Icma.az
close
up
RU
Dünyanın ən az turist qəbul edən 13 ölkəsi

Dünyanın ən az turist qəbul edən 13 ölkəsi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Dünyada getdikcə daha çox turist məşhur istirahət məkanları əvəzinə az tanınan və fərqli turizm istiqamətlərinə üstünlük verir. Bəzi ölkələrə isə il ərzində 3500-dən də az turist səfər edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən az ziyarət edilən 13 ölkəsinin siyahısı hazırlanıb.

Təhlükəsizlik səbəbindən səfər edilməsi tövsiyə olunmayan Sudan və Somali kimi ölkələr siyahıya daxil edilməyib.

Reytinqə Sakit okeanda yerləşən Tuvalu başçılıq edir. Proqnozlara görə, dünya okeanının səviyyəsinin yüksəlməsi nəticəsində 2100-cü ilədək ölkə ərazisinin böyük hissəsi su altında qala bilər.

Dünyanın ən az turist qəbul edən 13 ölkəsi və onların maraqlı xüsusiyyətləri:

1. Tuvalu – Sakit okeanda yerləşən, iqlim dəyişikliyi səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşən ada dövləti.

2. Ekvatorial Qvineya – Vulkanları, şəlalələri, tropik meşələri və dünyanın ən böyük qurbağası olan qol iaf qurbağası ilə tanınır.

3. Marşall adaları – Tarixi nüvə sınaqları və sualtı dünyası ilə diqqət çəkir. Burada batmış hərbi gəmiləri görmək mümkündür.

4. Türkmənistan – Paytaxtı Aşqabad ağ mərmərlə üzlənmiş binaların sıxlığına görə Ginnesin Rekordlar Kitabına düşüb.

5. Kiribati – Sakit okeanda yerləşən, ekzotik adaları və tropik mənzərələri ilə seçilən ölkədir.

6. Niue – Ulduzları və gecə səmasını müşahidə etmək üçün əlverişli məkanlardan biridir.

7. Mikroneziya Federativ Ştatları – Yüzlərlə adası, mərcan rifləri və zəngin sualtı dünyası ilə tanınır.

8. Solomon adaları – Qədim insan qalıqlarının saxlanıldığı Kəllələr adası ilə diqqət çəkir.

9. San-Tome və Prinsipi – Tropik meşələri, çimərlikləri və ekzotik təbiəti ilə məşhurdur.

10. Şərqi Timor – Dünyanın ən gənc dövlətlərindən biri olmaqla yanaşı, zəngin dəniz faunası ilə seçilir.

11. Tonqa – Sakit okeanın təbii gözəllikləri və özünəməxsus mədəniyyəti ilə tanınan ada dövlətidir.

12. Palau – Mərcan rifləri, şəffaf suları və dalğıclıq imkanları ilə məşhurdur.

13. Moldova – Şərabçılıq ənənələri və nəhəng yeraltı şərab zirzəmiləri ilə diqqət çəkir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri