Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Düşənbə görüşü: Azərbaycan ədalət və rifah deyir

Düşənbə görüşü: Azərbaycan ədalət və rifah deyir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təyyarə olayı və... rəsmi Bakının regional gündəliyi

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü Qərbin bəzi dairələrinin Cənubi Qafqazda Kremlə qarşı ikinci cəbhə açmaq planlarını alt-üst etdi. Yəni zahirən görünən reallıq həm də bunu deməyə əsas verir. Ancaq daha vacib məqam var. Söhbət Azərbaycan amilinin əhəmiyyətindən gedir və buna sonda Qərb–Rusiya ziddiyyətləri fonunda aydınlıq gətirəcəyik. Hələlik bəzi cəhətlərə nəzər salaq.

Əlbəttə, Putinin şəxsində rəsmi Moskva Cənubi Qafqazda özünə qarşı planların mövcudluğundan ehtiyatlansa da, xüsusi əndişə duymur. Məsəl var, islanmışın yağışdan qorxusu yoxdur. Hazırda Rusiya, bir növ, tarana gedir. Ölkə rəhbərliyi geridönüşü olmayan yoldadır, bu, öz yerində. Azərbaycan isə müstəqillik illərində həmişə balanslı siyasət yürüdüb. Daha doğrusu, bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, Qərbin regional ambisiyalarında alət olmayıb.

İndi Azərbaycan dövləti kənar təsirlərə daha dayanıqlıdır. Rəsmi Bakının onu hansısa oyunların alətinə çevirmək niyyəti güdənlərə qarşı immuniteti əvvəlki illərlə müqayisədə çox güclüdür. Ölkəmiz öz gündəliyini əzmlə qorumaq potensialına malikdir. Deməli, lap nəzəri yanaşsaq belə, hazırda dünyanın nəbzini yoxlayıb Rusiyaya zidd mövqedə dayanmağın mənası yoxdur. Haşiyə çıxaq ki, Bakı indiyədək cənub qonşusu İrana qarşı koalisiyalara da qatılmayıb. Yəni Bakının hadisə və proseslərə individual yanaşması hər zaman olub.

***

Azərbaycan rəsmiləri son on aydakı müsahibə və açıqlamalarının hər birində bildiriblər ki, Rusiya ilə yaranmış problemin kökündə ötən ilin dekabrında AZAL-ın təyyarəsinin Qroznı səmasında vurulması dayanır. Bununla bağlı fikirlərin yalnız birinə diqqət yetirək. Məsələn, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təxminən üç ay əvvəl Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibədə Bakı–Moskva münasibətlərində əsaslı dəyişikliklərin baş vermədiyini demiş, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlığın və gərginliyin artdığından söz açmışdı. Hikmət Hacıyev, eyni zamanda, bu fikirləri də diqqətə çatdırmışdı: “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi - red.) ilə başladı. Qəza Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik – bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”.

Doğrudur, son aylarda Rusiyada yaşayan soydaşlarımıza qarşı total “miqrant ovu” həyata keçirildi. Eyni hal yenə müşahidə edilir və Azərbaycan Xarici İşlər Nazirliyinin buna reaksiyası olmuşdu. Qurumun reaksiyasında iki xüsusiyyət rəhbər tutulmuşdu. Birincisi, diplomatik norma və prinsipləri gözləmək, ikincisi, Moskva ilə əlaqələrdəki sərinliyin başlıca motivi olan təyyarə olayını arxa plana atmamaq. Yəni rəsmi Bakı, böyük ölçüdə, Kremllə yeni gərginlik fazası müəyyənləşdirməkdən uzaq durmuşdu. Hazırda yaşananlar bu qərarın uzaqgörənliklə verildiyinin sübutudur.

***

Bəli, Prezident İlham Əliyevin Düşənbədə rusiyalı həmkarı ilə bir araya gəlməsi göstərir ki, dövlətimizin təyyarə olayına ədalət gözləntisi reallaşıb. Hər halda, Prezident Putinin hava gəmimizə hücumla bağlı hüquqi məsuliyyətin müəyyənləşəcəyini, o cümlədən təzminatın ödəniləcəyini bildirməsi adi məsələ deyil. Gedişatın Kreml rəhbərinin dediyi kimi olacağına inamımız böyükdür. Yəni onun vədi yerinə yetməlidir.

Ümumən, Azərbaycan rəhbərliyi özünün balanslı siyasət kursunun Rusiya vektorunu kənara qoymaq barədə də düşünməyib. Yəni Şimal qonşumuzdakı bəzi dairələrin gərginliyi əldə bayraq edib ölkəmizin, guya, birbaşa Qərbə meyilləndiyini bildirmələri cəfəngiyyatdan başqa bir şey deyildi. Təkcə Rusiyada yox, bütün dünyada bilməlidirlər ki, Azərbaycan yalnız öz maraq və mənafelərindən çıxış edir. Maraqlarımız isə kimlərinsə, hansısa xarici qüvvələrinsə ədalət anlayışına yamaq ola bilməz. Siyasətimiz praqmatizmə və rasionallığa söykənir. Rəsmi Bakı ətraf aləmlə münasibətlərini qarşılıqlı hörmət və ehtiram əsasında qurur, özünə qarşı heç bir haqsızlığı qəbul etmir və etməyəcək.

Sevindirici haldır ki, Rusiyada Azərbaycanın tutduğu yolun mütərəqqiliyini dərk edən qüvvələr var. Heç şübhəsiz, Prezident İlham Əliyevlə Prezident Putinin uzun fasilədən sonra bir araya gəlmələrində bu amil də həlledici rola malikdir. Rusiyanın hadisə və proseslərə yanlış pəncərədən baxan siyasi kəsimi kimi, Qərbdəki avantüristlər də anlamalıdırlar ki, Bakı–Moskva gərginliyinə siyasi sərmayə yatıraraq nəyəsə nail olmaq cəhdləri tam mənasızdır. Əslində, rəsmi Bakı belə cəhdləri önləyir də.

Məsələn, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamənin imzalandığı zaman kəsiyinə diqqət yetirək. Həmin vaxt bəzi siyasi ekspertlər həm Birləşmiş Ştatların vasitəçik görüntüsünü, həm də Birgə Bəyannamənin “Tramp marşrutu” kazusunu rəhbər tutaraq vurğuladılar ki, Bakı və İrəvan Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq naminə birləşib.

Üstəlik, rəsmi Moskvanın ayrı-ayrı təmsilçilərinin Vaşinqtonda əldə edilmiş razılığın əhəmiyyətini şübhələndirən çiy açıqlamaları oldu. Onlar da öz növbələrində, bəlkə də fərqinə varmadan, Qərbin görüntüsünü formalaşdırdığı Cənubi Qafqazda anti-Rusiya ovqatına dramatik obraz qazandırdılar. Halbuki, bir qədər konseptual davranmaq, diqqətli olmaq lazım idi. Axı duruma müfəssəl aydınlıq gətirən ali şəxs var. Elə isə Prezident İlham Əliyevin avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Vaşinqton anlaşması ilə regional kommunikasiyaların açılması məsələsinə verdiyi izahdan söz açaq.

Nəzərə alaq ki, dövlətimizin başçısı həmin müsahibədə regional kommunikasiyaların açılması mövzusunun Azərbaycan dövləti üçün prioritet məqamını vurğuladı. Söhbət Naxçıvana maneəsiz yoldan gedir. O yol ki, 44 günlük müharibənin nəticələrini təsdiqləyən, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini tapmışdı. O yol ki, rəsmi İrəvan ötən müddətdə onun açılmasına qarşı çıxır və ən müxtəlif siyasi spekulyasiyalara baş vururdu. Onu da nəzərə alaq ki, Vaşinqtonda “Tramp marşrutu” kimi leqallıq qazanmış marşrut, faktiki olaraq, Zəngəzur dəhlizidir və dəhlizin işlək duruma gəlməsi Rusiyanın da maraqları daxilindədir.

Əlqərəz, Azərbaycan Rusiya ilə gərginliyə baxmayaraq, ötən on ayda Kremlin regional kommunikasiyaların açılması marağını ikinci plana daşıyacaq heç bir addım atmadı. Əksinə, Prezident Əliyev “Əl-Ərəbiyyə” müxbirinin Zəngəzur dəhlizinin ənənəvi Şimal–Cənub marşrutuna ziyan verib-verməyəcəyi barədə sualını cavablandırarkən bildirdi ki, birinci ikinciyə yalnız dəstək olacaq: “Bəli, bu, sadəcə, dəstək olacaq. Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal–Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir”.

Dövlətimizin başçısı müsahibəsində onu da vurğuladı ki, ölkəmizin Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəsi var. Ardınca isə Prezident İlham Əliyev son dərəcə ciddi trayektoriya cızdı ki, əslində, onun dedikləri yeni dünya düzəninin region seqmentini canlandırdı: “Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, oradan isə – bizim İranla dəmir yolu əlaqəmiz var, – və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal–Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq – Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

Prezident İlham Əliyevin hər fikri və sözü, az qala, hər cümləsi istər Qərbdə, istərsə də Rusiyada ciddi şəkildə təhlil olunur, ölkəmizə münasibət və yanaşma dövlətimizin başçısının bildirdiklərinə nəzərən formalaşır. Heç şübhəsiz, ölkəmizin Moskva ilə ziddiyyətlər fonunda siyasi oyun qaydalarını pozmadığını Kremldə də yetərincə yaxşı gördülər.

Vaşinqton anlaşması ilə ölkəmizin Qərbə yaxınlaşdığına dair ab-havanın yaradıldığı zamanda da Azərbaycan dövlətinin Rusiya ilə soyuqluğun təyyarə faciəsi motivini qabartması və məlum şərtlər irəli sürməsi, əslində, əvvəlki düzənə qayıtmaq üçün yalnız bir yolun olduğuna dair mesaj idi. Hesab edirik ki, Prezident Putin Düşənbədəki görüş zamanı məhz o yolda addımladı. Hər halda, görüşün hamımızın seyr etdiyi məcrada keçəcəyi, Azərbaycan üçün prinsipial etirafın açıqlanacağı, başqa sözlə desək, Putinin ölkəmizin tələbinin yerinə yetiriləcəyi ilə bağlı fikirləri dilə gətirəcəyi əvvəldən aydın olmaya bilməzdi. Əks halda, çox güman, ikitərəfli təmas baş tutmazdı.

***

Sonda əvvəldə vurğuladığımız fikrə qayıdaq və diqqətə çatdırdıqlarımız fonunda Qərbin bəzi dairələrinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaq planlarının iflasa uğradığına nəzər salaq. Əlbəttə, Moskvaya da belə bir cəbhənin mövcudluğu qətiyyən sərf etməz. Amma islanmışın yağışdan qorxusunun olmadığını təsadüfən vurğulamadıq. Yəni Ukrayna müharibəsi fonunda dünyanı qarşısına alan ölkənin tarixən özünə bağlı Cənubi Qafqaz coğrafiyasında da inadlı davranacağı birmənalıdır. İnad ona daha böyük ziyan gətirəcək, bu, başqa söhbətin mövzusudur.

Mövcud siyasi labirintdə əsas olan Azərbaycan amilidir. O amil ki, Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirlərinə nəzərən onun xeyli dərəcədə birləşdirici, yaxud tənzimləyici missiya daşıdığı aşkardır. Bu missiya Rusiyaya qarşı barışmaz mövqedə dayanmış Qərbə də sərfəlidir. Axı Cənubi Qafqazda regional kommunikasiyaların açılması dünya üçün vacibdir.

Nəticəyə gəlirik ki, Azərbaycan tərəfi istər həmin vacibliyi nəzərə alaraq, istərsə də öz maraqlarını düşünərək bütün qütblərə faydalı gündəlik təklif edir. Üstəlik, ölkəmiz, müəyyən mənada, regional təminatçı ampluasındadır. Bu ampluanın isə diktə etdiyi iki şərt var. Birincisi, Qərb Rusiya ilə ziddiyyətlərinin davamını istəyirsə, onu başqa müstəvidə axtarmalıdır, Cənubi Qafqazda yox. İkincisi, Moskva Qərbə qarşı inadından geri dayanmayacaqsa, öz baxış bucağı naminə regionumuzdan istifadə etməməlidir.

Nəhayət, Cənubi Qafqaz bütün konfrontasiyalardan uzaq iqtisadi platforma olmalıdır ki, həmin platforma özündə Qərbə və Kremlə bərabər ədalətli şərtlər altında mənfəətlə yanaşı, region xalqlarına sülh, asayiş və rifah gətirməlidir. Prezident Putinin şəxsində Rusiya Düşənbədə məhz bu cür təminata görə təyyarə olayına obyektiv münasibət göstərməli idi və göstərdi də. Bəs doğrudanmı faciə ilə əlaqədar əsl təfərrüatları bilmək bu qədər vaxt apardı? Yəni, əvvəldən heç nə aydın deyildi ki? Güman edirik, bu suallara cavabı zaman özü verəcək.

Əvəz RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri