Icma.az
close
up
RU
Durbinlər bu dəfə Qazax istiqamətinə yönəldi...

Durbinlər bu dəfə Qazax istiqamətinə yönəldi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Missiya” nə etməyə çalışır?

Ermənistanın Azərbaycanla sərhəd ərazilərində fəaliyyət göstərən Aİ-nin “müşahidə missiyası” avantürist addımlarını davam etdirir - onlar bu dəfə Azərbaycanın Qazax və Qubadlı rayonu istiqamətinə gəliblər. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ “missiyası”nın üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Avropa İttifaqının “müşahidə missiyası” 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri də  müşahidə missiyasına qoşulub. Bu ilin yanvarın 29-da  Avropa İttifaqının səfirləri Brüsseldə bir araya toplaşaraq Ermənistandakı müşahidə missiyasının müddətinin daha iki il uzadılması barədə qərar qəbul ediblər - belə ki, bu missiya  2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaq. Azərbaycan tərəfi “missiya”nın fəaliyyətini diqqətlə izləyir - rəsmi Bakı missiyanın onunla razılaşdırmadan fəaliyyət göstərdiyini bəyan edib.

“Missiya”nın bu dəfə Qazax istiqamətinə gəlməsi və burada müşahidələr aparması müəyyən suallar doğurur, görəsən, nə etməyə çalışırlar və nə məqsəd güdürlər?  Xüsusi olaraq vurğulayaq  ki,  keçən il Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədi tam şəkildə delimitasiya olunub.  2024-cü ilin aprelin 19-da Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın birgə iclasında əldə olunan razılaşma əsasında Qazax rayonunun  30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. Həmin gündən etibarən həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Casusluqla məşğuldur

Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu missiya bölgədə casusluq fəaliyyəti ilə məşğuldur: “Yalandan özlərinə mülki ad versələr də, hər kəsə aydındır ki, bu missiyanın əsas məqsədi Azərbaycanın ərazilərində təxribatlar törətmək və ölkəmizə qarşı müxtəlif məkrli planlar həyata keçirməkdir. Azərbaycan rəhbərliyi bu missiyanın bütün addımlarından xəbərdardır və istənilən zaman zəruri tədbir görmək iqtidarındadır”.

Ermənistanda at oynadırlar

“Bu gün aydın şəkildə görürük ki, bəzi Qərb ölkələri Aİ-nin müşahidə missiyası adı altında Ermənistanda at oynadırlar. Bu missiyanın fəaliyyəti Azərbaycanla yanaşı, Rusiya və İrana qarşı da yönəlib” - deyə bildirən T.İsmayilov vurğulayıb ki, Qərbdəki müəyyən dairələr regionda sülhün bərqərar olunmasında maraqlı deyil: “Azərbaycan öz gücü və qüdrəti hesabına  torpaqlarını işğaldan azad edib. Təəssüf ki, Azərbaycan ilə Ermənistan arasında müxtəlif mövzularda əməkdaşlıq imkanları İrəvanın qeyri-peşəkar və irrasional siyasəti üzündən tükənmək üzrədir. Bu vəziyyətdən istifadə edən həmin dairələr Ermənistanı sülh prosesindən yayındırmağa çalışırlar”.

Missiyanın addımları qəbuledilməzdir

“Regionda sülhü təşviq etmək və sülhün bərqərar olunması üçün adevkat addımlar atmaq əvəzinə missiya vəziyyətin gərginləşməsinə çalışır. Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya olunan hissəsində patrul xidmətləri həyata keçirməsi normal qəbulediləcək bir tendesiya deyil. Qərbdəki müəyyən dairələr Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı, həmçinin regionun digər ölkələrinə qarşı alət kimi istifadə etmək niyyətindədirlər. Onlar, xüsusilə də Fransa bölgədə casusluq fəaliyyəti göstərməklə yanaşı, Ermənistanı məqsədyönlü şəkildə silahlandırır”,- deyə T.İsmayilov bildirib.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri