Icma.az
close
up
RU
Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası”’ Görün nələr var imiş KONKRET

Dünyanı dəhşətə gətirən “Əsədin qəssabxanası”’ Görün nələr var imiş KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bazar günü Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra qohumlarından xəbər almaq ümidi ilə Suriya vətəndaşları ölkənin ən məxfi həbsxanası sayılan Sednayaya axışıb.

KONKRET.az xəbər verir ki, 1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulan həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub.İnsan haqları təşkilatları tərəfindən “insan qəssabxanası” kimi tanınan Sednaya gizli saxlanılırdı və indiyədək həbsxananın içindən heç bir görüntü çəkilməyib.Həbsxananın təfərrüatları yalnız keçmiş mühafizəçilər və məhbuslarla müsahibə yolu ilə müəyyən edilə bilib.

Sednaya illərdir Suriya Ordusu və hərbi kəşfiyyat orqanları tərəfindən idarə olunub.

Binanın tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub. İnsan haqları təşkilatlarının məlumatına görə, Ağ Bina rejimə xəyanətdə şübhəli bilinən zabit və əsgərlər üçün tikilib. Bu, böyüyən obyektin cənub-şərqindəki L formalı bina olub.

Əsas həbsxana, Qırmızı Bina, əvvəlcə islamçı təşkilatların üzvü olmaqda şübhəli bilinən rejimin əleyhdarları tərəfindən məskunlaşıb. Azadlığa çıxan məhbuslarla müsahibə aparan insan haqları qruplarına görə, iki binada 10-20 min adam saxlanıla bilər.

Bazar günündən bəri yayılan və BBC tərəfindən təsdiqlənən videoda onlarla hücrəni göstərən təhlükəsizlik kamerası ekranları ilə dolu böyük bir müşahidə otağı göstərilib.

2011-ci ildə vətəndaş müharibəsi başlayanda məhbuslar Ağ Binadan çıxarılıb və Amnesty İnternational-ın keçmiş həbsxana gözətçilərinə əsaslanan hesabatına görə, bu bina prezident Bəşər Əsəd rejiminə qarşı aksiyalarda həbs olunanların yerləşdirilməsi üçün hazırlanıb.

“2011-ci ildən sonra Sednaya Suriyanın əsas siyasi həbsxanasına çevrilib” deyə keçmiş məmur Amnesty-yə bildirib.

“Ölüm düşərgəsi”

Keçmiş məhbuslar Qırmızı Binada saxlanılanların tez-tez müxtəlif işgəncə üsullarına, o cümlədən şiddətli döyülmələrə, zorlamalara, qida və dərmanlara çıxışın məhdudlaşdırılmasına məruz qaldıqlarını söyləyib.Qeyd olunub ki, danışanların “Edam otağı” adlandırdıqları “Ağ bina”nın altında Qırmızı binadakı məhbusların asılmağa aparıldığı yer olub.

Mühafizəçi bildirib ki, əsgərlər daha sonra ölüm hökmündə olan məhbusları bəzən 100-ə yaxın adamın olduğu kameraya aparıb , döyüblər.

Gözləri bağlı məhbusların “Ağ bina”nın cənub-şərq küncündə yerləşən “edam otağı”na pilləkənlərlə endirildiyi, daha sonra yan-yana 10 ilgəklə bir metr hündürlüyündə platformaya aparılaraq asıldığı qeydə alınıb.Amnesty İnternational təşkilatının məlumatına görə, sonradan “edam otağı” genişləndirilib və 20 ilgəkli ikinci platforma tikilib. Rejimin süqutundan sonra Sednaya otaqlarda tapılan onlarla edam ilgəyi müxalifət mediasında nümayiş etdirilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıqdan ölüb.Türkiyə mərkəzli Sednaya Həbsxanasında İtkin Olmuş Məhbuslar Dərnəyi 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara əsasən, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.

ABŞ tədqiqatçılarının yayımladığı görüntülərində krematoriyaya çevrildiyini söylədiyi kiçik bir bina görünür. Səlahiyyətlilər damdakı qarın ərimə sürətinin onların iddialarını dəstəklədiyini və həbsxanada gündə ən azı 50 məhbusun asıldığını bildirib.

Qurbanlar danışır: “Mən sadəcə bir rəqəm idim”

“Mənim adım 1100 nömrə idi” dedi. Özünü Hala adlandıran bu keçmiş məhbus hələ də adı ilə çağırılmaqdan qorxurdu.

“Əl-Cəzirə” telekanalına danışan Hala bildirib ki, o, 2019-cu ildə Həmadakı bir keçid məntəqəsindən aparılıb, “terrorçuluq”da ittiham edilib – bu, tez-tez hökumətə qarşı çıxmaqda şübhəli bilinən hər kəsə atılan ittihamdır. O, Hələbə aparılıb və o vaxtdan bəri müxtəlif həbsxanalarda saxlanılıb.

O, azad edildiyi an barədə də danışıb: “Biz işığı görəcəyik, bunun gerçək olduğuna inana bilmirdik. Sevinc hədsiz idi. Biz sevindik və alqışladıq, arzuladıq ki, onları qucaqlayıb öpək”.

Sednaya həbsxanası bütün tarixi boyu ciddi mühafizə olunub və həbsxananın ətrafında mövqelər qurulub.

Qeyd edək ki, Əsəd rejiminin süqutundan bəri mülki şəxslərə həbsxananın ətrafına axın etməməyə çağırışlar edilir. 

Suriyanın müxalif mülki müdafiə təşkilatı “Ağ Dəbilqəlilər” tərəfindən yayımlanan fotoşəkillərdə hündür divarlarda məftil çəpərlər görünür. Həbsxananın ətrafında mühafizə qüllələri də var.Əsəd administrasiyası beynəlxalq təşkilatların ittihamlarını həmişə rədd edərək, onların “əsassız və həqiqətdən uzaq” olduğunu bildirib.

Sevdiklərinin Sednayada olduğundan şübhələnən ailələr üçün Əsəd rejiminin dağılması onların itkin düşmüş yaxınlarını tapmaq perspektivini artırır./milliaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri