Dünyanın DİQQƏTİ Putində: Valday Diskusiya Klubunda vacib açıqlamalar verəcək
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Putin bu gün "Valday" Beynəlxalq Diskusiya Klubunun illik iclasında iştirak edəcək və dövlət başçısının mühüm bəyanatlar verməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə İNTERFAKS agentliyi yazıb.
Peskov qeyd edib ki, Putin plenar sessiyada ənənəvi çıxış edəcək və bu, bütün dünyanın səbirsizliklə gözlədiyi illik çıxışlardan biridir.
Prezidentin çıxışı və paneldəki müzakirələri Bakı vaxtı ilə saat 17:00-dan sonra baş tutacaq.
Putin "Valday" tədbirindən əlavə, axşama doğru Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda ilə görüşməyi planlaşdırır. Həmçinin prezidentin qeyri-rəsmi xarakter daşıyan digər görüşləri də nəzərdə tutulub.
Bizim.Media
Baxış sayı:138
Bu xəbər 01 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















