Icma.az
close
up
RU
Dünyanın ən qədim mumiyaları tapıldı Misirdən də əvvəl

Dünyanın ən qədim mumiyaları tapıldı Misirdən də əvvəl

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Cənub-Şərqi Asiyada tapılan mumiya qalıqları dünyanın ən qədimləri ola bilər, çünki alimlərin sözlərinə görə, onların yaşı 12 000 ildir. Tədqiqatçılar müəyyən ediblər ki, cəsədlər istiliyə məruz qalıb və güman edirlər ki, onlar odun üzərində tüstü ilə qurudularaq mumiyalanıb.
Lent.az xəbər verir ki, mumiyadan söz düşəndə adətən ağla qədim misirlilər gəlir. Lakin arxeoloqlar sübutlar tapıblar ki, sivilizasiyalar minlərlə il əvvəl dəfn edilən insanları qorumaq üçün mumiyalama

texnikasından istifadə ediblər. Alimlər Cənub-Şərqi Asiyada dünyanın ən qədim mumiyaları ola biləcək tapıntılar aşkarlayıblar, bəzi qalıqların isə təxminən 12 000 il əvvələ aid olduğu düşünülür.

Tədqiqatçılar Çinin və Vyetnamın müxtəlif arxeoloji abidələrində bir neçə kəsik və yanıq izləri olan, bükülü vəziyyətdə dəfn edilmiş insan qalıqları aşkarlayıblar. Digər qalıqlar Filippinlərdə, Laosda, Taylandda, Malayziyada və İndoneziyada tapılıb.

Tədqiqatın nəticələri və təhlil

”Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada alimlər müəyyən ediblər ki, cəsədlər böyük ehtimal istiliyə məruz qalıb və güman edirlər ki, onlar tonqal üzərində tüstü ilə qurudularaq mumiyalanıb.

Tədqiqatçılar Cənubi Çində Neolit dövrünə aid 95 arxeoloji abidədən götürülmüş insan sümüyü nümunələrini təhlil ediblər. Onlar qəbirlərin torpaqdakı əsasən bükülü, sıxılmış və ya oturaq vəziyyətdə, çox vaxt sıx bağlanma izləri olan vəziyyətini qeydə alıblar. Həmçinin qazıntı zamanı aşkar edilən sümüklərdə görünən yanıq və kəsik izlərini öyrəniblər. “Biz sübut təqdim edirik ki, cəsədlər tüstülənərək dəriləri qorumaq və mumiyalaşdırmaq üçün emal olunurdu,” – deyə alimlər yazıblar.

Mədəni və mənəvi aspekt

Tədqiqatın müəllifi, Yaponiyanın Sapporo Tibb Universitetindən Hirofumi Matsumura qeyd edir ki, bu praktika “insanlara öz əcdadları ilə fiziki və mənəvi əlaqəni qorumağa, zamanı və xatirəni birləşdirməyə imkan verirdi”.

Mumiyalaşma bəzi yerlərdə məsələn, parçalanmanı dayandıran şərait kimi təbii yolla baş verə bilər. Lakin müxtəlif mədəniyyətlər də öz əcdadlarını xatırlamaq və ya onların ruhlarını axirətə yola salmaq üçün bədənlərini balzamlayaraq süni yolla mumiyalaşdırırdılar.

Misir mumiyaları ən məşhurları olsa da, ən qədim məlum mumiyalardan bəziləri təxminən 7000 il əvvəl indiki Peru və Çili ərazisində çinçorro balıqçıları tərəfindən hazırlanıb.

Müasir dövrdə də Avstraliyanın və Papua-Yeni Qvineyanın yerli icmaları öz ölülərini tüstüləmə, qurutma və mumiyalama mərasimlərini həyata keçirirlər.

İsveçin Uppsal Universitetindən insan təkamülü üzrə ekspert Rita Peyroteo Stierna, bazar ertəsi dərc olunmuş araşdırmada iştirak etməsə də, bu tədqiqatla bağlı müəyyən şübhələrini ifadə edib və istifadə olunan tarixləmə metodlarının daha etibarlı ola biləcəyini bildirib.

O əlavə edib ki, Cənub-Şərqi Asiyanın müxtəlif yerlərində mumiyaların davamlı tüstülənib-qurudulmaya məruz qalıb-qalmadığı hələ ki, dəqiq məlum deyil, lakin Associated Press-ə göndərdiyi elektron məktubda tapıntıların “tarixi dəfn praktikasının öyrənilməsinə mühüm töhfə” olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri