Icma.az
close
up
RU
Dünyanı dəyişən həmin hücumdan 25 il ötür Fotolar

Dünyanı dəyişən həmin hücumdan 25 il ötür Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11 sentyabr 2001-ci ildə ABŞ-də törədilən terror aktının üzərindən 25 il ötür.

“Qafqazinfo” xəbər verir ki, həmin gün “Əl-Qaidə” terror təşkilatı ABŞ şəhərlərində əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə qarşı silsilə terror aktları həyata keçirib. 

Belə ki, 19 terrorçunun ələ keçirdiyi 4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin “Əkiz Qüllələr”inə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniyada qəzaya uğrayıb. Hücumlar nəticəsində terrorçular istisna olmaqla, ümumilikdə 2977 nəfər həyatını itirib ki, onlardan 412 nəfəri fövqəladə hallar xidmətlərinin əməkdaşları idi. Təxminən 200 nəfər isə xilas olmaq ümidilə özlərini binalardan ataraq həlak olub, daha 24 nəfər itkin düşüb. “Əkiz qüllələr”in çökməsi nəticəsində ətrafa yayılan kimyəvi maddələrin səbəb olduğu xəstəliklər sonradan azı 2 min nəfərin ölümü ilə nəticələnib.

Fotoda: Xilas olmaq üçün “Əkiz Qüllələr”dən tullanan şəxslər

11 sentyabr hücumlarından sonra o vaxtkı ABŞ Prezidenti Corc Buş-oğul xalqa müraciət edərək terrorizmə qarşı müharibə elan edib. Bu zaman ABŞ hakimiyyəti hücumların təşkilində “Əl-Qaidə” lideri Usama bin Ladeni günahlandırıb. Həmin vaxt Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti bu ölkədə gizlənən Bin Ladeni ABŞ-yə təhvil verməkdən imtina etdikdən sonra Vaşinqton hərbi müdaxilə qərarı verdi və 2001-ci il oktyabrın 7-də ABŞ və Böyük Britaniya Əfqanıstanda “Sarsılmaz azadlıq” əməliyyatına başladı.

Fotoda: Corc Buşa terror aktlarının baş verməsi haqqında məruzə edilir

Əməliyyatın əsas məqsədi Əfqanıstandakı terrorçu bazalarını məhv etmək və “Əl-Qaidə” rəhbərlərini ələ keçirmək idi. Hərbi müdaxilə nəticəsində 1996-cı ildən Əfqanıstanı idarə edən “Taliban” hökuməti hakimiyyətdən uzaqlaşdırıldı və ölkədə yeni hökumət quruldu. Müəyyən dövrdə Əfqanıstanda xidmət edən ABŞ kontingentinin sayı 100 min nəfəri keçdi. Vaşinqton 2001-2019-cu illər aralığında Əfqanıstandakı hərbi əməliyyatlara təxminən 778 milyard dollar vəsait xərclədi. 

2011-ci il mayın 2-də isə ABŞ xüsusi təyinatlıları Usama bin Ladeni Pakistanda qətlə yetirdi. Buna baxmayaraq, onun zərərsizləşdirilməsi Əfqanıstandakı müharibəyə son qoymadı. 2014-cü ildən etibarən ABŞ və NATO bu ölkədəki hərbi kontingenti tədricən azaltmağa başladı. 2021-ci ildə Prezident Co Bayden ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılacağını açıqladı. Bundan sonra “Taliban” qısa müddətdə ölkənin böyük hissəsinə nəzarəti ələ keçirdi və avqustun 15-də Kabilə daxil olaraq hakimiyyətini yenidən bərpa etdi. 

Fotoda: ABŞ rəhbərliyi Bin Ladenin qətlə yetirilməsinin görüntülərini izləyir

ABŞ qoşunlarının çıxarılması zamanı Kabil hava limanında yaşanan xaos çoxsaylı insan tələfatına səbəb oldu. Ümumilikdə Əfqanıstandakı 20 illik müharibə NATO qüvvələrinin də ağır itkiləri ilə nəticələndi: bu müddət ərzində 3500-dən çox NATO hərbçisi, o cümlədən 2400 amerikalı hərbçi həlak oldu. Müharibə veteranları arasında psixoloji problemlər və intihar halları geniş yayıldı. Bir çox hesablamalara görə, 2001-ci ildən indiyədək hərbi əməliyyatlar zamanı 7057, intihar nəticəsində isə 30177 nəfər amerikalı hərbçi həlak olub.

Beləliklə, 11 sentyabr hücumları ABŞ-nin xarici siyasətini və dünyanın təhlükəsizlik sistemini köklü şəkildə dəyişdi. Bu hadisələr həm ABŞ, həm də Əfqanıstan üçün uzunmüddətli və ağır nəticələri olan tarixi dönüş nöqtəsinə çevrildi. 














Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri