Icma.az
close
up
RU
Dünyaya mesaj Laçından çatdırıldı: Laçının Azərbaycan üçün əhəmiyyəti nə üçün böyükdür?

Dünyaya mesaj Laçından çatdırıldı: Laçının Azərbaycan üçün əhəmiyyəti nə üçün böyükdür?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanın müstəqillik günündə Laçında keçirilən ikinci Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü tarixi və əhəmiyyətli bir hadisədir. Ötən il birinci Zirvə görüşü olub. Bu üç ölkə ortaq dəyərlər, tarixi münasibətlər, mədəniyyətlər baxımından bir-birinə çox bağlıdır. Hər üç ölkə ədalətli dünya prinsipini özü üçün məqbul hesab edir. 44 günlük Vətən savaşında Türkiyə və Pakistan hər zaman yanımzda oldu, bizim haqq işimizi dəstəklədi. Bu, həmrəylik müharibədən sonra da davam etməkdədir. Azərbaycan da hər zaman onların yanında olub".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, dünyada öz yeri, regional təsir gücü olan bu üç dövlətin birliyinin regionda və beynəlxalq sferada sülhə və əməkdaşlığa ciddi töhfə verəcəyi şübhəsizdir:

"Hərbi-sənaye komplekslərinin inkişafına, iqtisadi güclərinə, siyasi təsir nüfuzlarına görə hər üç ölkə güclü və qüdrətli dövlətlər sərasındadır. Zirvə görüşü ilə dünyaya bu birliyin dayanıqlı olması və davam etməsi mesajı verildi. Təbii ki, yeni bir qlobal gücün əməkdaşlıq formatının dərinləşməsi dünyada da diqqətlə izlənilirdi".
Onun sözlərinə görə, görüşün Laçında keçirilməsinin də xüsusi mənası var:

"Laçın Azərbaycan üçün strateji əhəmiyyətinə görə ən vacib bölgələrdən biridir. Görüşün burada keçirilməsinin, xüsusən də müstəqillik günündə, bölgənin ststusunun və əhəmiyyətinin, Azərbaycanın suveren hüquqlarının bütün ərazilərdə bərpa edildiyinin bir daha dünyaya çatıdırlması idi. Bununla Azərbaycan suveren hüquqlarının bütün ərazilərdə bərpa olduğunu bir daha nümayiş etdirmiş oldu. Çünki Laçın ərazisi 30 illik işğal dövründə, hətta ondan əvvəl də separatçıların gizli və açıq istifadə etdikləri əsas logsitik mərkəzlərdən idi. Lakin Azərbaycanın qətiyyətli mövqeyi bu məsələni də birdəfəlik həll etdi  və tam suverenliyimiz bərpa olundu. Azərbaycan dünyada sülhün və təhlükəsizliyinin əsas müdafiəçisi olan ölkələrdən biridir. Türkiyə və Pakistanın da bu məsələdə hər zaman ortaq maraqları olub. Bu görüşlə hər 3 dövlətin  regional, eləcə də qlobal mənada təhlükəsizlik baxımından ortaq strateji əməkdaşlığı bir daha təsdiqləndi və bu mesaj Laçından dünyaya çatdırıldı.
Dünyada faktiki olaraq, mövcud təhlükəsizlik sistemi çökməkdədir. Bu anlamda yeni birliklərin, müttəfiqliklərin yaranması təbiidir. Bu görüş də məhz özündə onu ehtiva edən addımlardan biridir. Ona görə də Laçında baş tutan bu görüşü eyni zamanda yeni siyasi-iqtisadi-hərbi birliyin mesajı kimi də qəbul etmək olar. Türkiyə ilə Şuşa Bəyannaməsində təsbit olunmuş hərbi müttəfiqliyimiz mövcuddur. Pakistanın da iştirakı ilə müttəfiqliyimiz daha da böyümüş oldu. 

Üç dövlətin iqtisadi potensialı trilyon dollardan, əhalisi 350 milyondan çoxdur. Bu əməkdaşlıq formatı eyni zamanda nəqliyyat-kommunikasiya, enerji, ticarət və digər sahələri də əhatə etməklə, güclü bir strategiyanın möhkəmlənməsi deməkdir. 
Laçın Beynəlxalq Hava Limanının müstəqillik günündə  açılışının da bu baxımdan xüsusi mənası var. Birincisi, Müstəqillik Günümüzə “Konstitusiya və Suverenlik İli”ndə bir hədiyyə oldu. İkincisi isə bu hava limanının gələcəyə hesablanmış sterteji əhəmiyyəti onun iqtisadi baxımdan bölgənin inkişafında oynayacağı böyük potensialdır".

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri