Icma.az
close
up
RU
Açıq mesajın şifrəsi

Açıq mesajın şifrəsi

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabiq nazir: “Azərbaycanın mövqeyi belədir ki, Ermənistan sülh sənədinin imzalanmasını istəmirsə, bu, bizə də lazım deyil”

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı geniş fikir bildirib. Ölkə rəhbəri qeyd edib ki, sülh sazişi o zaman imzalanacaq ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məntiqli şərtləri Ermənistan tərəfindən birmənalı qəbul olunacaq.

Dövlət başçısı Ermənistanın silahlanmasının qəbuledilməz olduğunu bildirib və diqqətə çatdırıb ki, bu, İrəvanın özü üçün yaxşı nəticələr verməyəcək. Əliyev bir növ mesajlarında qarşı tərəfi reallığı dərk etməyə, sülh istiqamətində səmimi addımlar atmağa, iradə nümayiş etdirməyə çağırıb.

Ermənistan cəmiyyətinin və rəhbərliyinin bu mesajlardan hansı nəticəni çıxaracağı sual doğurur. Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-nın mövzu ətrafında suallarını cavablandırıb. Bildirib ki, faktiki olaraq sülh sazişində prinsipial məsələlərin razılaşdırılmaması prosesi tormozlayır:

- Prezidentin dediklərindən belə başa düşdüm ki, danışıqlar masasında olan sənəd o qədər də aktual deyil. Biz görürük ki, sülh sazişi ilə bağlı çərçivə sənədinin vəzifəsi yerinə yetirilib. Müzakirələr üçün, artıq hansısa diskussiya üçün, ümumi proses üçün çərçivə var. Amma bəzi məqamlarda, əsasən də prinsipial məqamlarda tərəflərin mövqeyi yaxınlaşmağa meyilli deyil. Azərbaycanın mövqeyi artıq belədir ki, Ermənistan sülh sənədinin imzalanmasını istəmirsə, bu, bizə də lazım deyil.

Paşinyan bildirir ki, elə sənəd imzalanmalıdır ki, dayanıqlı olsun. Azərbaycan da deyir, bəli, biz də strateji bir sənəddə maraqlıyıq. Azərbaycan tərəfinin gündəmə gətirdiyi mövzular prinsipial xarakter daşıyır. Birincisi, ermənilər Ermənistanı dövlət olaraq nə şəkildə təsəvvür edirlər? Əslində, Paşinyan bu sualı ermənilərə verir ki, “biz hansı Ermənistanda yaşamaq istəyirik: mifik Ermənistanda, yoxsa real Ermənistanda?”. Rəsmi İrəvanın yanaşmasından hiss olunur ki, SSRİ-nin tərkibində olan zaman ərazisi nə qədər idisə, həmin Ermənistanda yaşamaq istəyirlər. Amma erməni cəmiyyətində bu mövzuda konsensus yoxdur. Ona görə də Ermənistanla sülh danışıqları aparmaq çətindir. Onlar hələ müəyyənləşdirməyiblər ki, mifik, yoxsa real Ermənistanda yaşayırlar. Bu da sülhün əldə olunmasına əngəl törədən amillərdəndir. Bir sözlə, prinsipial mövzuda İrəvanın yanaşması Bakını qane etmir.

- Söhbət Ermənistanda Konstitusiya dəyişikliyindən gedir?

- Əlbəttə, prinsipial məsələlərdən biri də məhz budur. İndi Ermənistan tərəfi bəyan edir ki, Konstitusiya islahatları 2027-ci ilə saxlanılıb. Bu, vaxt uzatmaq anlamı verir. Hər halda fakt göstərir ki, Ermənistan real danışıqlara və sülhə hazır deyil. Eyni zamanda, əsas məsələ ondan ibarətdir ki, sərhədlər hansı şəkildə müəyyənləşəcək. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Əgər Ermənistan SSRİ dövrünün xəritələrini əsas götürmək istəyirsə, biz bunu qəbul edirik. Alma-Ata Bəyannaməsini həm Ermənistan, həm də Azərbaycan dəstəkləyir. Ona görə də SSRİ dövründəki adminstrastiv sərhədlər qaneedicidir.

Amma burada məsələ bir qədər fərqlidir. Ermənistan onlara sərf etdiyinə görə 1975-ci ilin xəritələrinə əsasən sərhədlərin müəyyənləşməsində maraqlıdır. Azərbaycan isə, hesab edirəm ki, müxtəlif illərin xəritələrini təklif edə bilər. Cənab Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, 1920-ci ildə Ermənistana verilən ərazilər, Zəngəzur bizim yadımızdadır. Eyni zamanda, müxtəlif illərdə dəyişən sərhədlər haqqında məlumatlıyıq, onları yaddan çıxarmırıq. Mənə elə gəlir ki, bizim mövqeyimiz Qərbi Azərbaycanın və onun əhalisinin məsələsinin hansı şəkildə həll olunmasından asılı olacaq. Ermənistan dövlət olaraq, beynəlxalq qanunlara uyğun şəkildə Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara hansı təminatları verəcək? Bu sual aktualdır. Biz dövlət olaraq Ermənistana öz mövqeyimizi açıq şəkildə bəyan etmişik. Ermənistan isə bu məsələdə mövqeyini dəqiqləşdirməyib.

- Prezident həmçinin qeyd etdi ki, Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur. Ermənistan bu mesajdan nəticə çıxaracaqmı?

- Bu məsələdə Azərbaycanın mövqeyi məntiqlidir. Ermənistan hücum silahlarını niyə alır? Təbii ki, Azərbaycana qarşı istifadə etmək üçün. Demək, Azərbaycanın sülhlə bağlı beynəlxalq qanunlara uyğun tələbləri İrəvanı qane etmir ki, yenidən işğalçılıq siyasətini davam etdirmək üçün silahlanır, güclənir. Bu isə qəbuledilməzdir. Biz gələcək perspektivdən, regionun sabitliyindən, çiçəklənməsindən danışırıqsa, o zaman Ermənistanın hücum silahları nəyinə lazımdır? Ermənistan rəsmiləri arqument irəli sürürlər ki, Azərbaycan da silahlanır. Biz ona görə silahlanırıq ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bilirik. Azərbaycan əraziləri 30 il ərzində işğalda olub. Bu işğalla bağlı beynəlxalq ictimaiyyət Ermənistana heç bir təzyiq etmədi. Azərbaycan Ordusunun, əsgərinin fədakarlığı, xalqımızın dövlət quruculuğuna töhfəsi, Ali Baş Komandanın iradəsi nəticəsində işğala son qoyuldu. Amma zəmanət yoxdur ki, sabah Ermənistan yenidən işğalçı müharibəyə başlamayacaq. Axı Ermənistandan real sülh üçün addımlar görmürük, ana qanunlarında ərazi iddiaları davam edir. Həmçinin hücum silahları ilə silahlanırlarsa, o zaman bizim silah almağımız, orduya xərcləri artırmağımız məntiqli deyilmi?

Ermənistan işğalçılıq siyasətindən, “miatsum”dan imtina etmir. Ermənistanın Baş naziri bu gün bir söz deyir, sabah ayrı söz deyir, müavini tamam fərqli bəyanat verir və s. Eyni zamanda, Ermənistandakı siyasi qüvvələr hərəsi bir söz deyir, revanşdan danışır. Biz necə etimad edə bilərik? Ona görə də Prezident silahlanmanın dayandırılması ilə bağlı İrəvana haqlı olaraq mesaj verdi. Bundan nəticə çıxaracaqlarmı, bilmirəm. Amma biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan tərəfindən, ya da başqa bir ölkə tərəfindən Azərbaycana təhlükə yaransın. Bu, Bakının açıq və məntiqli mövqeyidir. Hər halda, Ermənistan rəhbərliyi də, cəmiyyəti də bu mesajlardan nəticə çıxarmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri