Icma.az
close
up
RU
Dünyaya səs salan COP29 Yeni uğur hekayəsi

Dünyaya səs salan COP29 Yeni uğur hekayəsi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbin bəzi dairələri Bakıdakı qlobal müzakirələrdə iştirak etmədikləri üçün peşman olacaqlar

COP29-un beşinci günü olsa da - tədbir noyabrın 22-dək davam edəcək - Azərbaycanın ev sahibliyi etdiyi iqlim konfransı ölkəmizin növbəti uğur hekayəsi kimi tarixə və gələn qonaqların yaddaşlarına yazılmaqdadır. Bu, təkcə dünyanın bütün qitələrindən gələn dövlət başçılarının və ali nümayəndələrinin Bakıdakı tədbirə verdikləri yüksək qiymətlə şərtlənmir. Bunu Bakıda əldə edilən real nəticələr də şərtləndirir ki, bu barədə bir qədər sonra...

Əlbəttə ki, COP29-un ikinci iş günündə liderlərin sammitində Azərbaycan Prezidenti İlham Əliyevin qısa, amma çox dəqiq hədəfləri olan çıxışı hələ uzun müddət müzakirə ediləcək.

Dövlət başçısı ən əvvəl Azərbaycanın COP29-a ev sahibliyi etməsinin 200 ölkənin yekdil qərarı olduğunu yada salaraq bunu ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib. İ.Əliyev ölkəmizin bərpaolunan enerjidə texniki potensialının quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, 2030-cu ilə qədər ölkədə təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. 

Dövlət başçısı COP29-a ev sahibliyi edən Azərbaycana qarşı haqsız hücumlara da tutarlı cavab verib, bu hücumları “yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyası” adlandırıb. 

Dövlət başçısı zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsini qərəz və riyakarlıq adlandırıb: “Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikilistandartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”. 

Prezident COP29-la bağlı anti-Azərbaycan isterikasını dəstəkləyənlərə də “pis xəbər” verib, iştirakçı ölkələrin sayının “onlara ən yaxşı cavab” olduğunu deyib. Dövlət başçısı COP29-da 196 ölkədən 72 min iştirakçının, onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər olduğunu deyib.

Bakıda əldə edilən real nəticələrə gəlincə, məsələn, 2015-ci ildə iqlim üzrə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə razılıq əldə etmək mümkün olmamışdı. COP29-un ilk günündə isə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır.   

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Azərbaycan qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizəyə bağlılığını və bu aspektdə beynəlxalq əməkdaşlığa verdiyi dəyəri nümayiş etdirir: "Ölkəmiz son illərdə ədalətli və davamlı inkişaf prinsiplərinə əsaslanaraq enerji sektorunu yeniləmək, bərpa olunan enerji mənbələrinə investisiya qoymaq və iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq üçün bir çox əhəmiyyətli işlərə imza atmaqdadır. Azərbaycan Qərbin ikili standartları və qarayaxma kampaniyaları fonunda COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Cənab Prezident İlham Əliyev tədbirin açılış nitqində üzləşdiyimiz qərəzli yanaşmalardan bəhs edərək bunun yolverilməz olduğunu nəzərə çatdırdı və qeyd etdi ki, ekoloji problemlərin bir çoxu inkişaf etmiş ölkələrin sənaye inqilabları ilə atmosferə axıtdığı zərərli tullantılar nəticəsində yaranıb. Azərbaycan potensialını, verəcəyi töhfələri önə çəkərək dünya ölkələrindən iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşma gözləyir".

Vüqar İsgəndərov

YAP-çı deputat Vüqar İsgəndərov dedi ki, COP29-la bağlı Azərbaycana qarşı boykot çağırışları edənlər heç nəyə nail ola bilmədilər: “Ölkəmizə gələn xarici qonaqların sayı, dövlət başçılarının və ən yüksək səviyyədə dövlət rəsmilərinin tədbirdə iştirakı bunu sübut edir. Biz bilirdik ki, COP29 öncəsi təzyiqlər artacaq. Bu cür addımlar Azərbaycanı getdiyi yoldan döndərə bilməz. Bütün detalları nəzərə alıb, nümunəvi tədbir keçiririk. Heç kimin diktəsinə, məsləhətinə ehtiyacımız yoxdur. Cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsinə gördükcə biz daha da əmin oluruq ki, Azərbaycan düz yolla və inamlı addımlarla irəliləyir.

Prezident İlham Əliyevin dünya ölkələri qarşısında çıxışı zamanı toxunduğu məsələlər bizim gələcək strateji planlarımızdan xəbər verməklə yanaşı, enerji təhlükəsizliyi sahəsində oynadığımız rolun da əhəmiyyətindən xəbər verir. Ancaq COP29-a ev sahibliyi edəcəyimiz bilindiyi gündən bu yana Azərbaycana qarşı olan qərəzli yanaşmalar bir daha bizi məyus edir. Azərbaycan bu gün haqq yolundadır. Biz dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyulacaq gücdəyik. Bu gün dünyanın əksər nüfuzlu təşkilatlarına üzvlüklə yanaşı rəhbərlik də edə bilirik. Nüfuzlu tədbirlərə ev sahibliyi edirik. 80 minə yaxın qonağın hazırda ölkəmizdə olması da dünyanın bizə olan hörmət və ehtiramının nəticəsidir. Bizə qarşı aparılan qara piar isə heç bir formada təsir edə bilməz. Çünki ölkəmizin qətiyyətli liderinin atdığı addımlar göstərir ki, biz doğru yoldayıq".

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd etdi ki, Azərbaycan Prezidenti tədbirin açılış mərasimindəki çıxışında COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi: “Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Bəli, bu gün dünya Bakıda toplaşıb. Prezident İlham Əliyev dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı. Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir”.

Ç.Qənizadə Fransanın bu nüfuzlu tədbirə qatılmamasının əsas səbəbini ermənipərəst mövqedə olması ilə əlaqələndirib və bildirib ki, yaxın illərdə İqlim dəyişikliklərinə qarşı Paris Sazişi qəbul edilən zaman ölkənin dövlət rəsmiləri bu sənədi “tarixi dönüş nöqtəsi” adlandırmışdılar: “Bəs indi nə baş verdi? "Tarixi dönüş nöqtəsi" nə tez yaddan çıxdı? Belə əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən indiyə kimi bu konfransın boykot edilməsinə çağıranlar əslində özlərinin iç üzlərini ortaya qoyurlar. Hətta konfransda iştirak edən qabaqcadan təlimatlandırılmış bəzi media nümayəndələri də çirkin mövqelərini gizlədə bilmirlər. Ancaq onlar aldıqları tutarlı cavablardan sonra pat vəziyyətinə düşürlər. “İqlim boykotçuları” özləri özlərini boykot edirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri