsi istiqamətində də fəaliyyət göstərib. Yəni, maraqlarına xidmət etdiyi dövlətin ideoloji əsaslarını dünyanın müxtəlif ölkələrində dolayısı ilə ictimai şüura yeritməklə məşğul olub. Bu yöndə işini qeyri-şəffaf sxem üzərində quran psevdo-humanitar agentlik irqi, milli, dini dəyərlər üzərində manipulyasiyalar etməkdən də çəkinməyib, yerli QHT-lərə məhz bu xarakterli layihələri gerçəkləşdirmələrindən ötrü çoxmilyonluq qrantlar ayırıb. 

* * * 

Ötən yazılarımızda USAID-in 1961-ci il sentyabrın 4-də ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı yönəldən agentlik olaraq yaradılmasından bəhs etmişdik. O zaman bir neçə xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə qərar verən ABŞ Prezidenti Con Kennedinin sərəncamı ilə yaradılan bu qurum az sonra “uzunmüddətli sosial-iqtisadi inkişafa” yönəldilən ilk beynəlxalq xarici yardım təşkilatına çevrildi. Agentliyin fəaliyyətinin əsl mahiyyəti, “aysberqin” görünməyən tərəfi indi suyun üzünə çıxmaqdadır. 

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Birləşmiş Ştatların dünyada korporativ maraqlarının icraçısı sayılan USAID-in Vaşinqtona loyal qüvvələrə davamlı olaraq dəstək verdiklərinə diqqəti çəkdi: “Gürcüstanda, Moldovada baş verən hadisələr məhz bu zəmində hazırlanır və həyata keçirilir. Eyni ssenarini indi Ermənistanda müşahidə edirik. Bu agentlik üçün Paşinyanı hakimiyyətdən aşırmaq deyil, onu dəstəkləmək strateji əhəmiyyət kəsb edir. USAID bir çox hallarda solçu, ultra-liberal təmayüllərə, ideologiyaya xidmət edirdi. Bu baxımdan agentlik hətta Donald Trampa qarşı çıxan qurumlara böyük maliyyə vəsaitləri ayırırdı. Onlar da açıq şəkildə Trampın əleyhinə çıxışlar edir, ağız-ağıza verib onu söyürdülər. ABŞ Prezidenti bu agentliyi dünyanın müxtəlif ölkələrində qanuni seçilmiş hakimiyətləri aşırdığına deyil, məhz bu səbəbdən bağlamaq qərarını verib. Bəli, USAID birbaşa Trampa qarşı işləyirdi.

Təbii olaraq, bu qurum Azərbaycanda da öz şəbəkəsini qurmaq istəyirdi. Bu məqsədlə qeyri-hökumət təşkilatlarına, mediaya vəsait ayırırdı. O təşkilatlara ki, onların düşüncəsinə görə, guya, mövcud hakimiyyət qəbul etmirmiş. Ona görə çox doğru olaraq USAID-in Azərbaycandakı fəaliyyətinə xitam verildi. Rusiyada da eyni prosesləri müşahidə edirik. İndi Donald Tramp bir qütbə, bir ideologiyaya xidmət etdiyinə görə həmin humanitar yardım agentliyini qapatmaq qərarına gəlib”.     

USAID-in rəhbəri Samanta Pauer özünün ermənipərəst mövqeyi ilə tanınır. Onun İrəvana, Aİ-nin binokllu kəşfiyyatçılarının yerləşdirildiyi şərti sərhədə səfərləri, açıq pozuculuq fəaliyyəti barədə yazmışdıq. Rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və bu səbəbdən işini dayandırması barədə Vaşinqtona lazımi bildirişi göndərib.                      

USAID-in qaranlıq fəaliyyəti əvvəllər də tanınmış araşdırmaçılar, müstəqil politoloqlar tərəfindən tənqid atəşinə tutulub. Onlardan biri Birləşmiş Ştatların xarici siyasətinin tanınmış tənqidçisi Noam Çomskidir. Onun fikrincə, USAID “humanitar yardım” adı altında ABŞ imperializminin maraqlarını təşviq etmək üçün nəzərdə tutulmuş alətindən başqa bir şey deyil. N.Çomski deyir ki, agentliyin  fəaliyyəti əksər hallarda səmərəsiz və nəticəsiz olur, siyasi qeyri-sabitliyi gücləndirir və ölkələrdə demokratik təsisatları sarsıdır. 

Çomskinin tənqidi fikirlərini digər ekspertlər də bölüşürlər. Onlar agentliyin ayrı-ayrı ölkələrdə müxalifət hərəkatlarını maliyyələşdirdiyini, seçkilərə müdaxilə etdiyini və yerli hökumətlərin sabit fəaliyyətini pozduğunu qeyd edirlər. Yeri gəlmişkən, ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin 2014-cü il hesabatına əsasən, 2001-2013-cü illər arasında USAID-ə 70 milyard dollardan çox vəsait ayrılıb ki, bunun da böyük hissəsi məqsədlərinə çata bilməyən layihələrə xərclənib. Bundan əlavə, qurumun lazımi nəzarəti həyata keçirməməsi vəsaitlərdən sui-istifadəsinə, korrupsiyaya və israfçılığa səbəb olub. Üstəlik, agentliyin əməkdaşlarının yüz milyonlarla vəsaiti “otkat” yolu ilə mənimsədikləri aşkar edilib.  

* * *

Dünyanın 100-dən çox ölkəsində təmsilçiliyi, 10 mindən artıq əməkdaşı olan USAID, guya, sosial-iqtisadi probelmlərlə üzləşən ölkələrə humanitar yardım ayırır, səhiyyə, təhsil, demokratiya, insan haqları kimi “strateji” sahələrə dəstəklə məşğul olur. Amma, əslində, onun fəaliyyətinin mahiyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmaq, ictimai rəyə təsir imkanları qazanmaqdır. Sonra bu rıçaqları təzyiq aləti kimi dövlət çevrilişlərində istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.  

Maraq doğuran məqam odur ki, indi Ağ evin yeni rəhbərliyi USAID-in fəaliyyətindən şikayətçi olan ölkələrin, dünya ictimaiyyətinin mövqeyindən çıxış edir. ABŞ Prezidenti Donald Tramp və onun əsas məsləkdaş və silahdaşlarından olan zəngin iş adamı İlon Maskın USAID-lə bağlı açıqlamaları bütün dünyada təqdir edilir. Cənab Tramp USAID-i “görünməmiş miqyasda korrupsiyada” ittiham edib, Mask isə bu agentliyin “cinayətkar təşkilat” olduğunu söyləyib. O, hətta bu qurumun “ölməyinin vaxtının” çatdığını deyib. Oxuculara xatırladaq ki, hazırda USAID-in rəsmi səhifəsi fəaliyyətini dayandırıb. Ağ ev Administrasiyası agentliyin müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyü variantını nəzərdən keçirir. D.Trampın sərəncamı ilə Dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə bu sahədə səmərəli dialoqa hazır olduğunu açıqlayıb. O, BMT rəhbərliyinin ABŞ hökumətinin xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarından xəbərdar olduğunu bildirib. 

Humanitar yardım agentliyinin terroru dəstəkləməsi isə heç nə ilə izah oluna bilməz. USAID-in cinayətkar fəaliyyətinin “qalereyasını”  “Əl-Qaidə” ilə əməkdaşlıq, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT müzikli, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi, LGBT fəallığı və digər proqramları zənginləşdirib.

Artıq USAID adlı “hörümçək toru”nun sökülməsinə start verilib. Deməli, irəlidə bizi daha maraqlı “əhvalatlar” gözləyir...

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see432

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see227

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see201

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see196

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see195

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see180

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see177

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see169

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see165

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see165

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see162

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see162

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see161

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see161

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see159

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see156

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see153

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see152

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri