Dünyanın ən yaxşı oteli seçildi
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Honkonqda yerləşən "Rosewood Hong Kong" oteli 2026-cı ilin “Dünyanın Ən Yaxşı 50 Oteli” reytinqində birinci olub.
Banco.az xəbər verir ki, Parisdə açıqlanan reytinqdə "Rosewood Hong Kong" ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oteli seçilib. Bununla da otel reytinq tarixində iki dəfə birinci olan ilk hotel kimi tarixə düşüb.
Tsim Şa Tsui ərazisində yerləşən 65 mərtəbəli otel 2024-cü ildə siyahıda üçüncü, 2025-ci ildə isə birinci yeri tutub. Bu il də liderliyini qoruyan otel eyni zamanda Asiyanın ən yaxşı oteli seçilib.
Rosewood Hong Kong-da ümumilikdə 413 otaq və 11 restoran fəaliyyət göstərir. Otelin restoranları arasında "Michelin" ulduzuna layiq görülmüş "The Legacy House" və "Chaat", həmçinin "Marmo Bistro" və "Holt's Café" yer alır.
Reytinqdə ikinci yeri Taylandın "Capella Bangkok" oteli tutub. Ötən illə müqayisədə bir pillə yüksələn otel bu il ilk üçlükdə yer alıb.
Taylandın digər oteli — Chao Phraya çayı sahilində yerləşən "Four Seasons Bangkok" isə üçüncü olub.
İlk 10-luqda həmçinin Dubayın "Atlantis The Royal", İtaliyanın "Passalacqua", Braziliyanın "Rosewood São Paulo", Pekinin "Mandarin Oriental Qianmen", Honkonqun "The Upper House", Meksikanın "Chablé Yucatán" və Banqkokun "Mandarin Oriental Bangkok" otelləri yer alıb.
Baxış sayı:125
Bu xəbər 21 Sentyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















