Icma.az
close
up
RU
“Düşənbə görüşü diplomatiyamızın növbəti qələbəsidir”

“Düşənbə görüşü diplomatiyamızın növbəti qələbəsidir”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin Düşənbədə MDB dövlət başçıları sammitində baş tutan görüşü, hər iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına xidmət edəcəkdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Düşənbə görüşü Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir:

“Məlum təyyarə hadisəsindən sonra keçən müddətdə, şimal qonşumuzun bəzi siyasətçiləri, politoloqları, kütləvi informasiya vasitələri tərəfindən ölkəmizə yönəlik təxribat xarakterli bəyanatlar, çıxışlar səsləndirildi. Orada yaşayan soydaşlarımıza, diaspora fəallarına qarşı qanunsuz davranışlar sərgiləndi. Təbii ki, belə hərəkətlər dostluq, qonşuluq prinsipləri ilə uzlaşmır. Əksinə, qarşılıqlı etimad mühitinə xələl gətirir.

Görüşdə prezident Putinin verdiyi izahat, zərər çəkənlərə və dövlətə dəymiş ziyanın kompensasiya ediləcəyi, günahkar şəxslərin cəzalandırılacağını söyləməsi, Rusiya tərəfindən etiraf anlamına gəlir. Hesab edirəm ki, dünənki görüş olduqca vacib idi və Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir.

Burada xüsusi olaraq, Prezident İlham Əliyevin insidentdən sonrakı davranışlarını vurğulamaq istərdim. Ötən 9 ay ərzində çoxsaylı təzyiqlərə, böhtanlara, şantajlara baxmayaraq, cənab Prezident əsil dövlət adamına məxsus səbr, təmkin, duruş nümayiş etdirdi. Yaranmış vəziyyətdən məharətlə istifadə etdi və Vaşinqton deklarasiyasına, Avropa İttifaqı ilə münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxardı. Rusiya bütün bunları görür və Azərbaycanla münasibətlərdə buraxdığı nöqsanların daha çox özünə zərər verdiyinin fərqindədir. Etiraf edək ki, əvvəllər, hadisələrin belə gedişatını heç kim təsəvvür edə bilməzdi.

Qarşılıqlı etimad məsələsinə gəldikdə isə, şübhəsiz xoşagəlməz hadisələrin unudulması üçün müəyyən zamana ehtiyac var. İstənilən halda, etimad mühiti müsbətə doğru inkişaf edəcək”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see296

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see240

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see206

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see196

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see191

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see152

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see149

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see145

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see145

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see136

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see135

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see130

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see130

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see130

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see129

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see129

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see128

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see128

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see127

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri