Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası” Görün nələr var imiş FOTO

Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası” Görün nələr var imiş FOTO

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bazar günü Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra qohumlarından xəbər almaq ümidi ilə Suriya vətəndaşları ölkənin ən məxfi həbsxanası sayılan Sednayaya axışıb.

Əsədin həbsxanasından tanınmış şəxsin meyiti tapıldı - FOTO

Milli.Az xəbər verir ki, 1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulan həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub.İnsan haqları təşkilatları tərəfindən "insan qəssabxanası" kimi tanınan Sednaya gizli saxlanılırdı və indiyədək həbsxananın içindən heç bir görüntü çəkilməyib.Həbsxananın təfərrüatları yalnız keçmiş mühafizəçilər və məhbuslarla müsahibə yolu ilə müəyyən edilə bilib.

Sednaya illərdir Suriya Ordusu və hərbi kəşfiyyat orqanları tərəfindən idarə olunub.

Binanın tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub. İnsan haqları təşkilatlarının məlumatına görə, Ağ Bina rejimə xəyanətdə şübhəli bilinən zabit və əsgərlər üçün tikilib. Bu, böyüyən obyektin cənub-şərqindəki L formalı bina olub.

Əsas həbsxana, Qırmızı Bina, əvvəlcə islamçı təşkilatların üzvü olmaqda şübhəli bilinən rejimin əleyhdarları tərəfindən məskunlaşıb. Azadlığa çıxan məhbuslarla müsahibə aparan insan haqları qruplarına görə, iki binada 10-20 min adam saxlanıla bilər.

Bazar günündən bəri yayılan və BBC tərəfindən təsdiqlənən videoda onlarla hücrəni göstərən təhlükəsizlik kamerası ekranları ilə dolu böyük bir müşahidə otağı göstərilib.

2011-ci ildə vətəndaş müharibəsi başlayanda məhbuslar Ağ Binadan çıxarılıb və Amnesty İnternational-ın keçmiş həbsxana gözətçilərinə əsaslanan hesabatına görə, bu bina prezident Bəşər Əsəd rejiminə qarşı aksiyalarda həbs olunanların yerləşdirilməsi üçün hazırlanıb.

"2011-ci ildən sonra Sednaya Suriyanın əsas siyasi həbsxanasına çevrilib" deyə keçmiş məmur Amnesty-yə bildirib.

"Ölüm düşərgəsi"

Keçmiş məhbuslar Qırmızı Binada saxlanılanların tez-tez müxtəlif işgəncə üsullarına, o cümlədən şiddətli döyülmələrə, zorlamalara, qida və dərmanlara çıxışın məhdudlaşdırılmasına məruz qaldıqlarını söyləyib.Qeyd olunub ki, danışanların "Edam otağı" adlandırdıqları "Ağ bina"nın altında Qırmızı binadakı məhbusların asılmağa aparıldığı yer olub.

Mühafizəçi bildirib ki, əsgərlər daha sonra ölüm hökmündə olan məhbusları bəzən 100-ə yaxın adamın olduğu kameraya aparıb , döyüblər. 

Gözləri bağlı məhbusların "Ağ bina"nın cənub-şərq küncündə yerləşən "edam otağı"na pilləkənlərlə endirildiyi, daha sonra yan-yana 10 ilgəklə bir metr hündürlüyündə platformaya aparılaraq asıldığı qeydə alınıb.Amnesty İnternational təşkilatının məlumatına görə, sonradan "edam otağı" genişləndirilib və 20 ilgəkli ikinci platforma tikilib. Rejimin süqutundan sonra Sednaya otaqlarda tapılan onlarla edam ilgəyi müxalifət mediasında nümayiş etdirilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıqdan ölüb.Türkiyə mərkəzli Sednaya Həbsxanasında İtkin Olmuş Məhbuslar Dərnəyi 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara əsasən, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.

ABŞ tədqiqatçılarının yayımladığı görüntülərində krematoriyaya çevrildiyini söylədiyi kiçik bir bina görünür. Səlahiyyətlilər damdakı qarın ərimə sürətinin onların iddialarını dəstəklədiyini və həbsxanada gündə ən azı 50 məhbusun asıldığını bildirib.

Qurbanlar danışır: "Mən sadəcə bir rəqəm idim"

"Mənim adım 1100 nömrə idi" dedi. Özünü Hala adlandıran bu keçmiş məhbus hələ də adı ilə çağırılmaqdan qorxurdu.

"Əl-Cəzirə" telekanalına danışan Hala bildirib ki, o, 2019-cu ildə Həmadakı bir keçid məntəqəsindən aparılıb, "terrorçuluq"da ittiham edilib - bu, tez-tez hökumətə qarşı çıxmaqda şübhəli bilinən hər kəsə atılan ittihamdır. O, Hələbə aparılıb və o vaxtdan bəri müxtəlif həbsxanalarda saxlanılıb.

O, azad edildiyi an barədə də danışıb: "Biz işığı görəcəyik, bunun gerçək olduğuna inana bilmirdik. Sevinc hədsiz idi. Biz sevindik və alqışladıq, arzuladıq ki, onları qucaqlayıb öpək".

Sednaya həbsxanası bütün tarixi boyu ciddi mühafizə olunub və həbsxananın ətrafında mövqelər qurulub.

Qeyd edək ki, Əsəd rejiminin süqutundan bəri mülki şəxslərə həbsxananın ətrafına axın etməməyə çağırışlar edilir. 

Suriyanın müxalif mülki müdafiə təşkilatı "Ağ Dəbilqəlilər" tərəfindən yayımlanan fotoşəkillərdə hündür divarlarda məftil çəpərlər görünür. Həbsxananın ətrafında mühafizə qüllələri də var.Əsəd administrasiyası beynəlxalq təşkilatların ittihamlarını həmişə rədd edərək, onların "əsassız və həqiqətdən uzaq" olduğunu bildirib.

Sevdiklərinin Sednayada olduğundan şübhələnən ailələr üçün Əsəd rejiminin dağılması onların itkin düşmüş yaxınlarını tapmaq perspektivini artırır.

Nərmin Mahmudova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri