Icma.az
close
up
RU
Dünyanın ən əsas problemi ilə Azərbaycan necə mübarizə aparacaq?

Dünyanın ən əsas problemi ilə Azərbaycan necə mübarizə aparacaq?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Milli.Az Trend-də  dərc olunmuş məqaləni təqdim edir:

Artıq yer üzündə bu ikihərfli sözdən əzəmətli heçnə yoxdur: Su!

Nağıllarda, dini rəvayətlərdə sudan qorunmaq üçün nəhəng gəmilər tikilirdisə, bu gün nəhəng anbarlar yaradıb suyu qorumağa məcburuq.

Bəli, alimlərin illər əvvəl verdiyi qorxunc proqnozlarla üz-üzəyik: XXI əsrin ən böyük problemi sudur. Şirin su təkcə böyük şəhərlərin deyil, ovuc içi boyda kəndlərin də bəlasına çevrilir.

Bu quraqlıq, susuzluq bəlasına bu gün, demək olar, bütün dünya mübtəla olmaqdadır.

Artıq su anlayışı iqlim, ekoloji problem kontekstindən çıxaraq geosiyası çağırışa çevrilib. Bu gün su, daha-doğrusu susuzluq dövlətlərarası, qitələrarası müzakirə predmetidir. Su ehtiyatı olan regionlar bir zamanlar qızıl, almaz ehtiyatları ilə zəngin torpaqlar qədər əhəmiyyət qazanıb. Çünki bu gün dünyada 2,2 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir, ən dəhşətlisi isə budur ki, dünya əhalisinin yarıdan çoxu, yəni 4 milyard insan ildə ən azı 1 ay ağır su stressi yaşayır. İnsan artımı, iqlim dəyişikliyi, sənayenin inkişaf gedişatı artıq bu proqnozu fakta çevirməkdədir: 2050-ci ilə qədər daha 1 milyard insan ekstremal su qıtlığı yaşayacaq.

Bir zamanlar filmlərə mövzu olan, çoxlarına fantastik görünən su müharibələri artıq reallığa çevrilir. Bəşəriyyət dəhşətli bir dramla üz-üzə qalmaqdadır. Su resurslarının çatışmazlığı ucbatından ölkələr arasında gərginliklər artıq göz önündədir. Ötən il Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə səbəb oldu. Dünya artıq su müharibələrini yaşamaqdadır. Nil çayı hövzəsindəki ölkələr arasındakı gərginlikləri də bura əlavə etsək, problemin miqyası ağır bir startı işarə verir.

Azərbaycan dünyanın ən bol resurslu regionlarından birində - Qafqazda yerləşsə də, Qafqaz da artıq susuzluq problemləri ilə üz-üzə qalmaqdadır. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazın ən az su resurslarına malik ölkəsidir. Cənub qonşumuz olan İran artıq dəfələrlə susuzluq barədə həyəcan siqnalı səsləndirib. Bu da o deməkdir ki, susuzluq problemi bütün qüvvəsi ilə güneyimizdədir.

Azərbaycanın qarşısındakı susuzluq probleminə diqqət etdikdə ilk pozitiv mənzərə dövlətin zamanında bu problemə xüsusi diqqət ayırması, susuzluğun qarşısının alınması üçün davamlı strateji addımlar atmasıdır.

Prezident İlham Əliyevin onillər əvvəldən su problem mövzusundakı çıxışlarına nəzər saldıqda görünür ki, ölkəmizdə su və meliorasiya problemlərinin həlli, əhalinin içməli su ilə etibarlı təminatı dövlətin müəyyən etdiyi əsas prioritet istiqamətlərdəndir.

20 il əvvəl 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı Prezident sarayında keçirdiyi müşavirədə su təchizatını qarşıdakı illərdə xüsusi diqqət tələb edən əsas problemlər siyahısına salmışdı.

20 ildən artıq davam edən silsilə dövlət diqqəti sayəsində Azərbaycan bəşəriyyətin bir nömrəli probleminə - susuzluq probleminə qarşı uğurlu layihələrlə sədd çəkməyi bacarır.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə su problemi ilə bağlı həyata keçirilən layihələrdən söz açılarkən 20 illik bir konsepsiya göz önünə gəlir.

Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dörd böyük su anbarı inşa edilib. "Taxtakörpü" və "Şəmkirçay" su anbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı və Oğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı su təminatının əsas dayaqlarına çevrilib. "Ceyranbatan" su anbarı və sutəmizləyici kompleksi tam modernləşdirilib.

Qlobal iqlim dəyişikliyi, yağıntıların azalması və suya tələbatın artması fonunda su çatışmazlığı riski güclənib. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 75%-i ölkə xaricində formalaşır ki, bu da məsələni strateji və həssas edir. Bu səbəbdən su ehtiyatlarının sistemli idarə edilməsi, itkilərin azaldılması, rəqəmsal nəzarətin gücləndirilməsi əsas hədəf kimi müəyyən edilib.

Azərbaycan Cənubi Qafqazın ən az təbii şirin su ehtiyatına malik ölkəsi olması ilə yanaşı 30 ilə yaxın mövcud su mənbələrinin təxminən ¼-i işğal altında olub. Bir qərinəyə yaxın zaman kəsiyində Azərbaycan təkcə su ehtiyatlarının 25%-dən məhrum edilməyib, həm də Ermənistanın su terroruna məruz qalıb, su anbarları dağıdılıb, çay sularının kortəbii istismarı nəticəsində təbii axınlar quruyub, çayların flora və faunası məhv olub.

İşğala son qoyulandan sonra isə azad olunan ərazilərdə təkcə iqtisadi, sosial, mədəni infrasturuktur deyil, eyni zamanda təbii resursların bərpası istiqamətində də aktiv layihələr həyata keçirilib.

Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarət bərpa olunduqdan sonra "Sərsəng", "Suqovuşan", "Xaçınçay", "Köndələnçay", "Zabuxçay" su anbarları yenidən qurulub, "Həkəriçay" və "Bərgüşadçay" su anbarlarının tikintisi planlaşdırılıb. Bu ərazilərdə formalaşan su ehtiyatları ölkənin ümumi su təhlükəsizliyində mühüm paya malikdir.

Bakıda və Abşeron yarımadasında mövcud su və kanalizasiya infrastrukturu əsasən 1980-ci illərdə formalaşdığından artan əhali və yaşayış məntəqələrinin fasiləsiz su təminatı, kanalizasiya əhatəliliyi, yağış sularının idarə edilməsində problemlər yaradırdı. 12 yanvar 2026-cı ildə keçirilən müşavirədə diqqətə çatdırılan önəmli məqamlardan biri də Bakının kanalizasiya və yağış sularının idarə olunması problemi idi ki, bu məqam da 2026-2035-ci illəri əhatə edəcək müfəssəl dövlət proqramında həllini tapacaq.

Bakı kimi şəhərlər üçün ən vacib problemlərdən olan fasiləsiz içməli su ilə təminatın 70%-dən 95%-ə çatdırıacağı proqnozu müşavirədə müzakirə edilən dövlət proqramının fundamental dayaqlar üzərində hazırlandığından xəbər verir.

Dünyanın bir sıra ölkələrinin artıq gecikdiyi bu böyük problem Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub və bu səbəbdəndir ki, geosiyasi sima qazanmış su probleminə qarşı Azərbaycan dövləti dolğun və əhatələnmiş proqramla çıxır.

Sistemli həllin nəzərdə tutulduğu dövlət proqramının əhatəsi çərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50%-dən 95%-ə çatdırılması, su təsərrüfatında itkilərin 40-45% səviyyəsindən təxminən 20%-ə endirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası yaradılacaq.

Son olaraq, daha bir önəmli məqama diqqət edək: bir zamanlar paradoksal deyimlərdə yer alan "dəniz suyunu içmək" ifadəsi də məhz sözügedən dövlət proqramı çərçivəsində reallığa çevrilir. Abşeron yarımadasında ölkə tarixində ilk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi planlaşdırılır.

Azərbaycan dövləti susuzluq probleminə qarşı zamanında strateji addımlar atır, vətəndaşlar da artıq XXI əsrin dünyasında yaşadığından suya münasibətini israf-qənaət tərəzisində bir daha nəzərdən keçirməlidir. Unutmamalıyıq ki, artıq bəyəriyyətin ən faydalı neməti nə qızıl, nə platin, nə də neftdir. XXI əsrin ən qorunmalı resursu sudur.
Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri