Azərbaycan çempionatı dünyanın ən yaxşıları arasında
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Dünyanın ən güclü futbol liqalarının siyahısı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, reytinq cədvəlini İFFHS açıqlayıb. 2024-cü il üçün tərtib olunan siyahıya planetin 100 ən yaxşı çempionatı daxil edilib. Azərbaycan Premyer Liqası da cədvəldə yer alıb.
Çempionatımızın əmsalı 434,25-ə bərabərdir. Premyer Liqamız dünyada 36-cıdır. Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 4 pillə irəliləyib.
Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. Appenin liqası 1992 xala malikdir.
Siyahıda İspaniya La Liqası 2-cidir – 1885 xal. 1871 xala malik İngiltərə Premyer Liqası 3-cü sırada yer alıb.
Qeyd edək ki, Türkiyə Super Liqası 968 xalla 1 pillə irəliləyərək 11-cidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
Baxış sayı:168
Bu xəbər 19 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















