Icma.az
close
up
RU
Dünyanın ən qədim çayı yüz milyonlarla ildir axır: Harada yerləşir?

Dünyanın ən qədim çayı yüz milyonlarla ildir axır: Harada yerləşir?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada bu günə qədər mövcudluğunu qoruyan ən qədim çay kimi Avstraliyada yerləşən Finke çayı (yerli Arrente xalqının dilində Larapinta) göstərilir.

Qaynarinfo xəbər verir ki, "LiveScience” nəşrinin yazdığına görə, bu çayın yaşı 300–400 milyon il arasında qiymətləndirilir.

Axınlar və kanallardan ibarət bu çay sistemi Şimal Ərazisi və Cənubi Avstraliya boyunca 640 kilometrdən çox məsafəyə uzanır. Quraq iqlim şəraiti səbəbindən Finke çayı yalnız dövri olaraq axır: ilin böyük hissəsində isə bir-birindən ayrı düşmüş su hövzələri zənciri kimi qalır. Bununla belə, geoloji məlumatların, aşınma profillərinin, eləcə də ətraf çöküntü və süxurlarda radionuklid ölçmələrinin birgə təhlili alimlərə bu çay sistemini Devon (419–359 milyon il əvvəl) və ya Karbon (359–299 milyon il əvvəl) dövrlərinə aid etməyə imkan verib.

Yaş necə müəyyən edilib?

Arizonа Universitetinin geomorfoloqu Viktor Beykerin sözlərinə görə, bu çayın qədim yaşını təsdiqləyən ən inandırıcı sübutlardan biri "eninə drenaj” adlanan geoloji anomaliyadır. Adətən çaylar dayanıqlı dağ süxurları – məsələn, kvarsit – boyunca paralel axır. Lakin Finke çayı bu möhkəm mineral formaları kəsərək mərkəzi Avstraliyadakı Makdonnell silsiləsindən keçir.

Axar su həmişə ən asan yolu seçdiyindən, çayın bu cür sərt süxurlara qarşı axması məntiqə uyğun görünmür. Makdonnell silsiləsi 300–400 milyon il əvvəl baş vermiş Alis-Sprinqs orogenezi nəticəsində formalaşıb. Bu isə Finke çayının ən azı bu dağlar qədər qədim olduğunu göstərir.

Niyə Finke çay sistemi bu qədər uzun müddət mövcud qalıb?

Finke çayı nümunəsində Avstraliya çox uzun müddət ərzində son dərəcə sabit landşaft kimi qalıb. Avstraliya plitəsinin mərkəzində yerləşən qitə son bir neçə yüz milyon il ərzində ciddi tektonik aktivlik yaşamayıb. Nəticədə Finke çay sistemi tarixinin böyük hissəsində demək olar ki, fasiləsiz şəkildə inkişaf edib və genişlənib.

Finke çayı nə qədər də yaşaya bilər?

Kolorado Dövlət Universitetinin geoloqu Ellen Volun sözlərinə görə, quraq bölgələrdəki bir çox çay - Finke kimi - insanın su istifadəsindən kəskin şəkildə dəyişir. O əlavə edib ki, qlobal su istifadəsinin artması və qlobal istiləşmənin bir çox quraq bölgələri daha da qurutması ilə bu, gələcəkdə artacaq.

Beykerin sözlərinə görə, əgər Finke nə vaxtsa quruyarsa, ikinci ən qədim çay hazırda təxminən 300 milyon yaşı olan və Virciniya, Qərbi Virciniya və Şimali Karolinadan axan Yeni Çay ola bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri