Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Uşaqlar üçün Qanun layihəsinin əhəmiyyəti böyükdür”

“Uşaqlar üçün Qanun layihəsinin əhəmiyyəti böyükdür”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda uşaqların hüquqlarına dair yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu layihə uşaq hüquqlarının daha yaxşı qorunmasını, uşaqların sosial, hüquqi və şəxsi sahələrdə müdafiəsini daha da genişləndirməyi hədəfləyir. Yeni qanun layihəsinin əsas məqamları valideynlər uşaqlarını qarşılıqlı razılıq əsasında dini inancına uyğun tərbiyə edə bilərlər, lakin uşaq dini etiqada məcbur edilə bilməz və bu fiziki, eləcə də psixi sağlamlığa ziyan vurmamalıdır. Məktəblər və səhiyyə müəssisələri daxil olmaqla müxtəlif yerlərdə uşaqların zorakılıqdan qorunması üçün yeni öhdəliklər müəyyən edilir və zorakılıq qadağan olunur. Uşaqlara azadlıq və şəxsi toxunulmazlıq hüququ genişləndirilir, onların şəxsiyyət məlumatlarının qorunması və gizliliyi təmin edilir. Hər uşaq sosial təhlükəsizlik və dəstək ala bilmək hüququna malik olacaq. Bu dəstək minimum yaşayış səviyyəsindən aşağı olmamalıdır. Valideynin və ya digərlərinin uşaqlara qarşı zorakılıq göstərən şəxslər cinayət və mülki işlərdə uşaq nümayəndəsi ola bilməzlər. 

Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi qəbul olunacaq:
“Qanun layihəsi Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında müzakirə olunub. Bu qanun Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir. Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunda göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin  hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur”.

O bildirib ki, layihəyə əsasən, valideynlərin uşaqları dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur:
“Qanun layihəsində qeyd olunur ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Uşaqların psixi və fiziki sağlamlığının qorunması baxımından Qanun layihəsinin əhəmiyyəti yüksək olacaqdır. Həmçinin yeni qanun uşaqların erkən yaşda radikal dini qrupların təsirinə düşməsinin qarşısını almağa, ailə daxilində ekstremist düşüncələrin “tərbiyə” adı ilə ötürülməsinə hüquqi əngəl yaratmağa xidmət edəcək. Lakin qanun layihəsində mühüm məqam odur ki, layihə uşağı valideynin mülkiyyəti kimi deyil, müstəqil hüquq subyekti kimi qəbul edir. Təklif olunan əlavələr dini azadlıqları məhdudlaşdırmadan, uşaq hüquqlarını qoruyan balans mexanizmi rolunu oynayacaq”.
Sosioloq Yusif Nəbiyev qeyd edib ki, uşaq hüquqları ilə bağlı qanunların real təsiri çox vaxt o qanun mətninin gözəlliyi ilə, ya da nə dərəcədə ciddi, sərt səslənib-səslənməməsi ilə yox, onun icra edilən olub-olmaması ilə ölçülür:

“Qanunlar normalara çevrilə biləndə iş görür. Qanunlar öz-özünə davranış forması yaratmır, yalnız icra institutları və sosial nəzarət mexanizmləri ilə birlikdə işləyəndə real gücə çevrilir. Yəni uşağı zorakılıqdan qoruyan maddə var deyə zorakılıq avtomatik yoxa çıxmır. Yeni qanun layihəsi məzmun baxımından kifayət qədər proqressivdir. Dini məcburiyyətin qadağan edilməsi, şəxsi məlumatların qorunması, media davranışlarının məsuliyyətə cəlb olunması kimi maddələr müasir uşaq hüquqları diskursuna uyğundur. Amma əsas sual budur: müəllim, həkim, polis və sosial işçi həmin bu hüquqları praktikada nə dərəcədə ciddiyə alacaq?”.
O vurğulayıb ki, uşaqlar öz hüquqlarını tələb edə bilmir deyə, onu kimin və necə müdafiə edəcəyi həlledici məsələdir:
“Bizdə problem adətən “qanun yoxdur” şəklində yox, “qanun var, amma hamı öz bildiyini edir” şəklində özünü göstərir. Ona görə də uşaqları real olaraq qoruyan şey maddələrin sayı yox, şikayət mexanizmlərinin işləkliyi, nəzarət orqanlarının müstəqilliyi və cəmiyyətin uşağı “valideynin mülkü” yox, müstəqil hüquq subyekti kimi qəbul etməsidir. Əks halda, ən mütərəqqi qanun belə uşaqları kağız üzərində qoruyacağını vəd etsə də, real həyatda bunu bacara bilməyəcək”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqamətində hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri