Icma.az
close
up
RU
Dünyanın ən yaşlı sakini Azərbaycanda yaşayır ŞOK ARAŞDIRMA

Dünyanın ən yaşlı sakini Azərbaycanda yaşayır ŞOK ARAŞDIRMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün açıqladığı statistikada Azərbaycanda ən yaşlı seçicinin 136 yaşlı Əzizova Tamara Əli qızı olduğu bildirilib. O, Lənkəran rayonu, 78 saylı DSK, 38 saylı məntəqədə qeydiyyata alınıb. Tamara Əzizovanın 1890-cı ildə Rusiya İmperiyasının Bakı Quberniyasında anadan olub.
Bizim.Media bu mövzuda kiçik araşdırma aparıb və müəyyən edib ki, Tamara Əzizova dünyanın ən yaşlı sakinidir. Belə ki, hazırda dünyanın ən yaşlı sakini britaniyalı Ethel Keterhem hesab olunur. O, İngiltərənin Surrey qraflığında yaşayır və 1909-cu ildə anadan olub. Hazırda onun 116 yaşı var.
Bu isə o deməkdir ki, Azərbaycandakı 136 Tamara Əzizova dünyanın rəsmi şəkildə təsdiqlənmiş ən yaşlı insanıdır və öz "təqibçi"sindən 20 il öndədir.
 

Beynəlxalq gerontologiya təşkilatları uzunömürlülük məsələsində əsasən Avropa, Qərb ölkələri və Şərqi Asiya dövlətlərindəki məlumatlara üstünlük verirlər. Bunun səbəbi həmin ölkələrdə arxiv sistemlərinin daha erkən formalaşması, doğum qeydiyyatlarının tam aparılması və araşdırma institutlarının bu mövzuda fəal işləməsidir. Yaponiya, Fransa, Böyük Britaniya və ABŞ kimi ölkələrdə uzunömürlü insanlarla bağlı məlumatlar illərlə sənədləşdirilir və beynəlxalq qurumlar tərəfindən yoxlanılır.


Lakin bu, dünyanın digər bölgələrində uzunömürlü insanların olmadığı anlamına gəlmir. Xüsusilə Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrində, Afrikada və Cənubi Amerikada ucqar bölgələrdə uzunömürlü insanlarla bağlı çoxsaylı məlumatlar mövcuddur. Sadəcə həmin şəxslərin böyük hissəsi beynəlxalq statistikadan kənarda qalır. Bunun əsas səbəbləri köhnə qeydiyyat sistemləri, arxiv çatışmazlığı və beynəlxalq diqqətin əsasən inkişaf etmiş ölkələr üzərində cəmlənməsidir.
Azərbaycan da tarixən uzunömürlülər ölkəsi kimi tanınıb. Lerik, Yardımlı, Lənkəran, Quba-Qusar, Naxçıvan və s. bölgələrdə yaşı 100-ü keçən insanlarla bağlı məlumatlar sovet dövründən bəri tez-tez gündəmə gəlib. Xüsusilə təmiz hava, təbii qidalanma, kənd həyat tərzi və stressin az olması uzunömürlülüyün əsas səbəbləri kimi göstərilir.
 

Ekspertlər hesab edir ki, 130 yaşdan yuxarı şəxslərlə bağlı məlumatların beynəlxalq səviyyədə təsdiqlənməsi son dərəcə çətin prosesdir. Bunun üçün doğum şəhadətnamələri, dövlət arxivləri, siyahıyaalma sənədləri və insanın həyatının müxtəlif dövrlərinə aid rəsmi qeydlər bir-biri ilə müqayisə edilir. Ən kiçik uyğunsuzluq belə həmin şəxsin rekord kimi tanınmasına mane ola bilir.


Buna görə də Azərbaycanda qeydə alınmış 136 yaşlı Tamara Əzizova ilə bağlı məlumat həm maraq, həm də müzakirə doğurub.  Bununla belə, bir məqam diqqətdən yayınmır - dünya uzunömürlülük statistikasında əsas diqqət Avropa, Şimali Amerika və Şərqi Asiya ölkələrinə yönəlsə də, real uzunömürlülərin bir hissəsi illərdir beynəlxalq sistemin diqqətindən kənarda qalır. Tamara Əzizova ilə bağlı məsələ buna ən bariz nümunədir. (Modern.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 May 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri